“Ağrılara dözmürəm, iki dəfə intihara cəhd etmişəm” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Tarix: 29-06-2023, 10:06 | Çap et
Mingəçevir şəhər sakini 38 yaşlı Anar Aslan oğlu Mehdiyev ona əllilik dərəcəsinin təyin edilməməsindən şikayətçidir.
“Kəskin ağrılardan psixotrop dərmanlar atıram. Bəzən gündə iki dəfə həkimə müraciət edirəm ki, ağrıkəsici vursun. Bir ildir ki, dözülməz əziyyət çəkirəm, əllilik düşür, ancaq vermirlər. İstədiyim odur ki, əlilliyin təyin olunsun”, – deyə o bildirir.
“İki dəfə ağrılardan bezərək intihara cəhd etmişəm”
Anar Mehdiyev deyir ki, əvvəllər Mingəçevir Tibb Kollecində ortopedik stomatologiya ixtisası üzrə müəllim, daha sonra 12 il nümunəvi hərbçi kimi fəaliyyət göstərib.
44 günlük II Qarabağ müharibəsində aldığı ağır xəsarət isə onu sağlamlığından məhrum edib.
Dediyinə görə, yaralı olsa belə, döyüşün son anına qədər ön cəbhədə olub. Aldığı ciddi kəllə-beyin və baş-beyin travması müharibədən sonra onu xəstəxanalarda və aidiyyəti qurumların qapısında süründürür:
“Baş tuşlayıcı operator kimi xidmət etmişəm. Suqoşuvan – Talış istiqamətində döyüşlərdə olmuşam. Üç medalım var. 27-si döyüşə girmişik, 29-da səhər tezdən düşmənin atdığı ağır artilleriya atəşindən yaralanmışam. Həmin gün Mingəçevir xəstəxanasına getmişəm və 12 gündən sonra oradan qaçıb döyüşə gəlmişəm, çünki döyüşü yarımçıq qoymaq istəmirdim. 8 noyabra qədər döyüşdüm. Gördüm ağrılar artır, Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müraciət etdim. İki il orada müayinə, müalicə olmuşam. Qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, fəqərələr arası disklərin protuziyası, bədənimin müxtəlif nahiyələrindən kor qəlpə yaraları və dişlərin tökülməsi faktı var.
“Şikayətim odur ki, ağrılar getdikcə ağırlaşır, özümü itirirəm, bütün əsəblərim pozulub. İki dəfə ağrılardan bezərək intihar etmişəm. Nə dərmanlar, nə iynələr, nə boş vədlər kömək edir. Maştağada 1 saylı Respublika Psixiatriya Xəstəxanasında beş dəfə yatmışam. Hər dəfə 10 gün müalicə kursu keçmişəm. Mingəçevir Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində və 1 saylı Psixiatriya Xəstəxanasında qeydiyyatdayam, ancaq əllilik təyin olunmur. Deyirlər ki, get müalicə al”, – belə deyir.
“Niyə müharibə iştirakçısını süründürürlər?”
Müharibə veteranı Meydan TV-yə bildirib ki, 5 dəfə ölkənin baş psixiatrı Fuad İsmayılovun qəbulunda olub.
Deyir ki, baş psixiatrın qoyduğu diaqnoz onun əllilik almasına əsas verir. İki dəfə bütün sənədləri toplayıb Tibbi Sosial Ekspert Komissiyasına müraciət etsə də, hər iki müraciətin baxılmasından imtina edilib.
Həmin imtinalardan birincisinə – 23 oktyabr 2022-ci il tarixindəkinə “əhvalın üzvü mənşəli şəxsiyyət pozuntusu, postravmatik stress pozuntusu, baş ağrıları” diaqnozu qoyularaq: “Əllilik dərəcəsinə uyğun gəlmir”, – deyə cavab verilib.
Bu ilin aprelin 27-də göndərilən ikinci müraciətə isə “əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu və intihar cəhdləri” diaqnozu qoyularaq əlavə “ixtisaslaşmış müalicə” tövsiyə olunub.
Müharibə veteranı isə deyir ki, məqsədli şəkildə süründürülür:
“Baş psixiatrın xəstəliyimə qoyduğu diaqnoz əsas verir ki, əlillik ala bilərəm. Ən son diaqnozu ağırdır. Orada postkommosion sindrom, dissosiativ daxilolmalarla, gecə enurezi ilə F07. 2, Postravmatik stress pozuntusu F43.1 kimi qeydlər var. Son üç diaqnoz belə ağırdır. Hamısı da əllilik meyarlarında var. Yığıb bütün sənədləri yenidən Əlillərin Bərpa Mərkəzinə getmişəm. Yenidən mənim forma 88 müraciətimə nazirlikdən imtina gəlib. Axı niyə düşdüyü halda imtina verilir. Niyə müharibə iştirakçısını süründürürlər? Əlim iş tutmur, ağrılarım azalmır, dərmanlar təsir göstərmir”.
“Gələcəklər ki, böyük oğlunu ver, əsgər aparaq”
Müharibə veteranı həm də səhhətindən dolayı işsizdir. Məişət avadanlıqları ustası olsa da, çalışa bilmədiyini, üç övladı və ailəsinin borc içində yaşadığını deyir.
Müharibədən sonra Dövlət Məşğulluq Agentinin özünüməşğulluq proqramına yazılsa da, ordan da kömək ala bilməyib. Ona qurumdan ən tez halda gələn il üçün növbə çatacağını deyiblər.
Hazırda iki məktəbli oğul övladı işsiz ataya dəstək olaraq fəhləlik edir.
Deyir ki, 8 yaşlı Zəhra adlı qızının isə yalnış müayinə və müalicəsi dərdinin üstünə dərd gətirib:
“Üç övladım var. Böyük oğlum orta məktəbi bitirdi, o biri 10-cu sinifdə oxuyur. Neçə dəfə işə getmişəm, amma işləyə bilməmişəm. Ağrılardan əsəblərim pozulub deyə müştərilərlə dalaşıram, özümə və ətrafdakılara xəsarət yetirirəm. Səhhətim imkan vermir. 2022-ci ilin sentyabrdan özünüməşğulluq proqramına yazılmışam. 72 balım vardı hələ. Şikayət etdim ki, təmin edin, ondan sonra balım 108 bala qalxıb. Deyirlər ki, 2024-cü ildə alarsan. Deyirəm ki, 80 manat veteran pulu ilə necə dolanım? Nə əlillik verirlər, nə də özünüməşğulluq proqramına cəlb edirlər. Doqquz aydan sonra gələcəklər ki, böyük oğlunu verŞ əsgər aparaq. Mənə nə etmisən ki, oğlumu aparmaq hüququn olsun”.
“İki oğlum qürurlarına sığışdırmayıb bazarda, əkin sahələrində işləyir. Evə çörək pulu gətirirlər. Həyat yoldaşım da tibb bacısıdır. Aldığı maaş banka borca gedir. Qızım da xəstədir. İsmayılov Məhəmməd adlı həkim qolunda problem yaratmışdı. Sağ said sümüklərinin ikili yerdəyişmiş sınığına səhv müalicə və diaqnoz qoyub. O da sağalmır, indi qalmışıq xəstəxanalarda. Borcun içində itib batıram. Müalicəsinə ehtiyac var. Nazirlik isə məni qəbul edib deyir ki, müalicə alıb sağala bilərsən. Aldığım müalicə və xəstəxananın verdiyi dərmanların da effekti yoxdur”, – Anar Mehdiyev bildirir.
“Köməklik edə bilmirik”
Mingəçevir Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdüri Sahib Əliyev Meydan TV-yə deyib ki, Anar Mehdiyevin ailə vəziyyəti və problemlərindən xəbardar olsalar da, hazırda heç bir kömək etmək imkanları yoxdur:
“Əlillik dərəcəsinin təyinatına və özünüməşğulluq proqramına cəlbə səlahiyyətimiz çatmır. Ümumilikdə isə Mingəçevirdə 3 mindən çox veteran var ki, onlardan ancaq 1000 nəfəri veteranlıq təqaüdü alır. 61 qaziyə isə əlilik dərəcəsi təyin edilib. Ancaq ala bilməyib əziyyətini çəkən müharibə iştirakçıları da çoxdur”.
“Müharibə iştirakçısı özünüməşğulluq proqramına yazılıb. Yevlaxda qeydiyyatdadır deyə oradan keçib. Hətta biz aidiyyəti qurumlara müraciət edərək bunun tezləşdirilməsini xahiş etdik. Dedilər ki, növbəsini gözləməlidir. Adı sistemdə var. Başqa bir köməklik edə bilmirik. İndiki dövrdə dövlət səviyyəsində onlara yardım ayrılmır. Sadəcə veteranlıq alırlar, imkan olanda da ərzaq yardımı. Əlillik dərəcəsi də bizim səlahiyyətimiz deyil. Ancaq onu hətta həkim yanına göndərdik, həkimi də xəstəliyinin diaqnozunu qoyur, ancaq Tibbi Sosial Ekspert Komissiyasında qəbul olunmur. Müdafiə Nazirliyinin verdiyi kağızı həmin qurum qəbul etmir. Deyirlər ki, müalicə olunduğu xəstəxanalarda mütəmadi yatmalıdır, müəyyən dövr tamam olmalıdır ki, sonra sənədləri yığıb göndərsin. Onun kimi Mingəçevirdə bir çox qazi var ki, kömək edə bilmirik, əllilik dərəcələrini ala bilmirlər”.
“…aldığı müalicə müddəti yetərli deyil”
Dövlət Tibbi – Sosial Ekspertiza Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov isə Meydan Tv-yə bildirib ki, müharibə iştirakçısının əliliyin təyin edilməsi üçün etdiyi müraciətə qurumun imtina cavabı verməsi tibbi sənədlərdə qeyd olunan diaqnozlar arasında uyğunsuzluğa və müalicə müddətinin yetərsizliyinə görə olub:
“Mingəçevir sakini Anar Aslan oğlu Mehdiyev əlilliyinin qiymətləndirilməsi məqsədilə 12.05.2023-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət edilib və müayinəsi aparılıb. Əyani müayinə zamanı müəyyən edilib ki, vətəndaşın ixtisaslaşmış tibb müəssisəsində aldığı müalicə müddəti yetərli deyil. Həmçinin Anar Mehdiyevin təqdim etdiyi tibbi sənədlərdə qeyd olunan diaqnozlar arasında uyğunsuzluq aşkar edilib. Nəticədə şəxsin müalicəsinin davam etdirilməsi barədə qərar qəbul edilib”.
“Skorinq balı müəyyənləşib və vətəndaş hazırda növbədədir”
Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı vətəndaşın özünəməşğulluq proqramında növbədə olduğunu deyib.
O, Meydan TV-yə bildirib ki, yaxın zamanda yaşayış durumuna və şəraitinə baxış keçiriləcək:
“Mehdiyev Anar Aslan oğlunun müraciəti araşdırılıb. Vətəndaş 2022-ci ildə broyler inkubatoru zərfi üzrə özünüməşğulluq proqramına müraciət edib və onun qeydiyyatı aparılıb. Özünüməşğulluq proqramının hər bir mərhələsi növbəli qaydada həyata keçirilir. Vətəndaşların müraciətləri özünüməşğulluq üzrə reyesterə daxil edildikdən sonra hər bir vətəndaş üçün skorinq balı formalaşır. Anar Mehdiyevin də müharibə veteranı olduğu nəzərə alınaraq ona əlavə bal da verilməklə skorinq balı müəyyənləşib və vətəndaş hazırda növbədədir. Yaxın zamanda onun şəraitinə baxış keçiriləcək və uyğun olduğu halda proqram üzrə digər mərhələlərə cəlb ediləcək”. //Meydan TV//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
• Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59 |
|
|
|
• ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55 |
|
|
|
|