Tanınmış jurnalist `Bravo`nun fırıldağı ilə ÜZ-ÜZƏ... - "Bunun adı rəsmın fırıldaqçılıqdır..."
Tarix: 4-07-2023, 09:12 |
Çap et
DİA.AZ: - "`Bravo` yeni fırıldaq növü tapıb. Malın üzərinə saxta endirim qiyməti vurur, kassada isə göstəriləndən ən azı 40 faiz artıq pul çıxılır". DİA.AZ bildirir ki, bunu öz paylaşımında tanınmış jurnalist Zülfüqar Xeyirxəbər qeyd edib.
Daha sonra jurnalist başına gələnləri belə nəql edir:
"Xüsusilə də bunu kartla alış veriş də edirlər. İyunun 24-də 20-ci sahədə yerləşən Bravoda məndən 26 AZN artıq pul çıxıblar. Fərq edib, geri qaytarılmasını tələb etdim. Üstündən 10 gün keçib, hələ də qaytarılmayıb.
Mağazaya yaxınlaşıb pulumu tələb edirəm, deyirlər get bankdan tələb et, nəğd alış-veriş etsəydiz qaytarardıq. Bunun adı rəsmın fırıldaqçılıqdır, həmçinin "Baravo" insanları nəğdsiz ödənişlərdən çəkindirir...."
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...