Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                     Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var .....                     “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” .....                     Bakıdan Qarabağa necə getmək olar: .....                     Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                     Berlin Kiyevə "Mini-Taurus" lar verəcək .....                     Türkiyə İsraillə TEZ ANLAŞSIN... .....                     Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq .....                     Qazaxdan Araza qədər yol belə açılacaq... .....                     Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? .....                     Azərbaycanda xarici logistika şirkəti ləğv edilir .....                     Bakıda toylar bu tarixdə başlayacaq .....                     Orxan Cəlilov işdən çıxarıldı .....                     Paşinyan seçkilərə belə hazırlaşır .....                     Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. .....                     Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı .....                     “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” .....                     General-leytenant yeni rəis təyin etdi .....                     Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib .....                     Prezident Los-Ancelesə yeni baş konsul təyin edib .....                     Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu .....                     Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib .....                     Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. .....                     "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." .....                     Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? .....                     Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb .....                     Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub .....                     Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları .....                     Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək .....                     "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..." .....                 

Şahin Mustafayev oliqarx məmurların qabağından qaçmalı oldu - Ölkədə dondurma mafiyası da var imiş...
Tarix: 24-07-2014, 11:18 | Çap et
Şahin Mustafayev oliqarx məmurların qabağından qaçmalı oldu
Dünyanın hər yerində olduğu kimi, bizdə də dondurma satışı yayın ən gəlirli sahəsi sayılır. Düzdür, Azərbaycanda adambaşına dondurma istehlakı 2010-cu ilin statistikasına görə, 200 qram təşkil edib. Ən kobud hesablamalara görə, 15 kvadratmetr ərazidə 15 min manat investisiya ilə yay boyunca kifayət qədər ciddi qazanc əldə etmək olar. Xüsusilə 100 qram dondurmanın qiyməti 30 qəpik civarında dəyişdiyi halda… Bəli, dondurmanın resepti kifayət qədər bahalı məhsullardan hazırlanmalı olsa da, bazarda minimum qiymət 20 qəpikdən başlayıb maksimum 6 manatda dayanır. Bu da ciddi suallar yaradır. Sərinləmək üçün yediyimiz dondurmalar nə dərəcədə təhlükəsizdir?

publika.az-ın araşdırmasına görə, iki il əvvəllə müqayisədə hazırda bazarın bu seqmentində satış əsasən yerli istehsalın payına düşür. Yəni bundan öncə dükan və marketlərin soyuducularında daha çox idxal dondurmalara rast gəlirdiksə, hazırda öz məhsullarımız üstünlüyü ələ alıb.
Bazarda bütün “oyun qaydalarını” isə “Camal ltd.”, “AER”, “S.A.B.A. MMC” kimi monopolistlər diqtə edir. Bu şirkətlərin məhsul çeşidləri keyfiyyət baxımından kiçik sexlərin istehsalından fərqlənməsə də, ikinciləri sıradan çıxarmağı bacarıblar. “Unudulmaz dad, həyat sevinci” şüarı altında elə sexlərin resepturasına və qiymət tarifinə uyğun siyasət yeridirlər. Nə qədər paradoksal olsa da, süddən, kərə yağından hazırlandığı iddia edilən 70 qramlıq dondurmanı 30 qəpiyə satırlar. Nəzərə alsaq ki, bu, marketlərin qiymətidir, məhsulun bazadan çıxış qiyməti daha ucuzdur.
4 il əvvəl İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin göstərişi ilə 3,4 ton dondurması məhv edilən “Camal ltd” barədə bildirilir ki, 1998 ildən fəaliyyət göstərən “Camal Ltd” bazara “İceland” ticarət markası ilə çıxır. “Oscar”, “Bakılı qız”,”Bravo”, ”Delisimo”, “V.I.P” adlı dondurmaları istehsal edir. Eyni zamanda, Fransanın “Mars”, İsveçrənin “Nestle”, Kanadanın “McCain”, Rusiyanın “Talosto” kimi dünya ticarət nişanlarının eksklüziv distribütorluğunu həyata keçirir. Şirkətin məhsullarını araşdırarkən məlum olur ki, çəki ilə satılan dondurmaları çıxmaq şərti ilə 70-80 qramlıq dondurmaların heç birinin tərkibi etiketində göstərilmir. Hərçənd ki dondurmaların tərkibinə vurulan inqridientlər, zərərli maddələr onların etiketində yazılmalıdır. Müqayisə üçün bildirək ki, idxal dondurmalarının etiketinin üzərində onların tərkibində olan hər bir inqridient, zərərli maddə belə, əksini tapır. Ən pisi də odur ki, həmin dondurmalar mağazaların soyuducularında yerli istehsal məhsulları ilə yanaşı yerləşdirilir. İstehlakçı öz hüququnun açıq şəkildə nə qədər pozulduğunu görmək şansına sahib olur.
Digər tərəfdən, “Camal Ltd” bazardakı monopoliyasını əldən verməmək üçün eyni dadda, sadəcə müxtəlif cür etiketlənmiş dondurmalar satır. Bununla da alıcıları aldadır. “Oscar”, “Bakılı qız”,”Bravo” dondurmalarının dadları bir-birindən heç nə ilə fərqlənmir.
“Camal ltd”nin məhsulları ilə bağlı daha bir məsələ üzərinə istehal tarixi vurulsa da, yararlılıq müddətinin nə zaman sona çatmasının göstərilməməsidir. Dondurmanın istehsal şərtlərinə əsasən, meyvə, giləmeyvə dondurması 1 ay, kərəli, südlü dondurma 2 ay, plombir dondurması 3 ay saxlanıla bilər. “Camal ltd”nin sahibləri istehsalçı kimi aylarla dükanların soyuducularında qalan dondurmalarına heç bir təminat vermirlər.
Qiymətlər də diqqət çəkir. Belə ki, tərkibində quru süd, şəkər tozu, kərə yağı, qatılaşdırılmış süd, qara şokolad, kakao qatıldığı iddia olunan “Delisimo” plombir dondurmalarının 500 qramı 3,20 qəpik təşkil edir. Nəzərə alsaq ki, ölkədə ən ucuz 1 kiloqram kərə yağının qiyməti 2,5; 1 litr südün qiyməti isə 0,8 manat təşkil edir, digər inqridientləri də hesaba qatsaq, satış qiyməti məhsulun maya dəyərini ödəmir. Bazarda bu qədər hərc-mərcliyin olduğu şəraitdə sahibkarın sırf istidən yanan ürəkləri sərinləşdirmək məqsədilə istehsalla məşğul olduğunu düşünmək sadəlövlük olar. Belə çıxır ki, satış qiymətini tamamlamaq üçün şirkət istehsalın ucuz başa gəlməsini maksimum təmin etməyə çalışır. Bu zaman, inanın ki, dondurmaya hətta 2,5 manatlıq ən aşağı keyfiyyətli kərə yağı belə, vurulmur. Qatqı kimi marqarinlərdən, piylərdən istifadə edilir.
“Camal ltd”nin məhsullarını monitorinq etdiyimiz zaman daha bir müşahidəmiz çəkiylə bağlı oldu. Dondurmaların real çəkisi ilə etketinə vurulan çəki arasında fərq var. Bu da yəqin rəqabətin sektor üçün yaradılmış yeni növüdür - inflyasiya qiymətdə deyil, çəkidə aparılır. Konkretləşdirsək, “Camal ltd” sexlərə, digər rəqiblərinə uduzmamaq üçün qiyməti qaldırmayıb, çəkini azaldır. Bunu keyfiyyəti artırmasından deyil, istehsal xərclərinin - daşınmanın, işçi qüvvəsinin saxlanması kimi xərclərinin artması səbəbindən edir.
Bazarın ikinci monopolisti, qocamanlardan sayılan “AER”in istehsal texnologiyası isə bir qədər seçilir. Məsələn, şirkət müasir texnologiya ilə çalışan, kompüter və robortlarla idarə olunan Straigtline 600 istehsal xətti quraşdırıb. Məhz buna görə də buraxdığı batonlar, ruletlər və lakomka dondurmalarının analoqu olmadığını iddia edir. Amma araşdırmalar göstərir ki, “AER“in məşhur o istehsal avadanlıqları süd adlı maddəni “tanımır”. Şirkətin dondurmaları buzlaşdırılmış yağlı, vanilli su dadını verir. Xüsusilə plastik qablardakı dondurmaların keyfiyyəti aşağıdır. Məhsulun enerji dəyəri də göstərilməyib.
“Millennium” ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirən “S.A.B.A. şirkəti” MMC-yə gəlincə, bu qurum istehsalçı fəaliyyətinə 2000-ci ildən başlayıb. Son zamanlar rəqiblərinə uduzmamaq üçün yeni məhsullar təklif edir. Bunların da sırasına “Zebra”, “For Me”, “Qiqant”, Glamur“,”Diabetik” əmtəə nişanlı dondurmalar daxildir. Sonuncunu çıxmaq şərti ilə digərlərinin yağlılığı 12 faiz təşkil edir. Bu rəqəm istər kiçik qablaşdırmalarda, istərsə də çəki ilə satılan dondurmalarda keçərlidir. Bir sözlə, MMC istehsal prosesində 12 faizdən artıq yağ işlətmir. Bu onu deməyə əsas verir ki, məhsulların resepti eynidir. Sadəcə, çeşid bolluğu üçün fərqli dizaynda qablaşdırılma aparılır. O cümlədən, son bir ildə şirkətin “Plombir Millennium”, “Qozlu Millennium”, “Kişmişli Millennium” dondurmalarının da keyfiyyəti aşağı düşüb. Həmçinin “İceland” ticarət markasının məhsullarında olduğu kimi, bu dondurmaların çəkisi etiketində göstərilən qədər deyil. Yəni kobud dillə desək, istehsalçı alıcılara çəkidə “atır”.
Ən nəhayət, dondurma yeyilərkən təzə qaymaq dadı verməlidir. İstər “Millennium”, istər “AER”, istərsə də “İceland” ticarət markalarının dondurma çeşidlərinin heç birində bu tam yoxdur. On beş dəqiqə fərqli tempraturda qatqıların nə dərəcədə keffiyyətsiz olduğu üzə çıxır. Belə ki, dondurmalardan qoxu gəlir, su qatı yaranır.
Bu təsərrüfat subyektləri ilə bağlı diqqəti çəkən bir məqam da var. O da müxtəlif vaxtlarda İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Antiinhisar Siyasəti İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin cəza tədbirlərinə tuş gəlsələr də, onların bu mövsümdə nəzarətsiz qalmalarıdır. Davam edən yay ayları ərzində dondurma məhsullarının keyfiyyət və təhlükəsizliyinə nəzarətdən söz açılmayıb. Lakin vəziyyət göründüyü kimi, heç də yaxşı deyil.
“Unikal” olaraq onu da əlavə edək ki, Şahin Mustafayevin nazirliyinin xüsusi ilə bu yay ayları ərzində dondurma məhsullarının keyfiyyət və təhlükəsizliyi barədə “susması” ciddi məqamdır. Hesab etmək olar ki, bu, “dondurma bazarı”nın da bəzi iri məmurların himayə və nəzarəti altında olması ilə əlaqədardır, yəni həmin iri məmurlara görə Mustafayevin nazirliyi çəkingən davranmaqdadır. Hətta adıçəkilən nazirliyin “dondurma bazarı”nı himayə edən bəzi iri məmurlar qarşısında artıq tamamilə “ağ bayraq” qaldırdığını söyləmək olar.
Bundan isə oliqarxlar qazanır, vətəndaşlar itirir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26
General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21
Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16
Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15
Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13
Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10
"1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03
Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00
Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58
Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55
Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00
Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58
"Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07
“İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06
Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02
Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58
Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56
Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52
Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51
"Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45
“Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41
Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39
Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru