Bakıdan sonra ölkənin ikinci ən böyük turizm şəhəri olan Qəbələyə bunca xərc çəkilməsinə baxmayaraq, problemləri başından aşır. Xüsusən də əhalinin daimi olaraq hərəkət etdikləri küçələrinin durumu bərbaddır.
JAM.AZ olaraq oxuculara təqdim etdiyimiz fotoşəkillərdəki yollar Qəbələnin mərkəzi küçələrindən biri olan Bakıxanov küçəsidir. Həmin küçələrin belə vəziyyətdə olmasının səbəbi kimi, onun turistlərin gözündən iraq yerdə yerləşməsidir.
Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, yağışlı havada sakinlərin bu yoldan keçərək, evlərinə gedə bilməsi mümkünsüzdür. Dəfələrlə edilən şikayətlərə isə nə baxan var, nə də araşdıran.
Onu da bildirək ki, Qəbələ Azərbaycanda ən çox pul ayrılmış rayonlardan sayılır. Abadlıq və quruculuq işləri üçün nəzərdə tutulmuş həmin vəsaitlərin nəyin, necə xərcləndiyi isə müəmma olaraq qalır. Ən azından fotodakı yolların durumundan belə məlum olur. Qəbələ rəsmilərinin məsələyə aydınlıq gətirərək, açıqlama verəcəklərinə ümid edirik.