Əsas Səhifə > Sosial, Manşet > “BOLMART”-ın bonus fırıldağı
“BOLMART”-ın bonus fırıldağı25-02-2016, 08:50 |
"BOLMART alış-veriş mərkəzi tərəfindən camaatı aldatmağa imkan verməyək”. VİZUAL.az-ın xəbərinə görə, bunu Nərgiz Zeynalzadə Feysbukda yazıb. Onun sözlərinə görə, böyük bir şirkətin minlərlə adamın ümidini heçə çıxarılmasını görməmişdi: "Boş vədlər verib, sonra da həmin ümid qapılarını insanların üzünə bağlamasını nə eşitmişdim, nə də görmüşdüm. Söhbət bir-iki ay bundan əvvəl qapılarını müştərilərin üzünə açmış yeni alış-veriş mərkəzindən gedir. Səməd Vurğun küç.38 – "BOLMART” adına bir baxın! Bol müştəri toplamaq üçün yeni bir kampaniya da elan edildi. Hər 10 azn alış-veriş edən müştəri 1 bonus (xal) qazanır və bonuslar müəyyən həddə çatanda hədiyyələr alınır. Sən demə, bu kampaniya da həqiqətən müştəri toplamaq üçünmüş”. Müştəri yazır: "Biz də ailəmizlə həvəsləndik, 90 azn-lik kassadan alanda üstəlik 9 bonus da karta otuzduruldu (Ümumi 460 manatlıq alış-veriş olub). Fikirləşdik ki, nə gözəl, onsuz da vaxtaşarı evə ərzaq, körpə üçün də pampers, yediyi sıyıqların tozunu alırıq, elə hər dəfə buraya gəlirik alış-verişə. Elə də oldu, bir iki ay ərzində xeyli bonus topladıq (46), hədiyyəyə çatmağa az qalmışdı. Bugünlər növbəti dəfə yoldaşım ilə "Bolmart”-a getdik, mağaza arabasını doldurub, kassaya yaxınlaşan da, öyrəndik ki, Vitek şirkəti həmin kampaniyanı ləğv edib, nə bonus toplamışdıq boş xəyal imiş, müştərilərin hamısı bizim kimi narazılıq edib çıxır. Sizcə bu nə deməkdir?! Administrasiya nümayəndəsi bizi sakitləşdirməyə çalışdı, dedi ki bu bir yalnışlıq olub üzr istəyirik. Yox, üzr istəmək ilə iş düzəlmir ki; bu müştəri toplamaq məqsədi ilə sizin bir riyakarlığınızdır, biz tələb edirik, madəm kampaniya elan etmisiz zəhmət çəkin bizim topladığımız bonusların əvəzini bizə verin”. Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə sorğu göndəriləcək. Qarşı tərəfi dinləməyə hazırıq. Geri qayıt |