Əsas Səhifə > Sosial, Manşet > Burada Hippokratın dədəsinin gorunu çatladırlar...

Burada Hippokratın dədəsinin gorunu çatladırlar...


29-02-2016, 09:08
Burada Hippokratın dədəsinin gorunu çatladırlar...
Liderinfo.az saytına şikayət edən Cəlal Abıyev "Bakı Medical Plaza (Babək)" klinikası haqqında ağlagəlməz faktlardan söbət açdı. Hər bir qadın üçün ana olmaq və körpəsini dünyaya gətirmək ən əlamətdar hadisələrdən biridir. Ona görə də hər bir ana övladını sağlam şəkildə dünyaya gətirmək üçün savadlı həkim axtarıb tapır. Onu da qeyd edək ki, bu məsələnin maliyyə tərəfi də hər bir ana üçün önəmlidir. Hazırda paytaxtda kifayət qədər dövlət və özəl xəstəxanalar fəaliyyət göstərir. Özəl xəstəxanalarda tibbi xidmət baha olduğundan insanlar dövlət xəstəxanalarına üz tuturlar.

Özəl tibb ocaqlarının əksəriyyətində qiymətlər baha olsa da, xidmət həddən artıq aşağıdır. Belə özəl tibb müəssisələrindən biri “Baku Medical Plaza”dır. Sözügedən xəstəxanada analizlər və müayinələrə görə tələb olunan məbləğ həddən artıq yüksəkdir. Reklamlar vasitəsilə özlərinə müştəri topalmaqla məşğul olan tibb müəssisəsinin fəaliyyətində kifayət qədər problemlər var. Belə ki, burada bəzi tibbi avadanlıqlardan istifadəyə görə qiymətlər süni şəkildə şişirdilir və vətəndaşlardan elementar tibbi xidmətlər üçün fantastik rəqəmlər tələb olunur.

Sözügedən xəstəxananın paytaxtın bir çox yerlərində VİP doğuşla bağlı reklamları gedir. Hətta bu cür reklam tibb müəssisəsinin saytında da var. Reklamda göstərilir ki, xəstəxanada doğum və qeysəriyyə olunmuş xəstələr üçün 4 tip otaqlar təklif olunur.VİP paketin giyməti təbii doğuş üçün 1300 AZN, qeysəriyyə üçün 1500 AZN. Xəstələrin həyat yoldaşının doğumda iştirakına (200 AZN), film və ya foto çəkilişlərinə (200 AZN) icazə verilir. Kənardan fotoqraf gətirməsi qadağandır. Zahılıq şöbəsinə kənardan yemək məhsullarını və gül gətirilməsinə icazə verilir. VİP otaqlar tək nəfərlikdir, paketdən xaric yatış günü 100 azn, xəstə ilə görüş müddəti 18:30 – 20:30 (doğumdan sonra qisa zamanliq görüş icazəsi var). Ziyarət edə biləcək adamların sayı iki nəfərdir, xəstə yanında qalmaq gündəlik 100 azn əlavə ödəniş tələb edir. Bundan başqa, xəstəxanada lüks, ultra lüks və suit otaqlar da fəaliyyət göstərir. Görünür, xəstəxana rəhbərliyi hesab edir ki, bura hansısa xarici ölkədir. Əks halda bu cür qiymətlərlə xidmət göstərməzdilər. Görünür, “Baku Medical Plaza”nın rəhbərliyi qiymətləri tətbiq edərkən əhalinin əsas hissəsinin kasıb olmasını nəzərə almayıb. Əks halda bu cür qiymətlərlə özlərini reklam etməzdilər. Çox maraqlıdır ki, digər xidmətləri o qədər də keyfiyyətli olmayan bir xəstəxanada doğuşun necə keçiriləcəyi isə əvvəlcədən bəlli olur.

Lakin xidmətin keyfiyyətli olması üçün peşəkar kadrlarla yanaşı, lazımi tibbi avadanlıqların da olması vacib amillərdən sayılır. Lakin sözügedən xəstəxanada o qədər də savadlı kadrlar yoxdur. Bir- iki həkimi çıxmaq şərtilə qalanlarının tibbdən anlayışı yoxdur. Yalnız pasiyentləri soymaqla məşğuldurlar.

Bundan başqa sözügedən özəl tibb müəssisəsində vətəndaşa səhv diaqnoz qoymaqla müalicə edərək sağlamlığına ciddi ziyan vurublar.Tibb mərkəzində ən bahalı analizlərin qiyməti hətta 3000 manata kimi qalxır. Araşdırmalara görə, klinikaya müraciət edənlərin böyük bir qismi varlı təbəqədən olanlardır. Maddi durumu zəif olan vətəndaşlar burda müayinə olunmaq üçün gərək bir aylıq maaşlarından keçələr.
Qeyd edək ki, Səhiyyə Nazirliyi özəl xəstəxanalarda və klinikalarda olan qiymətlərə qarışmadığını dəfələrlə bəyan edib: “Bazar iqtisadiyyatıdır, bazarda qiymətlər sahibkar tərəfindən tənzimlənir. Özəl tibb ocaqları öz daxili imkanları hesabına qiymətləri müəyyən edir. Əlbəttə ki, bahaçılıqdır”.

Geri qayıt