Əsas Səhifə > Sosial, Manşet > "Xəstə canımın hayına qalmaq əvəzinə, Məmmədov Raqubla qabaqlaşmaq məcburiyyətində qalmışam"

"Xəstə canımın hayına qalmaq əvəzinə, Məmmədov Raqubla qabaqlaşmaq məcburiyyətində qalmışam"


8-03-2016, 10:32
"Xəstə canımın hayına qalmaq əvəzinə, Məmmədov Raqubla qabaqlaşmaq məcburiyyətində qalmışam"
Azərbaycan Ordusunun ehtiyatda olan zabiti Vasif Eyvazovun üzləşdiyi problemlə bağlı bir neçə müraciət dərc etmişik. Ehtiyatda olan zabit bildirir ki, icra başçısı onu məhkəməyə verib, ancaq ona qarşı irəli sürülən iddia absurddur.

V.Eyvazov Arqument.Az-a göndərdiyi növbəti müraciətində bildirib ki, icra başçısı ona təzyiq edir: "Bu gün Ağdam Rayon Məhkəməsindən Məmmədov Raqub Allahverdi oğlunun "Şərəf və ləyaqətin, İşgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi ziyan tələbinə" dair iddia ərizəsinin surətini aldım. Düzü, keçirdiyim hissləri ifadə etməkdə çətinlik çəkirəm. Bir yandan sevindim. Məmmədov Raqub axır ki, iradımdan nəticə çıxarıb ərizəni düzgün tərtib edə bilən hüquqşünas tapıb və mənim təqsirli bilinib cəzaya məhkum edilməm kimi qaniçən planlarından əl çəkib, üzr istəməyi, verdiyi məlumatları təkzib etməyi və cəmi-cümlatanı 500 00 (əlli min) manat ödəməyi tələb etməklə kifayətlənir. O biri yandan xəcalətimdən özümə yer tapa bilmirəm. Görəsən, Allahın qarşısında günahım nədir ki, xəstə canımın hayına qalmaq əvəzinə, Məmmədov Raqubla qabaqlaşmaq məcburiyyətində qalmışam? Məmmədov Raqub çox güman ki, mənim onun birinci iddiasına yazdığım etirazımı oxuyub. Özü də bilir ki, iddiaları əsasız və qondarmadır, lakin yenə də bu iddialarında israrlıdır. Başa düşə bilmirəm bu dar düşüncənin, savadsızlığın nəticəsidir, yoxsa Məmmədov Raqub elə hesab edir ki, iddia ərizəsini İcra Hakimiyyətinin gerbli blankında yazmaqla, ərizəsində Prezident İlham Əliyevin adını çəkməklə Dövlətin və Prezidentin nüfuzu arxasında gizlənəcək, məhkəməyə təsir edəcək?"

Eyvazovun sözlərinə görə, Məmmədov Raqub iddia ərizəsində məndən 50.000 (əlli min) manat pul alınaraq "Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsi məqsədiylə Talassemiya mərkəzinin və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına keçirilməsi"ni tələb edir: "Hər bir kəsin bu tələbin alicənablıqdan və ya riyakarlıqdan irəli gəldiyini qiymətləndirmək hüququ var. Mən isə öz tərəfimdən bir neçə sual vermək istəyirəm. Talassemiya mərkəzinin qayğısını çəkən Məmmədov Raqub, görəsən, başçılıq etdiyi Ağdam rayonunun altı minə yaxın əhalisi olan Xındırıstan ərazi nümayəndəliyindəki xəstəxananı görməyib, yoxsa Ağdam əhalisinə heç olmasa məndən tutulmuş pul hesabına qayğı göstərməyi də lazım bilmir?

"Xəstə canımın hayına qalmaq əvəzinə, Məmmədov Raqubla qabaqlaşmaq məcburiyyətində qalmışam"

Görəsən, Azərbaycan ordusunun sağlamlığını itirmiş zabitinə qanunda təsbit olunmuş, əlavə məhkəmənin qərarıyla bir daha təsdiq olunmuş imtiyazını verməyən Məmmədov Raqub nə vaxtdan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondunun təəssübkeşi olub? Bu sözləri yazanda, və ya bu iddiaya imza atanda bir anlıq da olsa tərəddüd etməyib, içərisindən bir səs gəlməyib ki, camaatı belə ələ salmaq, axmaq yerinə qoymaq olmaz? Gəlibsə, o vicdanın səsiymiş, onu boğmaq rəva deyildi. Gəlməyibsə, nə deyim..."

"Xəstə canımın hayına qalmaq əvəzinə, Məmmədov Raqubla qabaqlaşmaq məcburiyyətində qalmışam"

Ehtiyatda olan zabit yazır ki, məhz Raqub Məmmədovun icra başçısı olduğu dönəmdə Ağdamda rüşvətxorluq və korrupsiya tüğyan edir. Ancaq icra başçısı bu problemləri həll etmək əvəzinə, zabitə ayrılmış mənzili verməkdən imtina edir: "Məmmədov Raqub iddia ərizəsində təvazükarcasına yazır ki, ”Məlum çətinliklərə baxmayaraq üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlmişəm”. Çox maraqlı və özündənrazı iddiadır. Ümumiyyətlə, deyəsən, özündənrazılıq Məmmədov Raqubun xüsusiyyətidir. İddiasının əvvəlində yazır ki, Prezidentin sərəncamı ilə təyin edilib. Sonra da bəyan edir ki, vəzifəsinin öhdəsindən "layiqincə gəlmişəm”. Məgər başqa icra başçılarını Prezident təyin etmir? Məgər kimsə ona deyib ki, о vəzifəsinin öhdəsindən layiqincə gəlib? Görəsən, hansı məlum çətinliklərdir ki, yalnız Ağdamın taleyinə düşüb, və onlara baxmayaraq Məmmədov Raqub vəzifəsinin öhdəsindən "layiqincə gəlib”? Eyhamsız, işarəsiz, açıq-aydın soruşuram: Ağdamda işsizlik qurtarıb, ya məmur özbaşınalığı, rüşvətxorluq, süründürməçilik aradan götürülüb, ya uşaq baxçalari, məktəblər, xəstəxanalar təmir edilib qurtarıb, bəlkə, asfaltsız yollar, susuz kəndlər yoxdur, bəlkə, sağlamlığını itirmiş ağdamlı hərbiçilər artıq dövlətimizin verdiyi, məhkəmənin təsdiq etdiyi imtiyazlari alıblar? Əgər bu suallarin heç olmasa yarısına "hə” cavabı vermək olmazsa vəzifəsinin öhdəsindən layiqincə gəlməkdən necə danışmaq olar?".

"Daha bir maraqlı məqam, Məmmədov Raqub ərizəsində tələb edir ki, mən ondan onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yaymama görə Ağdam rayon İcra Hakimiyyəti kollektivi qarşısında üzr istəyim. Başa düşə bilmirəm, niyə məhz rayon İcra Hakimiyyəti kollektivi qarşısında? Mən nə yaymışamsa internetdə, bütün istifadəçilərin qarşısında yaymışam, əgər yaydıqlqrımda şər, böhtan varsa, əgər bu haqda məhkəmə qərarı olarsa onda gərək Məmmədov Raqubu məyus edəm, qanuna görə təkzib və üzr istəmək qanun pozuntusu baş verən yerdə olur, Məmmədov Raqubun kefi istəyən yerdə yox. Tibb elmində "Freyd üzrə karıxma" anlayışı var, mənası Azərbaycandakı "karın könlündəki" anlamına uyğun gəlir, bir azda "dil yanılıb düzünü deyər" məsəlinə bənzəyir, yəni insan bəzən karıxıb öz gizli fikirlərini aşkarlayır. Bu nöqteyi-nəzərdən, Məmmədov Raqubun məhz İcra Hakimiyyəti kollektivi qarşısında üzr istəməmi tələb etməsi onunlada izah edilə bilər ki, o daxilən yalnız bu kollektiv qarşısında az-çox nüfuzu olduğunu düşünür. Yenə də "Freyd üzrə karıxma" kimi Məmmədov Raqubun vəzifəsinin öhdəsindən layiqincə gəldiyini keçmiş zamanda (" laiqincə gəlmişəm") işlətdiyini göstərmək olar. Vallah, heç mənim özümə də ləzzət etmir bu sual, amma Məmmədov Raqubun onu nüfuzdan saldığıma görə məndən 50 000 manat tutulmasını tələb etdiyini eşidənlərin hamısı soruşur ki, görəsən, icra başçısı öz nüfuzunu hansı məzənnəylə qiymətləndirib, "mələdəjəm" video çarxı çıxandan əvvəlki məzənnə ilə, yoxsa sonrakı?", - zabit yazır.

Yazıdakı iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

"Xəstə canımın hayına qalmaq əvəzinə, Məmmədov Raqubla qabaqlaşmaq məcburiyyətində qalmışam"
"Xəstə canımın hayına qalmaq əvəzinə, Məmmədov Raqubla qabaqlaşmaq məcburiyyətində qalmışam"

Geri qayıt