Əsas Səhifə > Sosial, Manşet > Cahangir Əsgərov AZAL-ı müflis olmaq həddinə çatdırıb...

Cahangir Əsgərov AZAL-ı müflis olmaq həddinə çatdırıb...


9-03-2016, 13:19
Cahangir Əsgərov AZAL-ı müflis olmaq həddinə çatdırıb...
Azərbaycan Hava Yolları QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev açıqlamasında təmsil etdiyi qurumda maaşların gecikməprobleminin olduğunu etiraf etdi. E.Hacıyev "Əmək haqlarının gecikdirilməsi şirkətin gəlirlərinin kəskin azalması ilə bağlıdır. İnanın ki, insanların öz zəhmətlərinə görə vaxtlı-vaxtında əmək haqlarını alması üçün əlimizdən gələni edirik",- deməklə yanaşı personalın ixtisarının planlaşdırılmadığını da bəyan etdi: "Bizim personal yüksək ixtisaslı peşəkarlardan ibarətdir, onlar bizim fəxrimizdir".

E.Hacıyevin bu açıqlamalarından da görünürdü ki, AZAL-da problemləri ört-basdır etmək mümkün deyil.

AZAL-dakı problemlərlə bağlı reyting.az-a məlumat verən şəxsin iddiasına görə, 2015-ci ildəki devalvasiyadan sonra bu qurumda işləyən peşəkar kadrların vəziyyəti ciddi şəkildə pisləşib.

Cahangir Əsgərov AZAL-ı müflis olmaq həddinə çatdırıb...

Məlumatda bildirilir ki, hazırda AZAL-da maddi vəziyyətindən razı şəxsləri barmaqla saymaq olar: "Bütün problemlərin günahkarı isəAZAL-ın prezidenti Cahangir Əsgərovdur. Dövlət AZAL üçün hər cür şərait yaradıb, bu şirkətin inkişafı üçün milyonlarla büdcə vəsaiti xərclənib. Amma Cahangir Əsgərovun şəffaf olmayan idarəetməsi nəticəsində AZAL hətta işçilərinin maaşını da vaxtlı-vaxtında ödəyə bilmir. Ödənilən məbləğ isə devalvasiya nəticəsində heç nə olub. Əgər ölkə rəhbərliyi AZAL-la bağlı qəti qərarlar verməsə bu qurumdakı problemlər daha da böyüyəcək".

Həmsöhbətimizin dediyinə görə, vəziyyət bu şəkildə davam edərsə AZAL yüksək ixtisaslı peşəkar kadrlarını itirə bilər. Yəni, belə davam etsə AZAL-da ixtisara ehtiyac olmayacaq: "Bir dəgörəcəklər ki, burada işləyən peşəkar kadrlar başqa şirkətlərdə özlərinə iş tapıblar. Bu isə AZAL-ın çökməsi demək olardı".

Məlumatda bildirilir ki, hazırda AZAL-ın ən böyük problemi Cahangir Əsgərovdur: "Bu şəxsin AZAL-ı bu qədər ziyana salmasına baxmayaraq, ondan hesabat tələb olunmur. Görəsən, bundan sonra AZAL daha nə qədər ziyanla işləməlidir ki, Cahangir Əsgərovla bağlı tədbir görülsün? Əgər tədbir görülməsə, AZAL-ın vəziyyəti getdikcə pisləşəcək".

Geri qayıt