Əsas Səhifə > Sosial, Manşet > Qocalığında yorğalıq edən qəbələli məmur pis vəziyyətdə yaxalanıb
Qocalığında yorğalıq edən qəbələli məmur pis vəziyyətdə yaxalanıb14-03-2016, 09:03 |
Qəbələ rayonundan redaksiyamıza ilginc informasiya sızdırılıb. Rayondakı mənbənin cumhuriyyet.az-a ötürdüyü məlumatda qeyd edilir ki, bir neçə gün bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları rayonda Şonqar bulağı adlanan ərazidə, açıq sahədə, rayonda mötəbər bir müəssisənin rəhbərini tabeçiliyində işləyən bir qadınla əxlaqsız hərəkətlər edərkən yaxalayıblar. Məlumatda rayon iş başında yaxalanan müdirdən 40.000 (qırx min) manat rüşvətin alındığı bildirilir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda o da bildirilir ki, 60-dan artıq yaşı olan yaxalanmış müəssisə rəhbəri bir müddət əvvəl o, eyni məsələ ilə bağlı, başqa bir qadınla Oğuz rayonu ərazisində “ilişib”. Həmin vaxt onun Oğuzda müvafiq orqanlara 10.000 (on min) manat rüşvət verərək canını qurtardığı bildirilir. Bir sözlə varlığa nə darlıq, adamın pulu var. Onu da bildirək ki, sözügedən məmurun adı bizə bəllidir və olayla bağlı əlimizdə foto görüntülər var. Ancaq cumhuriyyet.az olaraq əxlaq dəyərlərini rəhbər tutaraq onları yayımlamaqdan imtina edirik. Geri qayıt |