Əsas Səhifə > Sosial, Manşet > İki rayonun icra başçısı dəyişdirilir
İki rayonun icra başçısı dəyişdirilir31-03-2016, 10:37 |
DİA.AZ: - Yaxın günlərdə (bəlkə də bu gün) bir neçə rayon icra hakimiyyəti başçısının dəyişdirilməsi gözlənilir. Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən informasiya verilib. Xəbəri verən qaynaq iddia edir ki, konkret olaraq 2 rayonun rəhbərinin məsələsi aktualdır. Mənbənin dia-az.life-a bildirdikləri: "Söhbət kifayət qədər nüfuzlu başçılardan gedir. Yəni onların himayədarlarının mövqeləri möhkəmdir. Ola bilsin ki, işdən çıxarılanlara bu səbəbdən yeni postlar verilsin". Onu da qeyd edək ki, redaksiyamıza danışan qaynaq konkret hansı RİH başçılarının görəvdən alınacağını açıqlamadı. Lakin ehtimal var ki, burada söhbət Xaçmaz və Tovuz rayonlarının rəhbərlərindən getsin. Onu da bildirək ki, paralel olaraq Astara, Ağdam, Gədəbəy, Ağsu və Qazax rayon icra başçılarının da vəzifələrindən azad ediləcəyi haqda informasialar mövcuddur. Geri qayıt |