Əsas Səhifə > Sosial, Manşet > Gəncədə təhsil sistemini ləkələyən kimdir?
Gəncədə təhsil sistemini ləkələyən kimdir?1-04-2016, 10:01 |
Azərbaycan Texnologiya Universitetində (ATU) qanunsuzluqlarla bağlı artıq çeşidli məlumatlar yayılıb. Bir müddət əvvəl bu təhsil ocağında aparılan maliyyə yoxlamaları zamanı 2 milyon manatlıq yeyinti faktının üzə çıxdığı rəsmi dairələr tərəfindən də təsdiqlənmişdi. Həmin vaxt rektor Akif Süleymanovun Gəncədən qaçdığı və ölkəni tərk etmək istədiyi vurğulanırdı. Lakin rektor müəmmalı şəkildə yenə postunda qalmağa nail oldu. JAM.AZ xəbər verir ki, bu yaxınlarda Akif Süleymanovun ATU-nu ailə podratına çevirdiyinə dair də məlumat yayılmışdı. Politika.az saytının yazdığına görə, rektor universitetdəki bütün işləri oğlu və köməkçisinə həvalə edib. Həmin məlumatda vurğulanırdı ki, Süleymanovun oğlu və köməkçisi müəllim və dekanlara göstəriş verir, imtahanların qiymətlərini müəyyənləşdirir, pulları yığır və digər işlərə qatılırlar. Hətta ATU-da durum o qədər eybəcər şəkil alıb ki, müəllim və dekanlar kimin tapşırığını yerinə yetirəcəklərini bilmirlər. Bu əsnada JAM.AZ Akif Süleymanovun karyerası ilə bağlı maraqlı məlumat əldə edib. Həmin məlumatda vurğulanır ki, bir zamanlar Azərbaycan Texniki Universitetdə kafedra müdiri olan sözügedən şəxsin rektor təyinatı almasında sabiq nazirlərdən birinin xüsusi rolu olub. Qeyd edilir ki, kafedra müdiri olan Akif Süleymanovun «ulduzu»nu «parladan» fiqur isə sabiq Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov olub. Əli Abbasovla tələbə yoldaşı olan rektor sonradan bu vəzifəyə məhz onun sayəsində gələ bilib. JAM.AZ-a verilən məlumata görə, şəxsən sabiq nazir onun ATU-ya rektor təyin edilməsi üçün hakimiyyətin üst eşalonuna xahişə gedib. Məlumatlarda vurğulanır ki, Akif Süleymanov hal hazırda da Əli Abbasova yardımlar edir, ona müəyyən köməkliklər göstərir. Düzdür, bunu dolayı yollarla həyata keçirir ki, kimsə bilməsin. Hətta onun ailə üzvlərinin bəzi maddi təminatlarını da davamlı olaraq yerinə gətirən rektor, bunun üçün yaxın adamlarından birini görəvləndirib. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |