Əsas Səhifə > Sosial, Manşet > "Qarabağ İslam torpağı, Azərbaycanın torpağıdır"

"Qarabağ İslam torpağı, Azərbaycanın torpağıdır"


5-04-2016, 09:24
"Qarabağ İslam torpağı, Azərbaycanın torpağıdır"
DİA,AZ: - Qafqaz Mədəniyyət Mərkəzinin syatında rəsmi Tehranın Qarabağ cəbhəsində baş verənlərə hansı formada reaksiya verdiyi haqda informasiya yer alıb. DİA.AZ qeyd olunan xəbəri olduğu kimi təqdim edir:

"Əlirza Munadi Sefidan İslami Şura Məclisinin iclasındakı çıxışında Ermənistanın Azərbaycan torpağına təcavüzünə toxunaraq deyib: “Dövlətdən istəyirəm ki, Ermənistanın Qarabağda törətdiyi cinayətləri məhkum etsin”.

Nümayəndə əlavə edib: “Ali Məqamlı Rəhbər Ayətullah Xamenei deyib ki, Qarabağ İslam torpağıdır, Qarabağ Azərbaycan torpağıdır və biz bütün gücümüzlə ermənilərin Qarabağdakı təcavüzünü pisləməliyik”.

Munadi Ermənistanın Azərbaycan torpağına təcavüzünü və Azərbaycan ordusunun 13 nəfər əsgərini şəhid etməsini məhkum etməklə yanaşı deyib: “Biz Dağlıq Qarabağın Ermənistanın əsarətindən azad olmasını istəyirik. Qarabağ Azərbaycana qaytarılmalıdır”.

Geri qayıt