Əsas Səhifə > Sosial, Manşet > "Mən "Unibank"dan 3 min dollar kredit götürmüşdüm"...

"Mən "Unibank"dan 3 min dollar kredit götürmüşdüm"...


8-04-2016, 08:56
"Mən "Unibank"dan 3 min dollar kredit götürmüşdüm"...
Manatın devalvasiyasından sonra ölkədə dollar kreditləri ilə bağlı problem əsas iqtisadi gündəm olaraq qalır. Problemin hökumət səviyyəsində həlli üçün bəzi addımlar atılsa da, bir sıra banklar, xüsusilə kredit portfelini qoruyub saxlamaqla fəxr edən “Unibank” müştəriləri manatın məzənnəsi üzrə aldadaraq fırıldaq yolu ilə əlavə gəlirlər əldə edirlər.
Miq.az-ın bu istiqamətdə apardığı araşdırmada maraqlı faktlar ortaya çıxıb.
“Unibank”ın müştərilərindən MİQ.Az-a daxil olan şikayət məkutubunda belə deyilir: “Mən bankdan 3 min dollar kredit götürmüşdüm. Kredit götürərkən, rəsmi komissiya haqqından əlavə, 100 manata yaxın əlavə “şapka” tutuldu. Həmin vaxt təcili pula ehtiyacım olduğu üçün buna məcbur oldum. Maraqlıdır ki, həmin vaxt manatın məzənnəsi dollara nisbətən güclü idi. Mənim kreditim dollarla olmasına baxmayaraq, məndən komissiya və “şapka” haqqı manatla tutuldu. İki ilə yaxındır kredit ödəyirəm, amma hər gün əlavə faizlər yazılır. Kreditimin vaxtının bitməsinə bir neçə ay qalıb, amma bu günlərdə aylıq krediti ödəyəndə məlum oldu ki, mənim banka əlavə 1000 dollar borcum qalıb”.
Müştəri məsələsini bankla aydınlaşdırmaq istəyəndə isə ona bildirilib ki, dolların məzənnəsi hər gün, hətta hər saat dəyişir.
Halbuki, son dövrlər manatın dollara nisbətən güclənməsi prosesi müşahidə olunur. Mərkəzi Bankın son məlumatına görə, 1 dollar 1,5094 AZN qiymətindədir. Kommersiya bankları valtyuta alışı və satışını rəsmi məzənnədən yalnız 2 faiz fərqlə həyata keçirməlidir. Bu, birbaşa Mərkəzi Bankın göstərişidir. Maraqlıdır ki, “Unibank” Mərkəzi Bankın göstərişlərinə məhəl qoymadan özünə məxsus “valyuta alveri” ilə məşğuldur. Misal üçün, bu gün bankın rəsmi saytı olan “unibank.az”-da dolların alışı 1,4705, satışı isə 1,5832 AZN göstərilir. Bu, Mərkəzi Bankın müəyyənləşdirdiyi rəsmi məzənnədən kifayət qədər çoxdur.
“Unibank” eyni “alveri” müştərilərinə də təqdim edir. Belə ki, sözü gedən bank hər gün özünə sərf edən formada məzənnə müəyyənləşdirir və kreditləri buna uyğun hesablayır. Nəticədə müştəri kreditini bitirməyə az qalmış onun borcu iki, yaxud üç qat şişir.
“Unibank” bu fırıldaqla əlavə pullar qazanmaqla yanaşı, eyni zamanda, müştəri göstəricilərini şişirdərək özünü “ən yaxşı bank” kimi təqdim edir.
“Ən yaxşı bank” göstəricisi həm yerli müştərilərin cəlb olunması, həm də xaricdə “imic” üçün istifadə olunur. Misal üçün, Azərbaycanda əhalini min fırıldaqla aldadan “Unibank” “Azərbaycanda İlin Bankı”, yaxud “Azərbaycanın ən yaxşı bankı” kimi adlara “yiyələnib”.
“Ölkənin ən fırıldaqçı bankı buna necə nail olur?” Cavasız qalan əsas sual budur.
“Unibank” haqda araşdırmalar bu suala bircə cavab verir: FIRILDAQ.

Bank bu fırıldaqlarla öz gəlirlərini milyonlarla manata çatdıra bilib. “Unibank”ın ildən ilə artan nizamanmə kapitalı da bunu deməyə əsas verir.
Misal üçün, bankın 2013-cü ildə nizamnamə kapitalı 70 565 232 manat təşkil edib. Malik olduğu aktivlər noyabr ayının əvvəlinə 700 milyon AZN-dən çox olub. “Unibank” 5 minə yaxın korporativ və 440 mindən artıq fərdi müştəriyə xidmət göstərib. Əmanətlərinin həcmi də az olmayıb. Fiziki şəxslərin əmanətlərinin həcmi ən yüksək həddə – 300 milyon manata çatıb. Ümumilikdə isə son 1 il ərzində (2013-cü il) “Unibank”a fiziki şəxslər tərəfindən qoyulan əmanətlər 54 faiz artıb. Təkcə 2012-ci ildə bankdan borcalanların sayı 24 min nəfər təşkil edib. Bank tərəfindən hər gün istehlak krediti şəklində fiziki şəxslərə 1 milyon dollara yaxın vəsait ayrılıb.
2014-cü ilin hesabatında bu rəqəmlər daha da yüksəlib.
Nizamnamə kapitalı: 2 200000,00
Nəğd pul: 53762,19
Gəlir: 11480,00.
“Unibank” nə 2015-ci ildə illik, nə də 2016-cı ildə rüblük hesabat verməyib. Bu da bankın fırıldaqçılıq fəaliyyətində diqqət çəkən məqamdır.
Lakin 2015-ci ildə kredit portfeli haqda verilən hesabatda bankın müştəriclərin cibini kifayət qədər soyduğunu deməyə əsas verir.
Bankın rəsmi məlumatına görə 2015-ci ilin ilk rübündə 783,399 AZN kredit verilib. (http://unibank.az/uploads/file/RUBLUK%20HESABAT/2015/1rub/portfolio-az.pdf).
Bununla yanaşı, 2015-ci ilin 31 iyun tarixində bankın kredit portfelinin məbləği 731 milyon 465 min manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 20,3 milyon manat və ya 3 faiz yaxın çoxdur. Devalvasiyadan sonra bankın ümumi kredit portfeli 783 milyon 399 manata çıxıbdır. Bakın öz rəsmi göstəriciləri onun əhalinin cibini necə “soyduğunu” faktlarla göstərir. Bankım milyonlar qazanmasına səbəb də təbii ki, yüksək faizlə ayrılan nəğd və istehlak kreditləridir. Kredsitlər nə az, nə çox, düz 29 faizdən başlamaqla verilir.
Lakin “Unibank” fırıldaqları bununla bitmir. Bank məşhur olan “Albalı”, indi isə “Albalı Plus” kartları vasitəsilə də əhalinin cibinə “yol” tapıb.
“Albalı” kartı
Kart illik 0 faizlə verilir, alınması zamanı xərc çəkilmir. Müddəti 26 ay, kredit xəttinin müddəti isə 36 ay təşkil edən “Albalı”ya zamin də tələb olunmur. “Bu ki, əladır?” çoxları karta sahib olmaq üçün dəridən-qabıqdan çıxır. Lakin hər şey kart cibdə olandan sonra başlayır.
“Albalı” kart bankın partnyor olduğu mağazalardan alış-veriş üçün nəzərdə tutulub. Alınan malların pulu tərəflər arasındakı razılaşmadan asılı olaraq 1,3,6,9 və ya 12 bərabər hissələrə bölünür. Kartın özü illik faizsiz olsa da, partnyorların faizləri adı altında bankın siyasəti dodaq uçuqladır. “Albalı” kartla bankın apardığı fırıldaqlar haqda mediada yazılandan sonra, “Unibank” daha bir incə yalana əl atdı. Belə ki, “Albalı” kartı”ın adı dəyişdirilərək, “Albalı PLUS” oldu. Ad yeni, fırıldaq köhnə. Yəni bu kartlar üzərindən faiz fırıldağı indi də davam edir.
Bütün bunlar, “Unibank”ın fəxrlə açıqladığım gəlirlərinin əslində necə qazanıldığını sübut edir.
Bizi izləyin, araşdırmamız davam edir.

Geri qayıt