Əsas Səhifə > Sosial, Manşet > Fitosanitar Nəzarət Xidmətinda bazar qaydaları...

Fitosanitar Nəzarət Xidmətinda bazar qaydaları...


2-05-2016, 09:42
Fitosanitar Nəzarət Xidmətinda bazar qaydaları...
Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılan Dövlət Fitosanitar Nəzarəti Xidməti korrupsiya mərkəzi kimi xidmət göstərir. TXidmətin rəhbəri Camal Quliyev rayon məntəqə rəhbərləri ilə əlbir olub fermerləri və müxtəlif iş adamlarını incidərək, son anda öz məqsədlərinə nail olur.

Bu rayonlarda rüşvət məntəqələri

Dövlət Fitosanitar Nəzarət Xidmətinin tabeliyində Ağstafa rayon, Bakı-Abşeron, Balakən, Şabran, Füzuli, Gəncə, Xaçmaz, Kürdəmir, Lənkəran, Biləsuvar, Şəki, Şirvan, Tovuz, Yevlax rayonlararası Bitkilərin Karantini Məntəqələri mövcuddur. Bu məntəqələr əsas vəzifələri yerinə yetirmək əvəzinə ayrı-ayrı şəxslərin korrupsiya zəncirinin həlqələrinə çevrilib.
Sayt bu iddialarla bağlı qurumun xidmət rəhbəri ilə əlaqə saxlamağa cəhd edib. Telefonu C.Quliyevin katibəsi götürüb və rəhbərdən açıqlama almaq istədiklərini bildiriblər. Bir qədər sonra özünü Rövşən kimi təqdim edən şəxs redaksiyaya zəng edərək bildirib ki, qurumun mətbuat xidmətinin rəisidir.
Saytın əməkdaşı onun nəzərinə çatdırıb ki, bu qurumda mətbuat ixidməti yoxdur və yalnız C.Quliyevlə danışmaq istəyirlər. Bu cavabdan sonra Rövşən adlı birisi saytın mobil telefonuna aşağıdakı mesajı göndərib: “Hüquq mühafizə orqanlarına sizin haqqınızda məlumat verərik. Sizin haqqınızda ölçü götürərik. Tərbiyəsiz…..”

Jurnalistə “tərbiyəsiz” demək

Göründüyü kimi bu sözləri Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşı vəzifəsini icra edən jurnalistin telefonuna mesaj vasitəsilə göndərib. Görəsən ona kim ixtiyar verib ki, mətbuat işçisini yazılı şəkildə təhqir etsin?
Bəlkə hörmətli Camal Quliyev belə tapşırıq verib ki, jurnalistləri xidmətdən uzaqlaşdırmaq üçün təhqir etsinlər? Hər halda hesab edirik ki, Rövşən adlı şəxs özbaşına bu tərbiyədən kənar hərəkəti edə bilməzdi. Üzümüzü kənd təsərrüfatı nazirinə tuturuq və saytımız adından ona müraciət edərək, xahiş edirik ki, Dövlət Fitosanitar Xidmətində baş alıb gedən qanun pozuntuları ilə bağlı araşdırma aparsın və xidmətin məsuliyyətsiz əməkdaşının jurnalisti təhqir etməsinə münasibət bildirsin.
Ümumiyyətlə, Sahibkarlar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindəki rüşvətxorluq və özbaşınalıqdan əziyyət çəkir. Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman Məmmədov əlavə ödənişlər tələb edirlər. Məlumata görə idxala icazə üçün iş adamlarından açıq şəkildə rüşvət istənilir. Onlara bildirilir ki, şikayət etməyin mənası yoxdur. Sahibkarlar qeyd edirlər ki, tikinti materiallarının fitosanitar karantin baxışı alver predmetinə çevrilib.

20 manat əvəzinə 160 manat

Rəsmi rüsum 20 manat olduğu halda sahibkarlardan 160 manat tələb olunur. Əks halda, iş adamı malını ölkəyə idxal edə bilmir. İş adamları bildirirlər ki, hər mal idxalında 20 manat əvəzinə 160 manat alınır. Bir ay ərzində 4 dəfə məhsul idxal edən bu özbaşınalığa görə azı 640 manat verməlidir. Kənd təsərrüfatı naziri Heydər Əsədova çoxsaylı şikayətlər ünvanlanır.
Amma heç bir tədbir görülmür. Bundan əlavə, Tarif Şurasının qərarı ilə idxal edilən materiallara fitosanitar karantin baxışının keçirilməsi üçün 1 kub metr meşə materialları üçün 0,01 manat, bitkiçilik məhsullarının idxalına fitosanitar sertifikatlarının verilməsinə görə isə 3 manat məbləğində rüsum müəyyən edilib. Dövlət xidməti rəhbərliyi sahibkarlardan sertifikatın verilməsinə görə bundan dəfələrlə artıq miqdarda qeyri-qanuni pul tələb edir.
Bildirilib ki, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman Məmmədov 1 vaqon meşə materiallarına görə 80 manat, yəni 80 dəfədən artıq məbləğ alır Sahibkarın bildirdiyinə görə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman Məmmədov sahibkarlardan idxal icazəsi üçün idxal karantin sertifikatının verilməsinə görə 160 manat pul tələb edirlər.

Sahibkarlara divan tutulur

İstədikləri məbləğdə pulu vermədikdə isə müxtəlif bəhanələrlə sertifikatın verilməsinin mümkün olmayacağını və növbəti gün müraciət etməyi bildirirlər. Növbəti gün də rüsumun ödənilməsi haqda qəbzi təqdim etməsinə baxmayaraq yenə də əsassız bəhanələr gətirərək sertifikatı verə bilməyəcəklərini deyirlər.
Beləcə, Dövlət Xidməti sahibkarları məcbur edir ki, özlərinin müəyyən etdikləri məbləğdə rüşvət ödənilsin. Sertifikatın gecikdirilməsi ilə külli miqdarda ziyan çəkəcəyini anlayan sahibkar isə çıxılmaz vəziyyətdə qalaraq tələb edilən məbləğdə rüşvəti ödəməyə məcbur olur. Təəssüflər olsun ki, ölkə başçısının bu sahədəki ədalətli siyasətinə, imicinə zərər vuran bu cür məmurlar hələ də var və yüksək postlarda vəzifə tuturlar.
Ölkə başçısı cənab İlham Əliyevin məmurlarla keçirdiyi müşavirələrdə ölkədə sahibkarlığın inkişafı üçün tam şəraitin yaradılması, bir pəncərə sisteminin tətbiq edilməsi, sahibkarlara qarşı bütün növ süni maneələrin aradan qaldırılması, məmurların sahibkarlara qarşı bürokratik əngəllərə yol verilməməsi üçün dəfələrlə tapşırıq və xəbərdarlıqlarına görünür adı çəkilən qurumda məhəl qoyan yoxdur.
Qeyd edək ki, sözügedən xidmətin əsas funksiyası bütövlükdə bitki xarakterli məhsullara nəzarət etməkdən ibarətdir. Bu funksiyanı həyata keçirmək üçün xidmətin tərkibində Rayonlararası Bitkilərin Karantini Məntəqələri fəaliyyət göstərir.
Rayonlararası Bitkilərin Karantini Məntəqələrinin əsas vəzifələri idxal və ixrac olunan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi, nümunələrin götürülərək aidiyyəti üzrə təqdim edilməsi, zərərsizləşdirmə tədbirlərinin təşkil edilməsi, karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması üçün karantin tədbirlərinin görülməsi,ölkənin fitosanitar karantin vəziyyətinin hazırlanması üçün məlumatların toplanması və s. ibarətdir.
\\tia.az\\
Geri qayıt