Əsas Səhifə > Sosial, Manşet > Heydər Əsədov Fitosanitar Nəzarəti Xidməti ilə necə paslaşır...

Heydər Əsədov Fitosanitar Nəzarəti Xidməti ilə necə paslaşır...


4-05-2016, 09:07
Heydər Əsədov Fitosanitar Nəzarəti Xidməti ilə necə paslaşır...
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Azərbaycana daxil olan bəzi kənd təsərrüfatı məhsullarına müftəlif xəstəliklər adı yapışdırmaqla monopolist məmurlara dəstək vermiş olur.
Etibarlı mənbələrdən Bizimxeber.az-a daxil olan məlumata görə, son bir neçə ayda Dövlət Fitosanitar Nəzarəti Xidməti rəhbərinin göstərişi ilə kartof, lobya, banan və əsasən gündəlik istifadə olunan məhsulların nisbətən kiçik sahibkarlar tərəfindən ölkəyə gətirilməsinə problemlər yaradılır. Məhsullar guya laboratoriyalarda analiz olunur və xəstəliklər aşkarlanır. Daha sonra isə məhv edilir. Sahibkara isə heç bir kompensasiya ödənilmir… Bu isə sahibkarlara açıq mesaj xarakteri daşıyır… Maraqlıdır, məhsulun gətirildiyi ölkədə sertfikat verilirsə məhsul necə yararsız ola bilər? Araşdırılmalı məqəmlar var…
Məsələn, bir neçə ay əvvəl ölkədə ciddi rezonansa səbəb olan kartof yoxlamasının sonucu barədə heç bir məlumat verilmədi. Daha doğrusu, ölkəyə kartof gətirən kiçik sahibkarlara qarşı böyük məbləğdə cərimələr tətbiq edilməklə tonlarla kartof məhv edildi. Hansı, burada məqsəd heç də kartofun keyfiyyətsiz deyil, monopoliyadan çıxmasının qarşısını almaq imiş. Eləcə də, banan və sairə.
Kənd Təsərrüfatı naziri Heydər Əsədov hansı sahələri öz nəzarətinə almaq istəyir?
Verilən tapşırıqlar arasında daha nələr var?
Ölkəyə gətirilən taxta-şalban materiallarının yoxlanması necə həyata keçirilir?
1 kub taxtanın icazəsi neçəyə başa gəlir?
Dəqiq təfərrüatlar yaxın günlərdə…

Geri qayıt