Əsas Səhifə > Sosial, Manşet > Leysanov nədə ittiham olunur?

Leysanov nədə ittiham olunur?


9-05-2016, 09:17
Leysanov nədə ittiham olunur?
Redaksiyamıza “Salyan-Pambıq” Açıq Tiplu Səhmdar Cəmiyyəti (ATSC) ilə bağlı şikayət ərizəsi daxil olub. Salyan şəhərində yerləşən və Leysanov Bahəddin Dəyyan oğlunun rəhbərlik etdiyi Cəmiyyətdən şikayətçi isə Salyan ilə yanaşı Neftçala rayon sakinləridir. Hər iki rayonun sakinləri adından göndərilən məktubda bildirilir ki, illərdən bəri Qarabağ erməni zülmü, bu iki rayon isə Leysanovun “işğal”I altındadır. Özünün Salyan, Neftçala, Biləsuvar, Cəlilabad və digər rayonlardakı minlərlə hektar ərazisi olduğu halda vətəndaşların halal torpaqlarını da ələ keçirib və müxtəlif kəndlərdən olan sakinlər onun bu əməlləri ucbatından torpaq üzünə həsrətdirlər. Bahəddin Leysanov illər öncə Neftçala və Salyan rayonlarının torpaqlarını bələdiyyələrdən guya icarəyə götürmək adı altında 99 illiyinə alıb. Həmin ərazilərin bir hissəsində biznes obyektləri qurub, bir hissəsindən isə istifadə olunmur. Hansı ki, həmin ərazilər qanunla yerli sakinlər arasında bölünməlidir. Məktubda bildirilir ki, sakinlər onlara çatacaq torpaq sahələrinin qanunsuz olaraq B.Leysanova verilməsi ilə aidiyyəti qurumlara, eləcə də Neftçalanın icra başçısı İsmayıl Vəliyevə müraciət etsələr də, heç bir tədbir görülməyib. Tam əksinə, Leysanov Salyan və Neftçala sakinlərinin torpaqlarını mənimsəməkdə davam edib. Bəzi şəxslərlə ortaq pambıq biznesinə girən Leysanov hətta pambıq yığımında müəllimlərdən də istifadə edib. Belə ki, rayon rəhbərliyi Təhsil İdarəsinə verdiyi təlimatla rayon müəllimləri zorla Leysanovun ərazilərində pambıq yığımına göndəriliblər. Hətta pambıqa getməyənlərin işdən qovulacağı da bildirilib. Məktub müəllifləri bildiriblər ki, rayonlarda icra başçıları dəyişsə də, Leysanovun işi “xod gedir”. Belə ki, davamlı şəkildə güclənən Leysanovun təkcə Neftçalada iki yanacaqdoldurma məntəqəsi var. Eyni zamanda o Neftçala, Salyan, Şirvan, Sabirabad və Biləsuvar Pambıq Zavodlarının səhmlərinin 50 faizinə sahibdir. Həmin zavodlar işləməsə də, B.Leysanov onların faktiki sahiblərindən biridir. Qanunsuzluqlarla milyonlara sahib olan bu şəxsin işçiləri ilə kobud davrandığı və onları incitdiyi bidirilir. Faktiki olaraq Leysanovun iki rayonu əsarətdə saxladığı qeyd olunur. Müəlliflər bildirrilər ki, B.Leysanovun qanunsuz yollarla qazandığı pulla hesabına Bakının müxtəlif yerlərdə onlarla mülkü var. Onlardan biri isə Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşir. Keçmiş “Qarabağ” pioner düşərgəsi kimi tanınan əraziyə yaxın yerdə yerləşən bu villanın 1 milyon dollar qiymətinin olduğu bildirilir. Qarşı tərəfi də dinləməyə hazırıq. (Ardı var)

Geri qayıt