Əsas Səhifə > Sosial, Manşet > Hacıbala Abutalıbovun qohumunun reklam biznesi və şok əməlləri
Hacıbala Abutalıbovun qohumunun reklam biznesi və şok əməlləri10-05-2016, 08:47 |
Prezident İlham Əliyev dəfələrlə öz çıxşlarında məmurları iş adamlarının fəaliyyətinə müdaxilə etməməyə, korrupsiyaya, rüşvətxorluqdan uzaq durmağa çağırsa da, hələ də bunu eşitməməzliyə vuranların sayı kifayət qədərdir. Prezident belələrinin Azərbaycana xəyanət etdiyini bildirsə də onlar öz əməllərindən əl çəkmirlər. Öz maraqları naminə iş adamlarının fəaliyyətinə maneçilik törətməkdə davam edirlər. Düzdür, sahiblkarların qəniminə çevrilmiş MTN-dəki bandanın məhv edilməsi, bir sıra qurumlarda aparılan islahatlar ölkədə iş adamlarının fəaliyyətinə maneə olan bir çox amilləri aradan qaldırıb. Ancaq hələ də keçmiş MTN-dəlki şəbəkə ilə əlbir işləyən bəzi şəxslərin vəzifədə qalması və əməllərini davam etdirməsi problemin tam aradan qalxmasına imkan vermir. Şəxsi maraqları naminə sahibkarları sıxışdıran, qanunsuz yollarla onların biznesini əlindən alanlardan hələ də postunu qoruyanlar var. Ölkədə reklam binesi ilə məşğul olmuş “Mediaqraf” MMC-nin məhv edilməsini də də məhz belə məmurların “əməyi” hesab etmək olar. “AzToday.az” xəbər verir ki, “Mediaqraf” MMC-ni 1998-ci ildə vaxtilə SSRİ Baş prokuroru yanında xüsusi əhəmiyyətli işlər üzrə müstəntiq işləyən və Azərbaycan müstəqillik əldə etdikdən sonra vətənə dönərək, ölkənin baş prokurorluğunda eyni vəzifəni tutmuş İsmayıl Səlimov yaradıb. O, bir müddət prokurorluqda çalışdıqdan sonra hələ Rusiyada olarkən öyrəndiyi reklam biznesinə başlamağı qərara alıb. Və Baş Prokurorluqdakı vəzifəsindən könüllü olaraq istefa verərək, 1998-ci ildə “Mediaqraf” firmasını yaradıb. Azərbaycan üçün yeni olan bir sahədə biznes fəaliyətinə başlasa da, işgüzarlığı və Rusiyada öyrəndikləri qısa müddətdə müəyyən uğur əldə etməsinə şərait yaradıb. Bunda təbii ki, Qərb texnoligiyasından və müasir reklam daşıyıcılarından istifadə etməsinin də rolu az olmur. Ölkədəki iqtisadi inkişaf, şirkətlərin, mağaza və ticarət obyektlərinin sayının artması, reklam bazarının genişlənməsi İ. Səlimovun firmasının da gəlirli bir təsərrüfata çevrilməsinə səbəb olur. Dövlətə vergilərini və digər ödəmələrini vaxtı-vaxtında həyata keçirən “Mediaqraf” 2009-cu ilə qədər problemsiz fəaliyyət göstərir. Hacıbala Abutalıbov 2 vəzifəni niyə bir adama tapşırıb? Ancaq həmin il paytaxtın reklam bazarına nəzarətin yeni bir şəxsə həvalə olunması bu sahədə çalışan bir çox şirkətlər kimi İ.Səlimovun “Mediaqraf” firmasının da fəaliyyətinə son qoyulması ilə nəticələnir. Belə ki, İ. Səlimovun sözlərinə görə, 2009-cu ildə Bakı şəhər İcra Hakimiyyətinin (BŞ İH) başçısı Hacıbala Abutalıbov Əli Əsgər oğlu Əsgərovu Reklam və İnformasiya İdarəsinə rəhbər vəzifəsini icra edən təyin edir. Ə.Əsgərov eyni zamanda BŞİH-də ümumi şöbənin müdiri vəzifəsində çalışır. Yəni eyni vaxta iki vəzifəni daşıyır. Qanunun bir adamın 7 ildən artıqdır 2 vəzifəni aparmasına nə dərəcədə imkan verdiyini söyləməkdə çətinlik çəksək də, ötən uzun dövrdə Hacıbala Abutalıbovun paytaxtın böyük bir idarəsinə rəhbər təyin etməməsinin və səlahiyyətlərin icrasını Əli Əsgərova tapşırmasının yəqin ki, özəl səbəbləri var. Bəzi məlumatlara görə, onlar arasında qohumluq əlaqələri var. Bunu araşdırcağıq, qayıdaq mövzuya. Ancaq Reklam və İnformasiya İdarəsinə Əli Əsgərov rəhbər təyin olunduqdan sonra bu sahədə çalışan iş adamlarının qara günləri başlayır. Əli Əsgərov sahəni tam ələ keçirmək üçün ilk növbədə bazarda fəaliyyət göstərən tanınmış şirkətləri sıradan çıxarmağa başlayır. Bu siyahıda da ilk yerdə İ.Səlimovun “Mediaqraf” firması gəlir. Əli Əsgərov qısa müddətdə reklam bazarında fəaliyyət göstərən iş adamlarını “təmizləməklə”, özünün yaratdığı firmaları alternativsiz qoyur. Bu haqda bir qədər sonra… “Qəmbər Dadaşov mənə dedi ki, bu acgözlərin ağzını yummaqdan bezmişəm” İ.Səlimovun sözlərinə görə, Əli Əsgərov onun firmasını sıradan çıxarmaq üçün nəinki rəhbər şəxsə, ümumiyyətlə insanlığa, kişiliyə yaraşmayan metodlardan istifadə edib. Belə ki, əvvəlcə departamentdən “Mediaqraf”ın adına irad məktubları göndərməyə başlayırlar. Müştərilər heç bir şikayət etmədiyi halda, hardasa şitin əriməsi, hardasa reklam lövhəsinin küncünün qopması bəhanəsilə firmanın fəaliyyətini əngəlləmək üçün “hüquqi əsas” hazırlayırlar. Bununla paralel olaraq firmanın gəlirlərindən də pay istəyirlər. İ. Səlimovun sözlərinə görə, ümumiyyətlə, Əli Əsgərov fəaliyyətə başlar-başlamaz reklam şirkətlərindən alınan qeyri-rəsmi vəsaitin həcmi artırılır. Firmalar da məcburiyyətdən bununla razılaşırlar. “Bir gün “Mediaqraf”a direktor təyin etdiyim Qəmbər Dadaşov mənə dedi ki, bu acgözlərin ağzını yummaqdan bezmişəm. İndi bütün gəliri istəyirlər. Ancaq səninlə görüşmək istəyirlər”, deyə İ.Səlimov bildirir. Sahibkarın sözlərinə görə, görüş zamanı Ə.Əsgərov ona Prezidentin və rəsmi qonaqların mərkəzi yollardan keçməsi bəhanəsilə iki bahalı bannerinin sökülməsi göstərişini verir. Və bunu “yuxarıların” göstərişilə izah edir. İ. Səlimov da sifarişçilərdən üzr istəyərək, onlara təzminat ödəyir və bir neçə saata həmin bannerləri sökür. Sonradan İ.Səlimovla söhbət edərkən Ə.Əsgərov ondan sifarişçilər barədə soruşur, aldığı məlumatları blaknotuna qeyd edir. Heç nədən şübhələnməyən İ.Səlimov onların adlarını deyir. Təxminən bir neçə gün sonra sökülən reklam lövhələrinin yerində təzə qurğular qoyulur. Qurğuları qoyan adamlar bu işin Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin razılığı ilə görüldüyünü bildirirlər. “Mediaqraf”ın qurğuları dağıtdırılır, sonra da satmaq təklifi edilir İ.Səlimov bu hadisənin şokundan çıxmamış növbəti təxribatla üzləşir. Belə ki, Səlimova hər gün xəbər verilir ki, şəhərin bu və digər yerlərində firmanın quraşdırdığı bahalı reklam bannerləri kimlərsə tərəfindən qəsdən korlanır. Maraqlısı odur ki, reklamları seçərək korlayırdılar. İ.Səlimovun sözlərinə görə, “Mediaqraf”ın qurğularını kimlərin məhv etdiyini qısa müddət sonra öyrənir: “Təzəcə quraşdırılmış bir reklam qurğusunu günün günorta çağı gürzlə, çəkiclə dağıdan bir dəstə adamla firma işçilərinin davası düşəndə məsələ tam aydın oldu. “Mediaqraf”ın təsadüfən o küçədən keçən işçilərinin gözləri qabağında zəhmətləri məhv edilirdi. Bunun səbəbini soruşduqda, “biz əmri yerinə yetiririk” deyiblər”. İ.Səlimov hadisə yerinə vaxtında çatıb, hər iki tərəfi sakitləşdirdikdən sonra öyrənir ki, reklam qurğuları Əli Əsgərovun şəxsi göstərişilə sökülür. Bununla bağlı İ.Səlimov məhkəməyə müraciət edir. Elə həmin vaxt Əli Ələsgərovun yaxın dostu, “Mccan Erikson” şirkətinin rəhbəri Gəray Yusubov İ.Səlimova firmasını satmağı təklif edir. İ.Səlimov da “Mediaqraf”ın 600-700 min qiyməti olduğunu bildirir. Bundan sonra “Mediaqraf”a qarşı ard-arda həyata keçirilən təxribatların sayı daha da artır. Məqsəd İ.Səlimovu ya firmanı bağlamağa, ya da qarşı tərəfin istədiyi qiymətə satmağa məcbur etmək olur. İdarə rəhbəri özünü əsl reket kimi aparır, firma direktorunu “satın alır” Ancaq o zaman bundan məlumatsız olan İ.Səlimov baş verənlərin səbəbini öyrənmək üçün Əli Əsgərovla görüşməyə gedir. Onun sözlərinə görə, Reklam və İnformasiya İdarəsinin rəhbəri özünü əsl reket kimi aparır: “Hansı əsasla bizim qurğularımızı sökdürdüyünü soruşduqda Ə.Əsgərov dedi ki, nəyi ləğv edib, nəyi quracağımıza biz qərar veririk. Əlavə etdi ki, bu sahənin tam şəriksiz və tək ixtiyar sahibi bizik. Bizim mülkiyyətimizdi, bizim resurslarımızdı! Ona görə də, mən bizə verilən hakimiyyətə əsasən sizin 27 yerinizi alıram!”. İ.Səlimovun sözlərinə görə, dövlət qurumunun bu cür rəftarından heyrətə gələrək, bununla bağlı heç bir xəbərdarlıq edilmədiyini deyir. “Dedim ki, bu, özbaşınalıqdı. Firma o qurğulara nə qədər vəsait qoyub. Sifarişçilər də ödəniş tələb edəcəklər! Şikayət edəcəm”. Bu zaman Ə.Əsgərov çoxmənalı tərzdə gülümsəyərək bildirir ki, direktorunuzun hər şeydən xəbəri var: “Hara istəyirsiz, müraciət edin! Sizdən aldığımız yerləri başqa firmalara vermişik. Söhbət qurtardı!” Sonradan İ.Səlimova məlum olur ki, Ə.Əsgərov onun firmasına rəhbərlik edən Q. Dadaşovu necə deyərlər “satın alıbmış”. Ondan əvvəlcə firmanı çökdürmək üçün dəlil istəyir. Ancaq firmanın işləri şəffaf qurulduğundan belə dəlil əldə edə bilmir. Bundan sonra isə Ə.Əsgərov firmanın müştəriləri barədə məlumatları tələb edir. Hətta İ.Səlimovun sözlərinə görə, Ə.Əsgərov Q.Dadaşova firma barədə ona lazım olan məlumatlar qarşılığında mərkəzdə reklam yerləri söz verir. Q.Dadaşov da firmanın müştəriləri barədə lazımı məlumatları Ə.Əsgərovu ötürür. Səlimovun firmasının yerləri əlindən alınıb, yeni şirkətlərə verilir Təbii ki, həmin vaxt İ.Səlimov bunlardan məlumatsız olur. Yalnız ofisə gəldikdən və müştərilərlə əlaqə qurduqdan sonra öyrənir ki, onlar Reklam və İnformasiya İdarəsinin rəhbərliyinin təkidi ilə yeni firmalarla müqavilə bağlayıblar: “Bizim müştərilər artıq təzə açılmış, heç kimə tanış olmayan «ART MEDİYA SERVIS», «RMM QRUP» və «VVEL VISION» kimi firmalarla işləməyə başlamışdılar. İllərlə “Mediaqraf”la işləmiş müştərilərlə danışıq zamanı bunu nə üçün etdikləri bəlli oldu. Sən demə, departamentin rəhbəri vəzifəsini icra edən Əli Əsgərov və elə həmin şöbənin müdiri Zahid İsmayılov onları buna məcbur edib. Həm də müştərilərin etiraz etməməsi üçün ilkin dövrdə reklamlarını daha ucuz verə biləcəklərini bildiriblər. Onlar da razılaşıblar.” Beləliklə, Əli Əsgərov əlindəki səlahiyyətlərdən istfadə edərək, İ.Səlimovun firmasını müştərisiz qoymağa və beləliklə məhv etməyə nail olur. Həm bir sahibkar sıradan çıxarılır, həm də onlarla adamın qazanc yeri olan iş yeri… Prezidentin sözlərilə desək, dövlətə XƏYANƏT edilir. Sual oluna bilər: Ə.Əsgərovun məqsədi nə id ki, bütün bu yerləri “Mediaqraf”dan alıb başqa firmalara verirdi? İdarə rəhbəri tenderlərdə arvadını adına yaratdığı şirkətləri qalib edir! vergilerBu sualın cavabı İ.Səlimovun şikayətindən sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sorgusuna cavab olaraq, Vergilər Nazirliyi Bakı Şəhər Vergilər Departamentinin 12 iyul 2013-cü il tarixli cavabından məlum olur. Belə ki, gələn rəsmi cavabda «ART MEDIYA SERVIS» və «RMM QRUP» firmalarının vətəndaş Rüstəmova Nazilə Məmməd qızına, «VVEL VISION»un isə vətəndaş Məmmədov İlkin Yusif oğluna məxsus olduğu bildirilir. Bəs kimdir bu şəxslər? Nikahin qeydə alınmasına dair VVAQ-dan məhkəməyə gələn sənəddən məlum olur ki, Rüstəmova Nazilə Məmməd qızı Əli Əsgərovun həyat yoldaşıdır! İnsanda qanunlara hörmətsizliyi, harınlığı təsəvvür edirsinizmi?! Bir məmurun hətta başqasının deyil, kobud səslənsə də, arvadının adına yaratdığı şirkət vasitəsilə paytaxtın reklam bazarını ələ keçirməsinə dünyanın hansısa bir ölkəsində rast gəlmək mümkündürmü? Yəqin ki, mümkün deyil. Digər şirkətə gəldikdə isə, necə deyərlər, o da özgəsinin deyil. Məhkəmədə o da məlum olur ki, «VVEL VISION» şirkətinin sahibi Məmmədov İlkin Yusif oğlu həmin departamentin şöbə müdiri Zahid İsmayılovun qaynıdır. Yəni, Reklam və İnformasiya İdarəsinin rəhbəri Əli Əsgərov və onun şöbə müdiri paytaxtin reklam bazarını inhisara almaq məqsədilə qarşılarındakı əsas maneəni – İ.Səlimovun şirkətini qanunsuz yollarla, zorakılıqla sıradan çıxarırlar. Əvəzində bazarı öz şirkətlərinin nəzarətinə alırlar. Bununla Əli Əsgərov “Dövlət satınalmaları haqqında” qanunun “dövlət satınalmalarında maraqların ziddiyyəti”ndən bəhs edən 13.2 və 13.2.1-ci maddələri ilə müəyyən edilmiş qaydaları kobud surətdə pozsa da, qazanacağı böyük pulları düşündüyündən, bu onun üçün elə də əhəmiyyətli olmayıb. Xatırladaq ki, həmin qanunun 13-cü maddəsində göstərilir ki, iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanlar satınalma prosedurları zamanı satın alan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər. Əli Əsgərov milyonlarla manatlıq tenderləri hansisa qohumuna deyil, birbaşa arvadının adına yaratdığı şirkətə verib. Elə bu məqsədlə də İsmayıl Səlimovun şirkətini məhv edib. Ancaq İsmatyıl Səlimov mübarizəni davam etdirir və bu zaman dəhşətli faktlarla qarşılaşır. (ardı var) ANONS. ANONS, ANONS! – İqtisadiyyat və Sənaye Nazirliyi Əli Əsgərovun hansı qanunsuzluqlarını ortaya çıxarır? – Reklam tenderlərini udan Əli Əsgərovun həyat yoldaşı Nazilə Rüstəmova əslində harda işləyir? – Əli Əsgərov hansı tenderlər həyat yoldaşının adına olan şirkətlərə verib? – “Mccan Erikson” şirkətinin rəhbəri Gəray Yusubov iş adamına nə təklif edir? – “Bakı Hüquq Mərkəzi”nin rəhbəri Anar Bağırov məhkəməni hansı vasitə ilə uzadır? – Eldar Mahmudovun MTN-dəki kriminal şəbəkəsinin bu işlə hansı bağlılığı var? -Əli Ələsgərovu “Akula Akif” nə bağlayır? –Reklam və İnformasiya İdarəsində hər il nə qədər büdcə vəsaitləri talanır? Bu və digər suallara növbəti yazılarda cavab verəcəyik: Geri qayıt |