Əsas Səhifə > Sosial, Manşet > Həyat yoldaşı Berlinə qədər gedən 96 yaşlı nənə nazirdən nə istədi
Həyat yoldaşı Berlinə qədər gedən 96 yaşlı nənə nazirdən nə istədi16-05-2016, 08:49 |
Cəlilabad rayon Muğan kənd sakini Dövlətova Xanımbacı Məhərrəm qızı Moderator.az - a ünvanladığı məktubunda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova müraciət edib. Müraciətdə deyilir: Hörmətli cənab nazir! Yazıb sizə bildirmək istəyirəm ki, mən Dövlətova Xanımbacı Məhərrəm qızı bir iyul 1920 – ci ildə Cəlilabad rayon Bəcrəcan kəndində doğulmuşam. Yeddi uşaq anasıyam. Həyat yoldaşım Dövlətov Xudaş Nağış oğlu İkinci Vətən müharibəsi zamanı döyüşərək, Berlinin azad olunmasında xüsusi şücaət göstərərək, bir neçə medalla təltif edilib. Həmin döyüşlərdə həyat yoldaşım ağır yaralanıb. Həyat yoldaşım sonradan vəfat edib. Bir veteran ailəsi kimi sizdən xahiş edirəm ki, özüm yataq xəstəsiyəm. Himayəmdə isə iki əlil övladım var. Məni bir kimsəsiz kimi nəzərə alaraq, Respublika Tibbi Sosial Ekspertiza mərkəzinə tapşırasınız ki, ( Nazirlər Kabinetinin 29 avqust 1997 ci il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilib) müvafiq olaraq mümkün avtomobillərin təyininə əsasən mərhum həyat yoldaşım Dövlətov Xudaş Nağış oğluna aid olan bütün sənədləri Cəlilabad rayon tibbi ekspertiza mərkəzindən (KEŞE) tələb edərək, baxış keçirib, avtombil verilməsi (tibbi göstəriş vardır) qərarı verilsin. Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm. Hörmətlə, Cəlilabad rayon Muğan kənd sakini Dövlətova Xanımbacı Məhərrəm qızı. Tel: 055 – 891 – 63 – 05 Geri qayıt |