Əsas Səhifə > Sosial, Manşet > Keçmiş MTN generalının işgəncəsinə məruz qalan hərbçi danışdı
Keçmiş MTN generalının işgəncəsinə məruz qalan hərbçi danışdı18-05-2016, 08:42 |
Naxçıvan şəhərində anadan olan, hazırda şəhərin Təbriz küçəsi ev 1, mənzil 55-də yaşayan Ağasiyev Nizami Rəsul oğlunun redaksiyamıza müracətini iki gün öncə oxucularımıza çatdırmışdıq. Qeyd etmişdik ki, Naxçıvan Muxtar Respublikasının keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərov şikayətçi Nizami Ağasiyevi həbs etdirərək, ona dəhşətli işgəncələr verdirib. N.Ağasiyevin redaksiyamıza müraciəti barədə bu linkdə tanış ola bilərsiniz. Əlavə olaraq onu qeyd edək ki, bu yazı saytımızda və qəzetimizdə dərc olunandan sonra aidiyyatı qurumlar həmin vaxtadək ev dustaqlığında olan Vəli Ələsgərovun həbs-qəti imkan tədbirinin dəyişdirilməsinə qərar verdilər. Ətraflı bu linkdə Bütün bunlardan sonra yenidən redaksiyamıza müraciət edən şikayətçi Nizami Ağasiyev yazır ki, dəfələrlə keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərovun vəkili Vüqar Xasayevlə əlaqə qurmağa çalışsa da, o, telefon zənglərinə cavab vermir. Hətta N.Ağasiyevin mayın 9-da vəkilə göndərdiyi aşağıdakı Watsap mesajları da cavabsız qalıb: *** - Salam Vüqar müəllim. Mən Nizami Agasiyevəm. Narahat etdimsə, bağışlayın. Amma sizə bildirmək istəyirəm ki, o Vəli deyilən şəxs mənim başıma çox işlər gətirib. Ailəm onun ucbatından dağıldı. Mən 10 il Ağdamda döyüş bölgəsində kəşfiyyatçı kimi fəaliyyət göstərmişəm. Bir çox əməliyyatlarda iştirak etmişəm. Ulu öndərimizin adına 4 medal və pul mükafatları ilə təltif olunmuşam. Son “mükafat”ımı isə Vəli MTN-nin “podval”ında pis söyüşlər söyərək, dırnaqlarımı çıxararaq, döyərək verdi. Onun vəkili kimi özündən soruşsanız, deyər ki, 2015-ci il sentyabrın 2-də başıma nələri gətirib. *** Mən qardaşlarımla səngərdə şəhid olmalıydım. MTN zirzəmilərində söyülüb-döyülməməliydim. Sizi təkcə bir vəkil kimi yox, vətənpərvər, bayrağını sevən bir insan kimi də tanıyıram. Xahiş edirəm, məni Orduma qaytarın, hərbi formamı yenədn geyinməyimə kömək edin. Balalarımı mənə qaytarın. Mən çox şey istəmirəm, ailəmi, hərbi formamı mənə qaytarın, demirəm ki, pul verin, yemək verin. Mən yetim böyüdüm, istəmirəm ki, oğlum, qızım da atasız böyüsün. Indi siz seçin… Yetimin ahı yerdə qalmır. Bunu Vəli də gördü. *** Mən ölənədək Vətənimə, Bayrağıma, Torpağıma xidmət edəcəm. Bu mənim əqidəmdir, kişi əqidəsini dəyişməz. Bir də bunu deyim, Vüqar müəllim. Siz də atasınız, istəməzsiniz ki, övladınız sizi pis tanıya. Nə də övladınız istəməz ki, atası haqsız yerə əzab çəkə. Çox xahiş edirəm, köməyinizi əsirgəməyin. Bilirəm, bir vəkil olaraq işinizi görürsünüz. Amma mənim işimi də Allah yerdə qoymaz. *** 16.05.2016 Salam Vüqar müəllim. Mən bütün olanlarla bağlı “Hürriyyət” qəzetinə müraciət etdim. Siz hüquqlarını müdafiə etdiyiniz vətən xaini olan Vəlidən mənim barəmdə soruşdunuz? Deyərdiniz ki, Nizaminin ahı tutdu səni. Vəli deyilən xain məni balalarımdan ayrı qoydu, Allah onu da balalarından ayrı salar, inşallah. Mən həmişə deyərdim ki, ən böyük arzum şəhidlik zirvəsinə ucalmaqdır. Indi isə o sözə əlavə edirəm ki, ən böyük arzum Vəlinin dövlət səviyyəsində cəzalandırılmasıdır. Allah onu bildiyi kimi etsin. Amin! Niyə cavab vermirsiniz? Səhv söz deyirəm? Siz mənim hüquqlarımı qorumalısınız, yoxsa Vəli kimi xainin?! Bilirisiniz, dövlətin keşiyində duran birini bədbəxt etmək nədir? Bu müharibənin gedişatında məni səngərimdən, torpağımdan ayıranı müdafiə etmək olar? Bir vəkil kimi yox, bir azərbaycanlı kimi sualıma cavab verin. *** Mən namussuz deyiləm ki, kiməsə şər atam. Mən hüquqlarımın müdafiə olunmasını, ədalət istəyirəm. Siz də bu işə ədalətlə yanaşın. *** Vüqar müəllim, mən sizin atacağınız addımı gözləyirəm: görüm, siz də Vətənini, Torpağını sevən, vətənpərvər bir insanın arxasında duracaqsınız, ya dövlətini, dövlət başçısını aldadan birinin?! Çox xahiş edirəm, köməyinizi əsirgəməyin”. Geri qayıt |