Əsas Səhifə > Sosial, Manşet > Cavid Qurbanovla Binəli Yıldırım görüşünün ZİYA MƏMMƏDOV GİZLİNİ
Cavid Qurbanovla Binəli Yıldırım görüşünün ZİYA MƏMMƏDOV GİZLİNİ23-05-2016, 09:22 |
21 May 2016-cı il tarixində prezident İlham Əliyevin tapşırığına əsasən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun Türkiyənin baş naziri postuna namizədliyi qeydə alınmış nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırımla reallaşan işgüzar görüşü barədə, Qurbanova yaxın saytlarda kifayət qədər geniş reklam yazısı yer alıb. Xüsusi mərkəzdən hazırlanaraq ötürülən yazılarda Qurbanovun Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisində Binəli Yıldırımla birlikdə birbaşa iştirakçı olduğu xüsusilə qabardılıb. Amma gerçək təffərrüat fərqlidir. 24saat.org bildirir ki, yerli və xarici mətbuatda, xüsusilə Türkiyə KİV-lərində Binəli Yıldırımla birlikdə bu layihənin reallaşması üçün müstəsna xidməti olan şəxs Cavid Qurbanov yox, “vurulan” nəqliyyat naziri Ziya Məmmədov göstərilir. Belə olan halda ölkə başçısının xüsusi tapşırığı ilə cənab Yıldırımla görüşə Cavid Qurbanovun göndərilməsi müəmmalara yol açır. Məsələyə hər hansı yanaşma ortaya qoymadan öncə qeyd edək ki, Ziya Məmmədovun DOSTU ilə görüşə göndərilməməsi və onun əvəzinə ən böyük rəqibi kimi qələmə verilən Cavid Qurbanovun yollanması nazir statusunu müstəsna səlahiyyətlərini itirmək bahasına qoruya bilmiş Ziya Məmmədovun bir daha inamsız kadr olmasından xəbər verir. Məsələnin bir başqa tərəfində isə Azərbaycan hakimiyyətinin qardaş ölkənin ikinci şəxsinin dostu Ziya Məmmədovun oyundan kənarda saxlanılmasına ilkin reaksiyasının öyrənilməsi dayanır. Görünən budur ki, hakimiyyət Yıldırımla xüsusi görüşə Cavid Qurbanovu göndərməklə “biz seçimimizi etdik, növbə sizindir” mesajını verib. Yıldırımının Qurbanovu etika xatirinə AKP-in qurultayına dəvət etməsi isə, heç də onun bu təklifə isti yanaşmasının təzahüri kimi qiymətləndirilməməlidir. Məlumat üçün bildirək ki, Qurbanovun piar mərkəzinin yaydığı “təkbətək keçirilən görüş zamanı Bakı-Tbilisi-Qars dəmir yol xəttinin tikintisi və gələcək perspektivləri, yükdaşıma, sərnişindaşıma mözvularında ətraflı müzakirələr aparıldığı” bildirilsə də, Yıldırımın Baş nazirliyinin açıqlanmasına saatlar qalmış reallaşan görüşdə onun köhnə vəzifəsinə dair məslələrin müzakirə edildiyi inandırıcı görünmür. Görünən budur ki, Azərbaycan iqtidarı Ərdoğan və Davudoğlu arasında baş verən ziddiyyəti çox əvvəldən sezdiyindən və Binəli Yıldırımın AKP-in növbəti sədri seçiləcəyinə heç bir şübhəsi olmadığından onun yaxın dostu hesab edilən Ziya Məmmədovun hakim kabinədən birdəfəlik silinməsinə razı olmayıb. Cavid Qurbanovun da Yıldırımla təkbətək görüşdə Məmmədovun taleyini həll etmək üçün yaxınlaşma əldə etmək istəməsi ən ağlabatan versiya kimi görünür. Bu isə o deməkdir ki, Binəli Yıldırımın Bakı-Tbilisi-Qars dəmir yol xəttinin tikintisinə münasibəti, məhz hakimiyyət üçün Ziya Məmmədovun qalıb-qalmaması məsələsində prioritet təşkil edəcək. Bir başqa deyimlə, Cavid Qurbanov hakimiyyəti Ziya Məmmədovdan qurtulmaq üçün təmsil etdiyi görüşdə uğur qazana bilməyibsə və yaxud da gələcəkdə edəcəyi həmlələrlə bu uğuru qazana bilməyəcəksə, Ziya Məmmədovun hakim kabinetdə güclənməsi qaçılmaz olacaq. Bu isə bütün hallarda Cavid Qurbanov üçün heç də yaxşı yekunlaşmayacaq. Geri qayıt |