Əsas Səhifə > Sosial, Manşet > Abıyev gedərayaqda vəzifə alverinə girişib...
Abıyev gedərayaqda vəzifə alverinə girişib...27-05-2016, 09:56 |
Daşkəsən rayonunda ağır sosial-iqtisadi sıxıntıların yaşandığı, rayonun icra başçısı Əhəd Abıyevin insanlarla maraqlanmadığı, problemləri həll etmədiyinə dair mütəmadi olaraq redaksyiamıza məlumatlar verilir. JAM.AZ-a daxil olan məlumatlarda çeşidli iddialar yer alır ki, onların hər birində kifayət qədər ciddi ittihamlar da mövcuddur. Dünən isə JAM.AZ-a müraciət edən oxucularımızdan Sahib adlı şəxs yazıb ki, Daşkəsəndə vəzifələr satışa çıxarılıb. Onun iddiasına görə, icra başçısı Əhəd Abıyev rayon Yol İstismar İdarəsinin rəisi vəzifəsinə 50 min manat qiymət qoyub. «Daşkəsəndə Əhəd Abıyev Yol İdarəsinin rəisi vəzifəsini tenderə çıxarıb. İlkin qiymət 50 min manatdır». Qeyd edək ki, Daşkəsəndə vəzifə satışı ilə əlaqədar məlumatlar ilk deyil. Bundan əvvəl də icra başçısının müxtəlif vəzifələri satışa çıxardığına dair iddialar mövcud idi. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |