Əsas Səhifə > Sosial, Manşet > Marlen Əsgərov öz «boss»una qarşı savaş açıb

Marlen Əsgərov öz «boss»una qarşı savaş açıb


3-06-2016, 08:57
Marlen Əsgərov öz «boss»una qarşı savaş açıb
"Azərenerji" ASC-nin əsas simalarından biri olan Marlen Əsgərov çətin durumla üzləşib. Onun vəzifədən götürüləcəyi barədə məlumatlar "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevlə problemlərinin olduğunu göstərir. Qeyd edək ki, hər iki vəzifəli şəxsi həm də ortaq biznes maraqları birləşdirir. 2005-ci ilin oktyabrından bəri vitse-prezident vəzifəsində çalışan Marlen Əgərov öz rəhbərinin idarəçilik metodlarına deyilənə görə, qısa müddətdə adaptasya oluna bilib. Bu məqam tezliklə ona ölkənin energetika sistemində daha geniş nüfuz və yüksək səviyyədə dəstək vəd etməyə başlayıb. Deyilənə görə, Marlen Əsgərov yaxın çevrəsinə SOCAR-ın birinsi vitse-prezidenti, nüfuzlu neftçi alim Xoşbəxt Yusifzadə ilə sıx münasibətləri barədə çox danışıb. Əlbəttə, bu yaxınlıqdan "çətir" kimi istifadə etməsi ehtiyat variant kimi onun üçün daha yüksək vəzifələrə ucalmaqla yeni bir imic formalaşdırmaq şansı verib. Gundelik-baku.com-a verilən məlumata görə, Etibar Pirverdiyevin üzləşdiyi çətin durumda bu variantın tez bir zamanda işə düşəcəyini gözləmək olardı. Məhz elə buna görə, bossunun mümkün istefasından özünə dividend əldə etmək istəyi ortaya çıxıb. "Azərenerji"nin mərkəzi ofisinin dəhlizlərində danışırlar ki,bunun üçün Marlen Əsgərov ciddi səylər göstərməyə başlayıb. Qeyd edək ki, Səhmdar Cəmiyyətin bu ikinci nüfuzlu adamı sərvət və gəlirlərin həcminə görə öz şefindən heç də geri qalmır. Marlen Əsgərov "Azərenerji"nin illərlə iliyinə işləmiş qanunsuz biznesi ilə fəxr edə bilər. Baxmayaraq ki, dövlət başçısının bu ilin fevralında imzaladığı məlum fərman Marlen Əsgərovun elektrik enerjisi sektoruna təsir imkanlarını xeyli məhdudlaşdırıb. Lakin "Azərenerji"də yer alan davamlı yanacaq (qaz və mazut) maxinasiyaları hələ ki, Marlen Əsgərovun nəzarətindədir. Söhbət ölkənin qazla və mazutla işləyən istilik elektrik stansiyalarına ayrılan xammal kvotalarının təyinatı üzrə və düzgün istifadəsindən gedir. Məlumat üçün bildirək ki, ölkədə təkcə 2014-cü ildə elektrik və istilik enerjisinin istehsalına ümumilikdə 6 138,2 min ton şərti yanacaq, o cümlədən, təbii qaz-6 132,50 min t.ş.y., mazut-4,22 min ton, dizel-yanacağı isə 1,50 min t.ş.y. istifadə edilmişdir.Bu rəqəmlərin arxasında milyonların yatdığının fərqindəsinizmi? Məlumata görə, hər il "Azərenerji" rəhbərliyi bu maxinasiyalardan bir neçə milyon irəli düşür. Etibar Pirverdiyevin və Marlen Əsgərovun şəxsi əmlakları siyahıya alınarsa, ölkənin enerji sektorunda dəllallıq edən bu iki şəxsin bizlərə aydın olmayan əməlləri üzə çıxa bilər. Nə isə, belə irimiqyaslı gəlirlərin bölüşdürüməsi zamanı müəyyən məqamlarda prezidentlə vitse-prezident arasında anlaşılmazlıqlar olubsa da, bunlar artıq keçmişin xatirələridir. Bu gün, Marlen Əsgərov həqiqətən seçim qarşısında vəziyyətdən çıxış yolu aramaqdadır. Etibar Pirverdiyevin vəzifəsini qoruyub saxlamasından sonra qeyd etdiyimiz yeni versiya ortaya atılıb. Bu dəfə Marlen müəllimin şərəfinə artıq təqaüd marşı səslənə bilər. Lakin "Azərenerji"də gözlənilən daha geniş özəlləşmə perspektivləri fonunda Marlen Əsgərova təqaüd marşı sərf eləmir. Məlumata görə, vitse-prezident bu məsələ ilə bağlı nüfuzlu şəxslərə müraciət edib. Onun vəzifədə yerini möhkəmləndirmək şansları hər halda yox deyil. Buna baxmayaraq, Marlen Əsgərovun vəzifə məsələsi açıq qalır. Hələlik gizli saxlanılan bu məsələnin Etibar Pirverdiyev tərəfindən qabardıldığı deyilsə də, Marlen Əsgərov baş verənlərə demək olar ki, məlum reaksiya verməyib. Məlumata görə, "Azərenerji"nin prezidenti Etibar Pirverdiyevin əməllərinə görə dövlət rəhbərliyi qarşısında çətin duruma düşməsi onun özəlləşmə prosesində bu və ya digər formada iştirakını demək olar ki,təmin etmir.Lakin eyni sözləri qurumun vitse-prezidenti Marlen Əsgərovun barəsində söyləmək olmur. Belə ki, Marlen Əsgərovun ASC-nin prezidentindən də artıq sərvətlərə malik olduğu, lakin adının ciddi maxinasiyalarda bir o qədər hallanmasına yol vermədiyi üzə çıxıb. "Azərenerji" ASC-də yer alan bu gizli çəkişmələri müşahidəçilər bir nüfuz savaşı kimi qiymətləndirir.

Geri qayıt