Əsas Səhifə > Sosial, Manşet > "Mənə heç kim, heç nə edə bilməz"
"Mənə heç kim, heç nə edə bilməz"7-06-2016, 08:33 |
"Xəzər LTD"-nin bir qrup işçisi ölkə başçısı İlham Əliyevə müraciət edib. Arqument.Az-a daxil olan müraciətdə vətəndaşlar aldadıqlarını iddia ediblər. Müraciətdə deyilir: "Hörmətli cənab prezident! Biz Xəzər LTD-nin işçiləri 2009-cu ilin noyabr ayından, 2013-cü ilin dekabr ayının 31-dək Xəzər LTD-də briqadir vəzifəsində çalışmışıq. Şirkət rəhbəri Elman Abbasovun "Azəriqaz"la müqaviləsi əsasında biz Xəzər, Hacıqabul, İsmayıllı və Abşeron rayonlarında qaz xətləri çəkərək, sayğaclar quraşdırmışıq. 2009-cu ildən bu yana biz gördüyümüz işin əmək haqqısını ala bilmirik. Çünki bizim də bu işləri görmək üçün işçilərimiz olub. Həmin şəxslər də hər gün bizdən pullarını tələb edirlər. Şirkət rəhbəri ilə axırıncı dəfə "Yeganə” şadlıq sarayının yanında yerləşən ofisində görüşüb pulumuzu istədik. O isə üstümüzə əsl adı Elməddin olan Drakon adlı lotu gətirərək bizi ölümlə hədələdi. Biz də dedik ki, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. O isə deyir ki, gedin kimə deyirsiniz deyin. Mənə heç kim, heç nə edə bilməz. Bizim əlimizdə gördüyümüz işlərlə bağlı kifayət qədər sənədlər var. Amma şirkət rəhbəri bunların heç birisinə məhəl qoymur”. Bununla bağlı daxili işlər nazirliyinə və baş prokurorluğa müraciət etmişik. Amma təəsüflər olsun ki, heç bir nəticə yoxdu. Sonra isə məhkəmələrə müraciət etdik. Məhkəmədə isə şirkət rəhbəri məhkəmələrə rüşvət verərək, qətnaməni öz xeyrinə çıxartdırdı. Hörmətli cənab prezident! Ümidimiz bircə sizədir. Xahiş edirik əməkhaqqımızın alınaraq bizə verilməsində bizə yardımçı olasınız. Öncədən sizə özümüz və ailəmiz adından təşəkkür edirik. Bərdə rayon sakini Hüseynov Ramiz Alış oğlu. (42500 manat borc) Qobustan rayon sakini İbrahimov Bəhmən Mehralı oğlu. (6200 manat borc) Bərdə rayon sakini Həsənov Faiq Yadigar oğlu. (32000 manat borc) Mehdiabad qəsəbə sakini Məmmədov Vasif Vaqif oğlu. (8600 manat borc) Bakı şəhər Bozovna qəsəbə sakini Yunusov Babək Balabəy oğlu. (38000 manat borc) Sabunçu rayon Kürdəxanı qəsəbə sakini İbrahimov Fuad Qurban oğlu. (10500 manat borc) Sabunçu rayon Ramana qəsəbəsi sakini Mirəzyev Əfsəl Aslan oğlu. (3500 manat borc) Bakı şəhər A.Zeynallı küçəsi sakini Ələkbərov Gəray Xəqani oğlu. (5800 manat borc)". Yazıdakı iddialarla bağlı sözügdən qurumun da mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |