Əsas Səhifə > Sosial, Manşet > “Qobustanın icra başçısı hər gün camışlarına baş çəkir, ancaq bizimlə maraqlanmır”
“Qobustanın icra başçısı hər gün camışlarına baş çəkir, ancaq bizimlə maraqlanmır”10-06-2016, 09:46 |
Qobustan rayonunun Bədəlli kəndində yaşayan şəhid anası Müstəcəbova Şəhla Azinforum.az İnformasiya Portalına rayon icra hakimiyyətinin onlara qarşı olan hədsiz biganəliyindən bəhs edən şikayət ünvanlayıb. Qeyd edək ki, şikyaət edən xanım 04.04 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəməncasına şəhid olan Müstəcəbov Orxan Ələskər oğlunun anasıdır. Şəhid anası bildirir ki, hətta bu günə kimi onun oğlunun qəbri belə düzəldilməyib: “Bu müddət ərzində İcra Hakimiyyətinin başçısı Adil Məmmədovdan zərrə qədər də dəstək görməmişik. Bütün yası da öz vəsaitimiz hesabına etdik. Çox sağ olsun, ölkənin birinci xanımı Mehriban Əliyeva bizə dəstək göstərməsəydi yasın xərcinə görə oğlanlarım bankdan kredit götürməli olacaqdı. Mən fürsətdən istifadə edib Mehriban xanıma bütün şəhid ailələrinə göstərdiyi qayğı və diqqətə görə dərin təşəkkürümü bildiriəm. Yaxşı olardı ki, bizim icra başçımız da belə əməllərə baxıb örnək götürərdi. Bütün rayonlarda şəhidlərimiz olub. Mən maraqlanmışam, yerli icra hakimiyyətləri həmin ailələrə böyük qayğı göstərir. Adil Məmmədov isə, hər gün mənim evimin yanından keçib fermada saxladığı camışlara baş çəkə bilir, ancaq şəhid anası ilə maraqlanmağa vaxt tapmır. Gəlin, evimizə baxın, yağış yağanda başımıza damır. Mənim oğlum sağlığında 1700 manat əmək haqqqı alırdı. Kaş ki, sağ olaydı mənim də Adil Məmmədov kimilərə ehtiyacım qalmayaydı. Bir şəhidin qəbrini düzəltməyə icra hakimiyyətinin gücü çatmırsa, onda burda niyə işləyir?” Qeyd edək ki, şəhid Müstəcəbov Orxan Ələskər oğlunun məzarı Qobustan rayonunun Yekəxana kəndindədir. Azinforum.az olaraq Qobustan rayon icra hakimiyyətinin rəsmi saytında olan telefon nömrələrinə bir neçə saat ərzində zəng etsək də, cavab verən tapılmadı. Səslənən fikirlərlə bağlı onların da mövqeyini dinləməyə hazırıq. Mövzuya qayıdacayıq… Geri qayıt |