Əsas Səhifə > Sosial, Manşet > Vidadi Zeynalov həbsxanada olsa da...

Vidadi Zeynalov həbsxanada olsa da...


20-06-2016, 10:42
Vidadi Zeynalov həbsxanada olsa da...
Azinforum.az xəbər verir ki, ləğv edilmiş MTN hadisələri ətrafında aparılan həbslər zamanı külli miqdarda dövlət əmlakını mənimsəmə ittihamı ilə həbs edilən və hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılan Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov bu yaxınlarda qızına təmtəraqlı ad günü keçirilməsi təşəbbüsü ilə çıxış edib. Xatırladaq ki, Vidadi Zeynalov azadlıqda olarkən çox bahalı həyat tərzi keçirən məmurlardan olub. Onun biznes imperiysına daxil olan mülklərin və ticarət-iaşə obyektlərinin ümumi dəyəri 10 milyonlarla ölçülür.
Qeyd edək ki, həbsdə olan məmur ailəsinə məxsus olan özəl təqvim günlərinə hər zaman böyük həsasslıqla yanaşıb. Əsasən də, ailə təmsilçisi olan övladların doğum günləri bahalı partilərin keçirilməsilə yadda qalıb. Bu səbəbdən də, Vidadi Zeynalov öz yaxın ətrafına xəbər göndərib ki, onun kiçik qızının ad günü şənliyi əvvəlkilərdən heç nəyi İlə fərqlənməməlidir. Bu səbəbdən də, Vidadi Zeynalova məxsus olan villalardan birində onun qızına əvvəlki illərdən öz möhtəşəmliyilə fərqlənən bir doğum günü partisi təşkil edilib. Ad günü şənliyində bir çox tanınmış şou müğənniləri və aktyorlar iştirak ediblər.

Geri qayıt