Əsas Səhifə > Sosial, Manşet > "Kollecdə biabırçılıqdır..."
"Kollecdə biabırçılıqdır..."1-08-2016, 09:57 |
Lənkəran rayon sakini, valideyn Nizami Məmmədov "Təzadlar"dan kömək istəyir. O, şikayət məktubunda Lənkəran Dövlət Humanitar Kollecindəki biabırçılığı təsvir edir: Hörmətli redaksiya! Xahiş edirik, rayona nümayəndə göndərin, araşdırma aparılsın, görün biz valideynlər Kollecin direktorunun əlindən nələr çəkirik... Kollecin direktoru Ruslan Həmidov TƏLƏBƏLƏRİ KƏSRDƏ SAXLAYARAQ yeni rüşvət alma mexanizmi ilə işləyir. Dünən KİV-lərdə Baş Prokuror Zakir Qaralovun açıqlamaları var idi... Bu şəxs Baş Prokuroru da saymır... Ülviyyə Rzayeva pulu tələbələrdən qorxu gəlməklə yigır. Bildirir ki, bu göstərişi ona gizli şəkildə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidov verib. Qiyabi şöbənin müdiri Xuraman xanım son kurs tələbələri kollecə çagıraraq onlara hədə-qorxu gələrək dövlət imtahalarına 300 manat verməsələr kəsiləcəklərini bildirir. Musiqi şöbəsinin müdiri Fikrət müəllim qabilliyyət -qəbul imtahanlarına hamının gözü qabağinda ixtisaslarda fərqli olaraq 3.000 -4.000 manat pul yığır. Müəllimlərin hər biri müavin Aysellə birləşərək kollekum imtahanlarında hər bir tələbədən 30-50 manat rüşvət alırlar. Kollec direktoru kollecdə saxta ştatlar acaraq öz əmri ilə təsdiqləmişdir. Eyni zamanda QİYMƏT-MONİTORİNQ mərkəzini acaraq bütun rüşvətin yığılmasını ora cəmləşdirmisdir. Direktorun göstərişi ilə tələbələr kəsirdə saxlanınlır və bu yolla onlardan pul tələb olunur. Daha sonra əlaltıları olan qyabi şöbəsində Xuraman Ələkbərova, Musiqidə Fikrət Kərimov və müavin Aysel Mehdiyeva işə qarışır və kəsr imtahanlarını 50 manata yazdırırlar. Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidovun bu günkü fəaliyyətində korrupsiya faktları var. Ruslan Həmidov bu təhsil ocağını bazara, kimlərinsə gəlir mənbəyinə cevirib. Kollecdə bufet anti-sanitariya qaydasındadır. Ruslan müəllim bufeti vergilərdən gizlədir və hər ay bufetdə Ağa adlı şəxsdən 300 manat haqq alır. Bufet heç yerdə qeydiyyatda deyil. Kollecin büdcəsi təyinatı üzrə düzgün bölunmur. Vəsaitlər kiminsə cibinə xidmət edir. Bu yaxınlarda bir gun 12.000 manat dəftərxanə ləvazimatından heç kim faydalanmayıb. Direktor Ruslan müəllim kollecin musiqi şöbəsinin müdiri Fikrət adlı şəxslə birləşərək 86.000 manat pulu guya şöbənin təmirinə sərf etmiş və işə götürdüyü qohumu meyxanaçı Natiqin əli ilə xərcləmişdir. O hazırda Rusiyadadır. Tələbələrin təqaüdləri, müəllimlərin maaşları düzgün hesablanmır. Kollecin İngilis dili müəlləmi Aysel Mehdiyevanın heç bir rəhbərlik təcrübəsi olmadan kollecə birbaşa tədris hissə müdiri vəzifəsinə təyin edib. Səbəbi aydındır, A.Mehdiyeva R.Həmidovla əlbir olaraq kollecə bərpa olunan tələbələrin qeydiyyatını aparmaqdan ötrürü pul yığaraq vasitəçilik edir. Tələbələrə diplomları 100 manat alaraq verir. Direktor Ruslan müəllim kollecin musiqi şöbəsinin müdiri Fikrətlə birləşərək kollecə tələbə qəbulu aparırlar. Qabilliyət imtahanından Fikrət müəllim 3.000-4000 min manat valideyndən qorxudaraq pul alır... Kollecin qiyabi şöbə müdiri Xuraman Ələkbərova bir tələbədən semester imtahanı üçün 150-200 manat, kurs işi üçün 30 manat, yoxlama yazı işi üçün 20 manat, son kurs tələbələrin dövlət imtahanları üçün 300-400 manat pul yığır. Xuraman xusüsi dəftərdə pul aldıqlarının siyahısını yazılır və sumkasında saxlayır. Kollecin musiqi şöbə müdiri Fikrət Kərimli semester imtahanı üçün bir tələbədən 150-200, son kurs tələbələrindən dovlət imtahanı üçün 250-300 manat pul yığır. Ona Fikrət kömək edir. Musiqi şöbədə dərslər tədris planlarına uyğun bölünməmişdir. Kollecin Pedaqoji təcrübə rəhbəri diplomqabağı pedaqoji təcrübədə iştirak edən tələbələrin qiymətlərini şişirdilib yazılmasına 100 manat, təcrübədən yayınmaqdan ötrü isə 200 manat yığır. Kəsr imtahanından hər tələbədən 1 kəsrə görə 50 manatdan alırlar. PULLAR RUSLANIN SURUCUSU KAMRANDA CƏMLƏNİR. Kəsrdə qalan tələbələrin yay dərsləri başlanıb. Lakin sinif otaqlarında indi tələbə yoxdur. Hər bir tələbədən 350 -500 man alan Aysel (Ruslanın sag əli) tələbələri evə buraxmışdır. Kollecin psixoloqu Maya xanım və tərbiyəvi – təşkilatçi Ülviyyə xanım Ruslanın tapşırığı ilə kollecdə icazə işinə və diplom satmağa nəzarət edirlər. Beləki 1 günaə 10 manat, 6 gunə 40 manat, 15 günə 100 manat, 1 aya 200 manata icazə verilir. Aylarla dərsə gəlməyib Bakıda və Russiyada yaşayanlar var ki, onlara ya 300 manat pul verirlər. Kollecdə dərs bölgüləri də düzgün aparılmır. Direkto rRuslan Həmidov kollecdə tam ştat vəzifədə işləməsinə rəğmən, Lənkəran Dövlət Universitetində də müəllim kimi çalışır. Xahiş edirik, səsimizi təhsil naziri Mikayıl Cabbarova, Baş Prokuror Zakir Qaralova çatdırın, bizə kömək edin. Belə təhsil sistemi olarmı??? Redaksiyadan: məktubda digər pozuntular da əks olunub, araşdırılması üçün Baş Prokurorluğa göndəriləcək. "Təzadlar" Geri qayıt |