Əsas Səhifə > Sosial, Manşet > Şəkidə sular niyə durulmur...

Şəkidə sular niyə durulmur...


5-08-2016, 09:13
Şəkidə sular niyə durulmur...
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində son zamanlar büdcə vəsaitlərin və suvarma suyuna görə yığılan pulların mənimsənilməsi halları sürətlə artır

Artıq bu vəziyyət dövlət strukturların da narahat edir və Hesablama Paltası, Vergilər Nazirliyi kimi qrumları hərəkətə keçməyə vadar edir. Hətta bəzi hallarda Hesablama Palatası Vergilər Nazirliyi ilə birlikdə dövlət büdcəsinə ödəmələr, büdcə vəsaitlərindən təyinatı üzrə istifadə olunub-olunmaması və dövlət əmlakından istifadə olunması zamanı qanunvericiliyin tələblərinə tam əməl olunub-olunmaması üzəçıxarmaq üçün birgə yoxlamalar aparırlar. Artıq Meliorasiya və Su Təsərrüfatı ASC-nin bəzi yerli idarələrində aparılan yoxlamalar dövlət büdcəsinə ödəmələrin müxtəlif maliyyə fırıldaqları yolu ilə azaldılması, meliorasiya və irriqasiya tədbirləri üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi və ya qeyri-təyinatı üzrə istifadə edilməsi, satınalmaların formal xarakter daşıması və satılan suya görə əhalidən yığılan pulların mənimsənilməsi kimi hallar artmaqdadır. Vəziyyət belə davam edərsə məsələyə prokurorluq orqanlarının da müdaxilə edəcəyi gün uzaqda deyil. Meliorasiya və Su Təsərrüfatı ASC-də yaranmış bu vəziyyət isə Səhmdar Cəmiyyətə 24 il ərzində, Xalq Cəbəsinin hakimiyyətindən bu günə kimi eyni şəxsin, Əhməd Əhmədzadənin rəhbərlik etməsi izah edənlərin mövqeyi daha əsaslı görünür.

Azerinews.tv-yə verilən məlumatlara görə, Səhmdar Cəmiyyətdə elə idarə rəisləri var ki, onlar 24 il əvvəl Əhmədzadə tərəfindən vəzifəyə təyin ediliblər və bu gün də Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli idarələrindən birinə rəhbərlik edirlər. Bu isə istər-istəməz neqativ halların yaranmasına gətirib çıxarır. Başqa bir problemli məsələ isə Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadə kimi Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli idarələrinin bəzilərinin rəhbərlərinin təqaüd yaşı çoxdan çatıb, bəzilərinin isə səhhətində ciddi problemlər olsa da onları vəzifədə saxlamaqda davam edirlər. Məlumata görə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin elə yerli idarələri var ki, rəhbərləri səhhətində yaranmış vəziyyətə görə mütamadi olaraq iş başında ola bilmir. Bu isə istər-istəməz işin keyfiyyətinə mənfi təsir edir və tam məsul olmayan şəxslər tərəfindən mənimsəmələr, sui-istifadələri artırır.

Məlumatlı mənbənin sözlərinə görə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin bəzi yerli idarələrinin rəisləri kimi Şəki Suvarma Sistemləri İdarəsinin rəisi Fərahim Qarayev də səhhətindəki problemlərə görə mütamadi olaraq iş başında ola bilmir. Əlbətdə biz hər bir Azərbaycan vətəndaşı kimi Şəki Suvarma Sistemləri İdarəsinin rəisi Fərahim Qarayevə sağlıq və uzun ömür arzu edirik. Ancaq Fərahim Qarayev də sağlığını düşünüb, vəzifədən əl çəksə, həm özünə, həm də Şəkidə ondan su gözləyən fermerlərə yaxşılıq etmiş olar. Azərbaycan reallıqlarında bir idarənin rəhbərinin səhhətində yaranan problemə görə daima iş başında ola bilməsi həmin müəssisənin fəaliyyətində ciddi problemlər yaradır. Azərbaycanın ən böyük taxılçılıq rayonu olan Şəkidə isə Suvarma Sistemləri İdarəsinin fəaliyyətində nöqsanlar bütövlükdə ölkə üçün problemlər doğurur və president Ilham Əliyevin ərzaq təhlükəsizliyi ilə bağlı siyasətinin icrasına mane olur. Məlumata görə, dövlət büdcəsindən Şəki Suvarma Sistemləri İdarəsinin mexanizm və nəqaliyyat vasitələri üçün ehtiyyat hissəslərin alınması ilə bağlı maliyyə əməliyyatlarının şəffaflığı da şübhə yaradır.

Müraciət edən şikayətçi onuda bilirir ki, Şəki Suvarma Sistemləri İdarəsinin balansında olan mexanizm və nəqliyyat vasitələrinin istismarı üçün ehtiyat hissələrinin satın alınması məqsədilə 100 min manat büdcə vəsaiti Şəki şəhəri, Sarabski küçəsi ev 10-da qeydiyyatda olan “Dinar” Firmasının hesabına köçürülüb. “Dinar” Firmasının direktoru Fəxrəddin Bəşirov isə Şəkidə nəqliyyat vasitələrinin ehtiyyat hissəslərinin satıçısı kimi tanınmayıb. Bu məqam bu maliyyə əməliyyatının şəffaf olmadığını düşünməyə imkan verir. Məlumatlı mənbə Şəki Suvarma Sistemləri İdarəsi ilə rayonda fəaliyyət göstərən 5 Sudan İstifadəedənlər Birliyi arasındakı maliyyə əməliyyatlarında qeyri-şəffaf məqamların olduğunu iddia edir. Mənbənin sözlərinə görə, Dəhnə, Şinçay, Cəyirli, Kişçay və Zəyzidçay Sudan İstifadəedənlər Birliklərinin rəhbərləri də Şəki Suvarma Sistemləri İdarəsi Fərahim Qarayevə bağlı şxslərdir. İndi Fərahim Qarayevin səhhətində problemlərin yaranması Sudan İstifadəedənlər Birliklərinin rəhbərlərinin fəaliyyətinə mənfi təsir edib. Azərbaycanın ən böyük taxılçılıq rayonunda isə bu problemlər sıradan problemlər deyil və ciddi fəsadları ola bilər. İddialara bağlı Şəki Suvarma Sistemləri İdarəsinin rəisi Fərahim Qarayevin də mövqeyini öyrənmək istədik. Amma bu mümkün olmadı.

Qarşı tərəfidə dinləməyə hazırıq

Geri qayıt