Əsas Səhifə > Sosial, Manşet > 5 saylı doğum evində “dağ boyda” rəzalət
5 saylı doğum evində “dağ boyda” rəzalət6-08-2016, 09:33 |
Bakının Səbayel rayonundakı Ş.Ələsgərova adına 5 saylı kliniki doğum evində baş alıb gedən biabırçı olaylardan ara-sıra mətbuatda bəhs olunur. Səhiyyə Nazirliyindəki səlahiyyət sahibləri bu biabırçılıqları törədənlərin cəzalandırılması istiqamətində hansısa bir əməli fəaliyyət göstərmiş olsaydı,yəqin ki, digərlərinə də görk olası nəticələr ortaya çıxardı. Doğum evindəki “dağ boyda” açıq alveri az qala normaya çevirmiş baş həkim deyəsən, səhiyyə nazirinin zaman-zaman səslənən acı etiraflarından hələlik nəticə çıxarmaq fikrində deyil. Korrupsiyaya qarşı bütün ölkə miqyasında mübarizə aparıldığı bir dövrdə doğum evində gineqoloqdan tutmuş tibb bacısınadək əksər dəhiyyə işçiləri rüşvətin girovuna çevrilmiş kimi görünür. Analıq haqqına sahib çıxacaq qadınlarımıza açıq-aydın "haq" qoyan doğum evinin ginekoloqları həkimlikdən daha çox qəssablığa yaraşan əməllərə rəvac verir. Doğum evində ana olmağa gələnlərin sevinci 800-1000 manat civarında ölçülür. Pul tələbləri isə demək olar ki, tam leqal şəraitdə xəstələrin yaxınları qarşısında rus demiş, "rebrom", yəni qətiyyətlə qoyulur. Ginekoloqlar burada sanki dədəsinin idarəsində xəstələrə xidmət göstərmiş kimi özlərini aparır. Qəribədir ki, analar doğum evində nə qədər çox qalırsa, bir o qədər "sutoçnı" ödəyir.Burada özəl səhiyyənin bütün formatda özü də eybəcər simada qadınlarımızın halal haqqını mənimsəmək cəhdləri yetərincədir. Apardığımız müşahidələrdən aydın oldu ki, buradakı bəzi qəssabsifət həkimlərin xofu qarşısında “şirinlik” ödəmək məcburiyyətində qalan valideynləri körpəsinin taleyi daha çox narahat edir. 5 saylı kliniki doğum evində hökm sürən belə mənzərə nədənsə, səhiyyə nazirinin diqqətindən kənarda qalıb. Ümumiyyətlə, Səhiyyə Nazirliyinin ginekolodiya sahəsində gördüyü tədbirlər gülünc və mahiyyətcə yetərsizdir. Belə ki, nazirlik səvyyəsində cəzalandırldığı və tutduğu vəzifədən azad edildiyi bildirilən bəzi rüşvətxor baş həkimlər çox qısa zamandan sonra başqa bir mühüm vəzfəyə asanlıqla təyinat ala bilirlər. Bunun səbəbləri bizə aydın deyil. Əsas vəzifəsi dünyaya pulsuz-parasız insan gətirmək olan tibb ocağından rüşvətin yığışdırılması əlbəttə, həmdə paytaxt səhiyyəsi rəhbərliyinin də işgüzar nüfuzuna xidmət edərdi. Səhiyyəmizin bazar mahiyətini səhiyyə naziri Oqtay Şirəliyevlə birlikdə dəyişməyə isə tələsməliyik. Geri qayıt |