Əsas Səhifə > Sosial, Manşet > "Getdiyim Həccə and olsun İsmayıl müəllim deyir, mən də edirəm"

"Getdiyim Həccə and olsun İsmayıl müəllim deyir, mən də edirəm"


13-08-2016, 09:37
"Getdiyim Həccə and olsun İsmayıl müəllim deyir, mən də edirəm"
Süründürməçilik açıq korrupsiya amilləriylə bağlıdır. Neftçala rayonunda fərdi ev tikmək istəyən yaxud ev tikmək üçün həyətyanı sahəsini sənədləşdirmək istəyən vətəndaşlar Neftçala rayon icra hakimiyyətinin Arxitektura şöbəsinin müdiri Vüqar müəllim tərəfindən süründürməçilik halları ilə üzləşir. Bələdiyyə torpaq sənədlərinə rəy almaq üçün 100 manat Vüqar müəllimə pul verməlidir əks halda rəy vermir əsas gətirib bildirir ki, Arxitektura söbəsinin möhürü icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevdədir.

Bundan əlavə dükan sənədləşdirilməsi üçün tələb olunan icra başçısının sərəncam və lahiyəsinə 500-1000 manat pul tələb edir. Onun üçün rayon sakinləri öz mülklərininə sənəd ala bilmirlər. Vüqar müəllimin etdiyi qanunsuzluqlar bunlarla kifayətlənmir o, Neftçala rayon ərazisində yerləşən dükanlara möhürsüz bildirişlər yoluyaraq sahibkarlara dükanlarının söküləcəyini bildirərək onlardan pul tələb edir və bildirir ki, mən kiməm ki, getdiyim Həccə and olsun İsmayıl müəllim deyir mən edirəm. Aldığım pulun 10 faizi mənə çatır qalanı icra başçısınındır.

Bəlli olduğu kimi, fərdi ev tikintisi qaydaları artıq neçə müddətdir sadələşdirilib. Lakin bu istiqamətdə süründürməçiliyə yol verilir. Insanlara bu məsələdə problem yaratmaq görəsən, nə dərəcədə düzgündür? Vətəndaşlara süni maneələr yaradanlar hansı məsuliyyəti daşıyır? Bax bu sualların cavabları yuxarıda acıq şəkildə yazılıb. Xalqı hakimiyyətdən küsdürən məmurları ən sərt şəkildə cəzalandırılmasını dövlət başçısından xahiş edirəm. (Mənbə: Anaxeber.az)

Geri qayıt