Əsas Səhifə > Sosial, Manşet > Azad Rəhimovun “Rio qorxusu”

Azad Rəhimovun “Rio qorxusu”


19-08-2016, 09:10
Azad Rəhimovun “Rio qorxusu”
Azərbaycan idmançılarının Rioda keçirilən Yay Olimpiya oyunlarında indiyədək qızıl medal qazana bilməməsi ictimaiyyətlə yanaşı, hökumət daxilində də narazılıq doğurub. Narazılıqların əsas hədəfində isə gənclər və idman naziri Azad Rəhimov var.

Bu barədə Qaynarinfo.Az-a məlumatlı mənbədən bildirilib.

Mənbə deyib ki, Rəhimovun özü də haqqındakı bu fikirlərdən xəbərdardır, ona görə də ciddi narahatlıq keçirir. “Nazir əndişəlidir ki, Rio Olimpidasının ardından onu vəzifəsindən kənarlaşdıra bilərlər” deyə mənbəmiz qeyd edib.

Nazirin bu narahatlığı xüsusilə Ermənistan və Gürcüstan idmançılarının qızıl medal qazanmasından sonra daha da artıb. “Azərbaycana bu iki qonşu ölkə ilə müqayisədə idman sahəsinə kifayət qədər maliyyə ayrılıb, idman-olimpiya kompleksləri inşa edilib və s. Amma hazırda həm Gürcüstan, həm də işğalçı qonşumuz Rio-2016-nın medal siyahısında bizdən öndədir. Bu saatlarda Ermənistan 36-cı, Gürcüstan 41-42-ci ikən, Azərbaycan 55-ci yeri tutur. Üstəlik, bu gün Bakı vaxtilə səhər saatlarınadək Rio-2016-ya qatılmaq haqqı qazanan 56 idmançımızdan 39-u mübarizəni dayandırmışdılar. Bu isə hər keçən gün daha yüksək nəticə imkanlarımızın azalması deməkdir” – deyən mənbənin sözlərinə görə, Braziliyada qızıl medal və ötən olimpiadalarla müqayisədə daha yaxşı nəticə ümidlərimizin doğrulmamamsı ilk növbədə gənclər və idman nazirinin tənqid hədəfinə çevrilməsi anlamına gəlir.

“Belədə onsuz da son vaxtlar hökumət içində nüfuzu xeyli azalan Azad Rəhimovun “vurulması” qaçılmaza çevrilə bilər” - deyə mənbəmiz əlavə edib.

Geri qayıt