Əsas Səhifə > Sosial, Manşet > "Bank of Baku" vətəndaşları necə aldadır?

"Bank of Baku" vətəndaşları necə aldadır?


27-08-2016, 10:24
"Bank of Baku" vətəndaşları necə aldadır?
"Bank of Baku” müştərilərini aldatmaqda davam edir.
Sözügedən bankdan verilən məlumata görə 1.000 manatlıq istehlak krediti üçün 24.90% FİFD (faktiki illik faiz dərcəsi) rəsmiləşdirilir. Amma "Bank of Baku”nun rəsmi saytında istehlak kreditinin FİFD –nin 29.98%-dən başladığı bildirilir. Bundan başqa bankın açıqlamasındakı məlumata görə 1.000 manatlıq istehlak krediti 6-18 ay kredit müddətinə verillir. Sözügedən məbləğ üçün 12 aylıq rəsmiləşdirilən kreditə bank nümayəndəsi1.290 manat, (bankın rəsmi məlumatına görə 1298 manat) ödənilir. Aylıq orta hesabla 96-97 manat arasında rəsmiləşdirilən kredit üçün aylıq faiz dərəcəsi 2,5% olaraq müəyyənləşdirilir. Həmçinin 1.000 manatlıq kredit üçün 1% komissiya haqqı tutulur.
Unikal.org bankın bütün bu sadə proseslərinin arxasında gizlənən müəmmaları araşdırıb.
Belə ki, 1.000 manatlıq istehlak krediti üçün 1% (10manat) komissiya haqqı tutulur. Yəni, 990 manat kredit əldə olunur, amma 1.000 manat olaraq kredit rəsmiləşdirilir. Bu zaman isə ödənilən 10 manat həm banka qayıdır həmdə kredit faizinə hesab olunur. Bu isə 1.000 manat üçün nəzərdə tutulan kreditə aylıq olaraq 0.98 manat artıq ödəniş, illik olaraq isə orta hesabla 11,76 manat əlavə ödəniş deməkdir.
Bunlardan başqa gecikmə halları baş verirsə bank , 3 gündən 90 günədək gecikdirilmiş kreditə görə, hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin 1%-i (ən az 0.50 AZN / USD) miqdarında cərimə hesablayır. Əsas borc isə 1.000 manat rəsmiləşdiyindən gecikmə zamanı əvvəlcədən ödənilən 10 manatlıq komissiya haqqı da gecikmə % olaraq hesablanır. Yəni gecikən günlərdə əsas borca görə hər gün 10manat, əvvəlcədən ödədiyimiz 10 manat da gecikməsi 0,1 manat cərimə hesablanır.
Əvvəlcədən ödənilən 10 manat kredit tam ödənildikdən sonra bank müştərisinə orta hesabla 22 manat (gecikmə baş verəcəyi təqdirdə bu məbləğ arta bilər) ziyan vurur.
Qeyd edək ki, hesablanan rəqəmlər 1.000 manat üçün hesablanır və kedit məbləği artdıqca dəymiş ziyanın da məbləği artır.

Geri qayıt