Əsas Səhifə > Sosial, Manşet > Əhməd Vəliyevin obyektinə dəqiq diaqnoz...
Əhməd Vəliyevin obyektinə dəqiq diaqnoz...3-09-2016, 09:48 |
Builki qəbul imtahanlarının nəticələri ortaya heç də xoş olmayan mənzərə çıxarıb. Həmin xoşagəlməz panoramanın cizgilərindən biri də təhsil almaq üçün özəl ali məktəbləri (“Qafqaz” universiteti istisna olmaqla – Savash.org) seçənlərin əhəmiyyətli şəkildə azalmasıdır. Statistikaya görə, ümumilikdə özəl ali təhsil müəssisələrindəki plan yerlərinin təxminən 58 faizi boş qalıb. Ən acınacaqlı durum isə “Odlar Yurdu” Universitetində müşahidə olunub. Antirekorda imza atan təhsil ocağında plan yerlərinin cəmi 11 faizi dolub, başqa sözlə bu il təhsil almaq üçün “Odlar Yurdu”nu seçənlər cəmi-cümlətanı 68 nəfər olub. Mövzuyla bağlı Savash.org-a açıqlama verən təhsil eksperti Nabatəli Qulamoğlu hesab edir ki, belə bir vəziyyətin yaranmasında ilk növbədə adıçəkilən universitetin özü günahkardır: "”Odlar Yurdu” Universiteti ən az tələbə qəbul olunan ali məktəblər sırasında birinci yerdə dayanır. Bu universitetin heç bir fəaliyyəti yoxdur. "Odlar Yurdu" ancaq diplom satmaqla məşğuldur. Elə bir media quruluşu yoxdur ki, bu universitet haqda tənqid yazmasın. Amma bu yazıların heç bir xeyri, təsiri yoxdur. "Odlar Yurdu" hələ də yaşayır. Daha doğrusu onu yaşadırlar. Universiteti idarə edən hakimiyyətin idarə olunmasında iştirak edən adamlardan biridir”. Ekspertin proqnozauna görə növbəti qəbul ilində "Odlar Yurdu"na daha biabırçı vəziyyətlə üzləşəcək: "Universitetin rəhbərliyi məcburiyyət qarşısında ödənişləri aşağı salıb. Amma bunun fayda verəcəyini düşünmürəm. Bu ali məktəbin tələbələri sadəcə dərsə gəlib-getməklə məşğulduir. 4 ildən sonra da onlara karton kağızdan ibarət diplom veriləcək ki, həmin diplom onların karyerasında hansısa rol oynamayacaq. "Odlar Yurdu" universitetinin rəhbəri şəhərin mərkəzində böyük bir ərazini qəsb edib. Həmin ərazidə təhsil soyqrımı aparır. Bu təhsil müəssəsini təcili şəkildə ləğv etmək, yerində isə kənd təsərrüfatı məhsulları satmaq lazımdır. Bu cür ali məktəb kimə və nəyə lazımdır?" Savash.org xatırladır ki, “Odlar Yurdu” Universitetinin sahibi keçmiş millət vəkili Əhməd Vəliyevdir. Geri qayıt |