Əsas Səhifə > Sosial, Manşet > Eldar Mahmudovun adamları Memarlar İttifaqının katıbınə 140 min manatı necə "atdı"
Eldar Mahmudovun adamları Memarlar İttifaqının katıbınə 140 min manatı necə "atdı"10-09-2016, 10:02 |
Ötən ilin sonlarında keçmiş MTN-nin rəhbərliyində baş verən həbs dalğasından sonra ölkədə baş vermiş bir sıra cinayət işlərinin üstü açıldı. Keçmiş MT naziri Eldar Mahmudovun və həmin nazirliyin baş idarə rəisi Akif Çovdarovun vəzifədə olduqları müddətdə törətdikləri cinayətlərin hesabına milyonlarla sərvətə, saysız- hesabsız obyektlərə sahib olduqları aşkarlandı. Bu hadisədən 1 ilə yaxın vaxt keçsə də, hələ də ölkə mətbuatı az qala hər gün keçmiş "çekistlərə" aid bir faktı "deşifrə" edir. Eldar Mahmudov nazir vəzifəsindən azad olunduqdan sonra paytaxt Bakı şəhərinin müasir memarlıq incilərindən sayılan "Altes Plaza"nın ona məxsus olduğu aşkarlandı. Daha doğrusu "Altes Plaza”nın ən hündür mərtəbələrinin Eldar Mahmudovun oğlu Anar Mahmudov tərəfindən şəxsi ofis kimi istifadə edildiyi, ümumi sahəsi 1400 kv.metr olan bu ofisdən birbaşa Eldar Mahmudovun nazir otağına özəl telefon xətti çəkildiyi yazılırdı. Mətbuatın daha sonra yazdığına görə isə o vaxt Eldar Mahmudovun oğlu 2014-cu ilin iyul ayında "Altes Group” tikinti şirkətinin Bakının Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 507 ünvanında inşa etdiyi dəbdəbəli "Altes Plaza” biznes mərkəzinin 20, 21, 22 və 23-cü mərtəbələrini bütöv alıb. Müəyyən edilib ki, bu daşınmaz əmlakın ümumi sahəsi 1400 kvadratmetrə yaxındır. Həmin mərtəbələrdə yerləşən mənzillərin alınması üçün 3 milyon 560 min manatdan çox vəsait ödənilib və Anar Mahmudov aldığı mənzilləri ofis kimi istifadə etməyə başlayıb. Başqa məlumata görə isə, Eldar Mahmudov "Altes Group” şirkətinə şərik olub, yaxud bu şirkətin biznesinə himayəçilik edib. İstisna deyil ki, mənzillər əslində onun oğluna "haqq” olaraq verilib. Habelə məlum olub ki, 2014-cü ildə Eldar Mahmudov oğlu ilə birbaşa və qorunan rabitə əlaqəsi saxlamaq üçün Anar Mahmudovun "Altes Plaza”da yerləşən kabinetindəki telefonunu MTN-ə məxsus rabitə qovşağı üzərindən nazirliyin xüsusi rabitə kabellərinə qoşdurub. Və Anar Mahmudovun telefonu atasının MTN-dəki birbaşa rabitə pultuna birləşdirilib. Ötən ilin oktyabrında E.Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra A.Mahmudovun həmin ofisində də axtarış aparılıb, onun atası ilə birbaşa rabitə saxladığı telefon aşkar edilərək götürülüb və MTN-in rabitə şəbəkəsindən ayrılıb”. Daha sonra Holdinqin qurucusu və rəhbəri Rüstəm Abdullayev verdiyi açıqlamada Eldar Mahmudovla bağlantılarını inkar etmişdi. Abdullayevin sözlərinə görə, onlar qanuni alqı-satqı həyata keçiriblər. Heç bir şəriklik və ya himayəçilikdən söhbət gedə bilməz. Qlobal.az saytı "Altes Plaza" ilə bağlı ilginc məlumat əldə edib. Məlumata görə, "Altes Plaza"-nın indiki məkanda inşasına o zaman Azərbaycan Memarlar İttifaqı razı deyilmiş. Belə ki, Yasamal rayonunun İsmayıl Qutqaşınlı küçəsi relyef baxımından əsasən yamacda yerləşdiyinə görə sürüşməyə meylli zona hesab edilir. Ancaq sifarişçilərin gücü qarçısında Memarlar İttifaqı geri addım atmağa məcbur olub. Əldə etdiyimiz digər bir məlumatda isə "Altes Plaza" layihəsinin müəllifliyi Azərbaycan Memarlar İttifaqının katibini İlqar Xıdırova aiddir. Deyilənə görə, layihənin qiyməti sifarişçilərlə əvvəl 200 min manata razılaşdırılsa da sonradan Eldar Mahmudovun adamları İlqar Xıdırova cəmi 60 min manat ödəyiblər. Haqqının ödənilməsini Eldar Mahmudovun adamlarından dəfələrlə tələb edən memar sonradan susmağa üstünlük verib. Qarşı tərəf də münasibətini bildirə bilər. Geri qayıt |