Əsas Səhifə > Sosial, Manşet > Gülənin Bakıdakı adamı dollar alverində...

Gülənin Bakıdakı adamı dollar alverində...


14-09-2016, 08:49
Gülənin Bakıdakı adamı dollar alverində...
Keçən yazımızda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərovun Azərbaycandakı dini sferaya vurduğu zərbədən, külli miqdarda dövlət vəsaitini mənimsəməsindən və FETÖ taktikası ilə ictimaiyyəti aldatma cəhdindən bəhs etmişdik. Əlbəttə, apardığımız təhlil və verdiyimiz məlumatlar bəzilərinə inandırıcı gəlməyə bilər. Bunun səbəbi bir tərəfdən mətbuatımızda dezinformasiya cəhdlərinin geniş vüsət alması, digər tərəfdən isə Azərbaycan oxucusunun hüsni-zənnə dayanan məntiqidir. Daha doğrusu oxucular Azərbaycan prezidentinin etimad göstərərək Komitə sədri təyin etdiyi bir şəxsin bu qədər özbaşınalıq edə biləcəyinə, öz dövlətinə və millətinə bu dərəcədə düşmən kəsilə biləcəyinə inanmaq istəmir. Əslində bu bir tərəfdən xalqın öz dövlətinə və dövlət başçısına inamını itirmədiyini göstərir. Ancaq eyni zamanda dövləti içəridən parçalamağa çalışanların ifşa edilərək layiqli cəzalarını almalıdır.

Maliyyə fırıldaqçılığının doğurduğu suallar

Elşad İskəndərovun Dövlət Komitəsinə sədr təyin edildiyi 2012-ci ildən etibarən dini təfriqəçiliyi körükləyən fəaliyyətlər apardığına və bu zəmində dövlət büdcəsindən xeyli vəsait mənimsədiyinə dair kifayət qədər fakt var. 2012-2014-cü illər ərzində Dövlət Komitəsi tərəfindən həyata keçirilən layihələrdə bir milyon dollardan artıq dövlət vəsaitinin silindiyini göstərən bu faktları gördükdə yaranan suallara hüsni-zənn ilə cavab vermək həqiqətən mümkün deyil.

Məsələn, bu müddət ərzində Dövlət Komitəsinin həyata keçirdiyi yüksək büdcəli layihələr niyə məhz Elşad İskəndərovun birbaşa təsiri altında olan təşkilatlar tərəfindən icra edilmişdir?

Xaricdə təşkil edilən tədbirlərin maliyyə əməliyyatları niyə bank yolu ilə deyil, nəğd vəsait hesabına həyata keçirilmişdir? Bu tədbirlər əslində Komitə sədrinin mənimsədiyi çirkli pulların yuyulması üçün bir vasitəydimi? Hesabatlarda göstərilən maliyyə sənədləri necə saxtalaşdırılmışdır?

Ölkə daxilində icra olunan layihələrin büdcəsi hansı əsaslarla şişirdilmişdir və bəzi layihələrin bütün maliyyə əməliyyatları niyə məhz Elşad İskəndərova yaxın şəxslərin VÖEN-ləri əsasında aparılmışdır?

Bütün bu saxtakarlıqlara Maliyyə Nazirliyi niyə və necə göz yummuşdur? Nazirlikdə Elşad İskəndərovu himayə edən kim idi?

Bu sualların sayını təəssüf ki artırmaq mümkündür. Faktları göstərən konkret sənədlərin doğruluğunu bir daha dəqiqləşdirdikdən sonra bütün ictimaiyyəti məlumatlandiracağıq.

Elşad İskəndərovun atasının müəmmalı bank hesabı

Hələlik sadəcə bir nüansa diqqət çəkmək istərdik. Bu isə Elşad İskəndərovun doğma atasının adına açılmış əmanət hesabı ilə bağlıdır. Əlbəttə hər bir Azərbaycan vətəndaşı kimi Hüseyn İskəndərov da istənilən bankda, istənilən qədər hesab açdıra bilər. Bu onun vətəndaşlıq haqqıdır. Sadəcə bir əmması var...

Əmması odur ki, rəsmi sənədlərə əsasən sözügedən əmanət hesabı 2015-ci ilin avqust ayında Texnika Bankda açdırılmışdır. Həm də dollar ilə... Halbuki o dövrdə maliyyə problemləri ilə üzləşən "Bank Technique" Açıq Səhmdar Cəmiyyətinin müflis olmaq təhlükəsi qarşısında olduğunu azyaşlı uşaqlar da bilirdi. Maraqlıdır bütün əməliyyatların dayandırıldığı, kartların bloklandığı, əhalinin 300-500 manatlıq depozitlərinə görə günlərlə ayaq döydüyü bu banka Hüseyn müəllim öz “halal” pulunu niyə əmanət etmişdi? Həm də nə az, nə çox, tam iyirmi səkkiz min dollar. Görəsən köhnə “kekebeşnik” artıq sadə məntiqi proqnozlar vermək qabiliyyətini də itirmişdi? Yoxsa bəzi qohumları kimi onun da bu addımı Elşad İskəndərovun dollar maxinasiyasına köklənmiş növbəti gediş idi?

Ardı var...

Hüeyin İSGƏNDƏR

DİA.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Gülənin Bakıdakı adamı dollar alverində...
Gülənin Bakıdakı adamı dollar alverində...
Gülənin Bakıdakı adamı dollar alverində...
Geri qayıt