Əsas Səhifə > Sosial, Manşet > Fazil Məmmədovun bu işçiləri dövlətə kəf gəlir...

Fazil Məmmədovun bu işçiləri dövlətə kəf gəlir...


16-09-2016, 09:32
Fazil Məmmədovun bu işçiləri dövlətə kəf gəlir...
Azərbaycanda aksiz markalanmalı olan malların marka olmadan, nağd qaydada alqı-satqısı cinayət məsuliyyəti yaradIr. Aksiz markaları ilə markalanmalı olan məhsulları nağd qaydada xeyli miqdarda satma və satış məqsədilə nağd qaydada alma cinayət hesab edilir. Milli Məclisdə Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən Azərbaycanda saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları saxta aksiz markaları ilə markalama, saxta aksiz markaları ilə markalanmış məhsulları əldə etmə, saxlama və ya satma cinayət əməli kimi müəyyən olunur. Cinayət Məcəlləsinin 2013-1.-ci maddəsinə edilmiş əlavələrdə: Aksiz markası ilə markalanmalı olan məhsulları marka olmadan "xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə" sırasına "belə məhsulların nağd qaydada alqı-satqısı" da məsuliyyət yaradan hərəkətlərdir. Xatırladaq ki, bu maddəyə uyğun olaraq həmin hərəkətləri etmiş şəxs və şəxslərin əmlakı müsadirə olunmaqla onlara, min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən olunur.

Ötən gün Conflict.az-a İmişlidən daxil olan məlumtda bildirlir ki, rayon bazarında yuxarıda qeyd edilən məsələlər demək olar ki, gözlənilmir. Məlumatı verən mənbə İmişli bazarında aksiz markası ilə markalanmayan müxtəlif adlı tütün məmulatlarının topdan və pərakəndə satışı əsasən iki nəfər - Ramazan və Zahir adlı şəxslər tərəfindən həyata keçirilir. Mənbənin bildirdiyinə görə bu iki şəxsin icazəsi olmadan kimsə bazar ərazisində bir qutu siqaret belə sata bilmir. Məsələnin ən qəribə tərəfi isə bu işdə aksiz markası olmayan siqaretlərin topdan və pərakəndə satışını təşkil edən Ramazan və Zahirə Vergilər nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsinin müfəttişi Qadir Rəsulovun “kömək” etdiyi söylənilir. Məlumatda o da qeyd edilir ki, ötən gün (14.09.2016 – Conflict.az) də İmişli mərkəzi bazarında olan Qadir Rəsulov “dostlarına mühüm tapşırıqlar” da verib. Xatırladaq ki, 8 saylı Ərazi Vergilər İdarəsinə millət vəkili Xanhüseyn Kazımlının qardaşı oğlu Elçin Kazımov rəhbərlik edir.

Mənbənin bildirdiyinə görə İmişli rayon polis idarəsinin əraziyə nəzarət edən səlahiyyətliləri də məsələdən tam xəbərdardırlar. Lakin onlar üçün də Ramazan və Zahir “toxunulmazlar” siyahısındadırlar.
Məlumatda o da qeyd edilir ki, tam qanunauyğun formada istehsal edilərək bazara çıxarılan məhsullar, ölkəyə qeyri – qanuni yollarla gətirilən və ya ölkədə qanundankənar formada istehsal edilən məhsullara nisbətən baha olduğu üçün alıcılar əsasən daha ucuz siqaretlərə üstünlük verirlər. Bu isə İmişlidə fəaliyyət göstərən bəzi işbazların işlərinə yarayır. Conflict.az-a məlumat verən mənbə onu da əlavə etdi ki, Ramazan – Zahir qruplaşması “himayədarlarının” səxavətindən yararlanaraq bizneslərini artıq rayonun əksər kəndlərinə qədər genişləndirə biliblər.
Mövzuya qayıdacağıq.

Geri qayıt