Əsas Səhifə > Sosial, Manşet > Ağstafada məmur özbaşınalığı...

Ağstafada məmur özbaşınalığı...


26-09-2016, 11:00
Ağstafada məmur özbaşınalığı...
Teref.info-ya Ağstafadan yazırlar ki, rayonun Dağ Kəsəmən kəndi ərazisinə və əhalisinin sayına görə ən böyük kənd hesab edilir. Vaxtilə həmin kənd zəhmətkeş insanalarının hesabına bu yaşayış məskəni həmişə qabaqcıllar sırasında olub. Buradan neçə-neçə əmək və müharibə veteranlarının, yüksək vəzifəli şəxslərin adları Azərbaycanın ensklopediyasında öz əksini tapıb. Dağ Kəsəmən haqqında el arasınnda deyilən belə bir misal da var: ”Dağ Kəsəmən kəndi elə-belə kəndlərdən deyil”
Dediyimiz ifadələr onunla da öz təsdiqini tapır ki, kənddə inkişaf buraya rəhbər qoyulan səriştəli kadrların vətandaşlara göstərdiyi düzgün yolun da böyük təsri olub. Lakin son illər Dağ Kəsəmən kəndinə Ağstafa RİH başçısının İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsi təyin edilən Bayramov Fazil Fidat oğlunun gəlişi kəndi pis günə salıb. Əvvəla onu qeyd edək ki, bu şəxs əvvəlcə də icra nümayəndəsi işləyib. İşlərində yol verdiyi ciddi nöqsanlara görə işindən uzaqlaşdırılıb. Rayona Məhərrəm Quliyevin gəlişi yenidən Fazil Bayramova düşüb. Fazil Bayramovu yalandan başçıya istinad verənlər onun icra nümayəndəsi gəlməsinə şərait yaradıblar.
Fazil Bayramov nəinki kənddə, həm də Ağstafa ictimaiyyəti arasında nüfuzu olmayan şəxsdir. Onu hamı tamahkar və rüşvətxor kimi tanıyır. Hətta, bir neçə il öncə kənddə aparılan regional maliyyə yoxlaması da onun işində ciddi nöqsanlar aşkar etmişlər.
Fazil Bayramovun kənddə yaşadığı ərazi “Bayramlılar” adlanır. Fikir verin, həmin məhlədə yaşayanların hamısı kanalizasiya sistemini suvarma üçün istifadə edilən arxa axıdırlar. Kənd icra nümayəndəsinin də kanalizasiyası hımin arxa tökülür. Deməli, icra nümayəndəsi açıqca kənd əhalisini də saymır.
İcra nümayəndəsi siyasi təbliğatların yerinə yetirilməsində, icra başçısının tövsiyyə və tapşırıqlarını həyata keçirməkdə də gördüyü işlər, necə deyərlər, sıfra bərabərdir. Onun işi özünün yaxın qohumu olan Dağ Kəsəmən bələdiyyəsi ilə əlbir olub torpaq satmaq, ara düzəltməkdir. Bu isə Dağ Kəsəmən kənd icra nümayəndəsinə yaraşmayan bir hərəkətdir.
Belə getsə kənd əhalisi icra nümayəndəsi Fazil Bayramovu özləri daş-qalaq edəcəklər. Ancaq, neçə ki gec deyil, aidiyyəti orqanlar Fazil Bayramov haqqında daha tez məşğul olsalar yaxşıdı.
İlham Hacalı

Geri qayıt