Əsas Səhifə > Sosial, Manşet > Yasamal icra hakimiyyəti Bakı meriyasını hədəfə çevirir...

Yasamal icra hakimiyyəti Bakı meriyasını hədəfə çevirir...


6-10-2016, 08:46
Yasamal icra hakimiyyəti Bakı meriyasını hədəfə çevirir...
Bu yaxınlarda tanınmış jurnalist Azər Sarıyev sosial şəbəkədə maraqlı foto paylaşıb. Görüntü Yasamal rayonu ərazisində yerləşən, Həsən bəy Zərdabi prospekti 89 ünvanında çəkilib.Şəkildə sözügedən ərazidə ağacları kəsərək yerində çoxmərtəbəli bina üçün bünövrə qazılması təsvir olunub. Bu ərazi Ramiz Cəbrayıllı adlı sahibkara satılıb.Həmin şəxs isə dəfələrə ərazidəki çoxillik ağacları kəsərək tikinti işləri aparmağa çalışıb. Lakin sakinlərin və Qaynarinfo.az saytının dövlət qurumlarına müraciətindən sonra ağacların məhv edilməsi və tikinti işləri dayandırılıb. Əldə edilmiş məlumatlara əsasən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bu ərazini Ramiz Cəbrayıllıya 500 min manata satıb(yenilik.az).
Biz Yasamal Rayon İcra Hakimiyyəti Təsərrüfat Şöbəsinin rəhbəri Şahin Məmmədovdan yenilik.az saytında dərc olunan məlumatalrı şərh etməsini xahiş ettik. “Ağacların məhv edilməsi məsələsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul olur.Yəqin ki, Ramiz Cəbrayıllıda ağacların məhvi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən icazə var”,- şöbə müdiri ehtimal etdi.
“Ağaclar, yerlərində obyekt tikiləcəyi üçün məhv edilir”,-jurnalistimiz qeyd etdi. “Obyektlərin tikintisi üçün icazə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilir”, – Şahin Məmmədov Kavkaznews.az-a bildirdi.
“Bakı şəhər İcra Hakimiyyəti tərəfindən, tikintisi üçün ağaclar məhv edilən, obyektin tikintisinə icazə verilməyib. Belə bir şey ola bilməz. Bu Yasamal rayon İcra Hakimiyyəti tərəfindən törədilən qanunsuzluqdur”,-Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi Əliabbas Bağırov bildirib. Yasamal Rayon İcra Hakimiyyəti Təsərrüfat Şöbəsinin rəhbəri Şahin Məmmədov müxbirimizlə müsahibəsində Ramiz Cəbrayıllıya ağacların məhvi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən icazə verilə biləcəyi barədə ehtimal irəli sürüb.
Biz, Ekologiya və Təbii Sərvətlər Departamentinin rəhbəri Fəxrəddin İsgəndərovdan Şahin Məmmədovun dediklərini şərh etməyi xahiş etdik. “15 yanvar, 2014-cü ildə bizə Zərdabi 89 ünvanında ağacların məhv edilməsi barədə məlumat daxil olub. Bu məlumat daxil olduqdan dərhal sonra biz 12 ağac məhv edilməsinə görə – Ramiz Cəbrayıllını 14 min 500 manat məbləğində cərimə etdik. Qalan ağacları biz nəzarətimiz altına götürmüşük.Bundan sonra heç bir ağacların məhv edilməsi faktı qeydiyyata alınmayıb”,-Fəxrəddin İsgəndərov Kavkaznews.az-a bildirdi. İsgəndərovun sözlərinə görə, Ramiz Cəbrayıllı bu ərazini iki – üç il əvvəl alıb və onu hasarladıb. Fəxrəddin İsmayılov qeyd etdiyi kimi, bir çox sahibkarlarda və o cümlədən Ramiz Cəbrayıllıda da Nazirlər Kabinetinin 42 nömrəli qərarına zidd olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tərəfindən verilən torpaq ayrılması haqqında akt yoxdur.
“Beləliklə, onlar qanunsuz olaraq əraziləri hasarlayırlar və yaşıllıqları məhv edirlər. Bu isə qanunsuzluqdur”, – deyə Departament rəhbəri Kavkaznews.az-a bildirdi.

Yasamal icra hakimiyyəti Bakı meriyasını hədəfə çevirir...

Geri qayıt