Əsas Səhifə > Sosial, Manşet > Ziya Məmmədovun səhhətində problem yaranıb

Ziya Məmmədovun səhhətində problem yaranıb


7-10-2016, 10:25
Ziya Məmmədovun səhhətində problem yaranıb
DİA.AZ: - Sön dönəmin əsas hədəflərindən olan Nəqliyyat Naziri Ziya Məmmədovun səhhətində ciddi problemlər yaranıb. Bu barədə DİA.AZ-a daxil olan xəbərdə vurğulanır ki, nazirdə kritik həddə olan səhhət problemi onun hətta əmək fəaliyyətinə də ciddi təsir edir.

dia-az.life-a verilən xəbərə görə, Ziya Məmmədovda təhlükəli təzyiq və şəkər problemi var ki, bu səbəbdən də NN şefinin ciddi həkim nəzarəti altında müalicəsini zəruriləşdirir.

Hələlik nazirin tam olaraq əmək fəaliyyətindən imtina etmədiyini bildirən qaynaq onu da əlavə edir ki, amma Ziya Məmmədov nəhayətdə sərt müalicə rejiminə oturmaq zorunda qalacaq. Həkimlərin də nazirə işə çıxmamasınını məsləhət bildikləri qeyd olunur.

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt