Əsas Səhifə > Sosial, Manşet > Çovdarovun Masazırdakı istixanasına əlavə post qoyuldu
Çovdarovun Masazırdakı istixanasına əlavə post qoyuldu25-10-2016, 08:46 |
Dünən sabiq MTN generalı Akif Çovdarovun Masazırdakı istixanasına dövlət yetkililəri tərəfindən əl qoyulduğundan bəhs etmişdik. Vurğulamışdıq ki, dövlət yetkililərinin gəlişindən son anda xəbər tutan Çovdarovun istixanadakı adamları istixana daxilindəki göldə saxlanılan nadir balıq sortlarını xüsusi borular vasitəsi ilə Masazırdakı gölə axıtmış, bununla da qanunsuz balıq ovu və biznesinə görə məsuliyyətdən yaxa qurtarmağa çalışmışlar. (http://www.moderator.az/news/156030.html ). Bu gün Moderator.az-a saytını bilgiləndirən özəl mənbə məsələ ilə bağlı yeni informasiya verib. Mənbənin sözlərinə görə, dünən saytımızda məlum hadisə ilə bağlı yazı yer alandan təxminən 3 saat sonra sabiq MTN generalının Masazırdakı istixanasının balıqçılıq təsərrüfatının yerləşdiyi hissəsinə əlavə post qoyulub. Balıqçılıq təsərrüfatının məxsusi olaraq nəzarətə götürüldüyünü bildirən mənbə, göldə saxlanılan nadir balıq sortları ilə bağlı xüsusi araşdırmaya start verildiyini vurğulayıb. Bundan başqa, mənbənin sözlərinə görə, son günlər Çovdarov dönəmində ixtixana ərazisinə yığılan çoxlu sayda tikinti materialı, xüsusilə də dəmir boruların istixanadan daşınması prosesi müşahidə edilir. Dəmir konstruksiyaların kim tərəfindən hara daşınması ilə hələlik bəlli deyil. Geri qayıt |