Əsas Səhifə > Sosial, Manşet > Böyük yeyintidən onadamı pay çatıb?
Böyük yeyintidən onadamı pay çatıb?27-10-2016, 08:33 |
Sabiq MTN naziri Eldar Mahmudovla bir çox "işbirliyində” adı hallandırılan Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun ətrafında halqa daralmaqdadır. Belə ki, keçmiş MTN-dəki cinayətkar qruplaşma ifşa edildikdən sonra həbs olunanlardan biri də Ceyhun Cəfərovun yaxın qohumu, onun daim himayəçisi olmuş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov oldu. 517 cildlik cinayət işi, 205 şahidi olan Vidadi Zeynalov rəsmi olaraq dövlətin 8 milyon manatını mənimsəməkdə ittiham olunur. Sfera.az-ın əldə etdiyi məlumata görə, sabiq aparat rəhbərinin cinayət işində şahid qismində tanınanlardan biri də Ceyhun Cəfərovdur. Əldə etdiyimiz məlumata görə ilkin baxışda dövlətin 8 milyon manatını mənimsəyən (ehtimal olunur ki, məhkəmə prosesində bu rəqəm artacaq) sabiq aparat rəhbəri Vidadi Zeynalovun məhkəməsi ilin sonunadək yekunlaşacaq. Bundan sonra isə Kürdəmir RİH-nin başçısının vəzifəsində alınacağı və cinayət işi açılacağı gözlənilir. Qeyd edək ki, mətbuatda yazılanlara görə bəzi məmurlar barəsində sabiq MTN naziri Eldar Mahmudovda kifayət qədər kompromatlar var. Hələ bir müddət öncə Anaxeber.az saytının yazdığına görə audio və video halında olan bu kompramatlar Eldar Mahmudovla vaxtilə işbirliyində olan məmurların əbədi susacağının qarantıdır. Ancaq Ceyhun Cəfərov şərtləri pozduğu üçün hər an barəsindəki ifşaedici kompramatlar mediaya, sosial şəbəkələrə sızdıla bilər. Xatırladaq ki, keçmiş MTN-də qruplaşmış cinayətkar şəbəkənin ifşasından sonra nazirliyin bəzi yüksək vəzifəli şəxsləri həbs edildi. Və bundan "cəsarətlənən” Ceyhun Cəfərov Kürdəmir rayon İcra Hakimiyyətinin ötən ilki 9 aylıq hesabat yığıncağında Eldar Mahmudov haqqında sərt ifadələr işlətmişdi. Hələ o zaman Kürdəmirin icra başçısının bu sərt çıxışı onun özünü sığortalamaq məqsədi daşıdığı hamıya aydın idi. Hadisələrin sonrakı gedişatı göstərdi ki, rəsmi dövlət tədbirinə aidiyyatı olmayan bu çıxışıyla "qaş düzəltmək” istəyən Ceyhun Cəfərov əslində "göz töküb”. Belə ki, Ceyhun Cəfərovun baş vermiş olaydan sonra müəyyən instansiyalar qarşısında özünün günahlarını etiraf edib əfv diləmək əvəzinə dünənə kimi əl verib görüşməkdən şərəf duyduğu, bir süfrə ətrafında oturmaq xöşbəxtliyini təsəvvürünə belə sığışdıra bilmədiyi, bayram günləri sadəcə bir kəlməlik telefon təbriki xoşbəxtliyi üçün növbəyə durduğu insanların arxasınca danışmağı, onları "asıb- kəsməyi” hakimiyyətin ali instansiyalarında təmsil olunan insanlarda ikrah hissi oyadıb. Sədaqəti daim qiymətləndirən, xəyanəti isə heç zaman bağışlamayan hakimiyyətin Kürdərmir RİH başçısını da bağışlamayacağı dəqiqdir. Sfera.az-ın əldə etdiyi məlumata görə, hər an sabiq İqtisadiyyat naziri Fərhad Əliyev kimi kabinetində həbs olunacağını gözləyən, əsəbləri tarıma çəkilmiş Ceyhun Cəfərovun son günlər həkimlərə müraciət etyməyi intensivləşib. Məlumata görə Ceyhun Cəfərovun həkimlərə tez-tez müraciət etməyi gizli planının tərkib hissəsidir. Belə ki, RİH başçısı tez- tez xəstələnməyi ilə yerli həkimlərin "ağır diaqnozuna” nail olmaq və bundan sonra isə ölkəni xaricdə "müalicə almaq” adı ilə qəfil tərk etmək istəyir. Digər məlumatlara görə isə Ceyhun Cəfərovun bu kombinasiyasından əlaqar qurumların xəbərləri var və onun ölkədən çıxışına gizli stop qoyulub. Bütün bu iddialarla bağlı Ceyhun Cəfərovun mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |