Əsas Səhifə > Sosial, Manşet > Astarada təhsil oyunbazlığı
Astarada təhsil oyunbazlığı22-11-2016, 08:49 |
Astara şəhəri, 2 saylı hərbi şəhərcik, ev-1,mənzil-38 ünvanında yaşayan Həsənov Rəşad Əlövsət oğlu tərəfindən “Gündəm Xəbər”ə müraciət ünvanlanmışdır.O, yazdığı müraciətində təhsil şöbəsinə rəhbərlik edən Qızbəs Məmmədovanın əməllərindən bəhs edir və onun analoqu olmayan maxinasiyalarının ictimailəşməsini də xahiş edir. O, yazır ki, “Astara rayon Təhsil şöbəsində çoxsaylı faktların, qol qoyulan qanunsuzluqların əksəriyyəti mənə məlum olduğundan, bunları sizə göndərirəm və dərc olunmasını da sizdən xahiş edirəm. Çünki, “Korrupsiyaya qarşı mübarizə” haqqında Azərbaycan Respublikası Qanunun 9.3-cü maddəsinin tələblərinə (vəzifəli şəxsin aşağıdakı hərəkətləri korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır) bütün bunlar uyğun gəldiyindən və korrupsiya cinayəti ola biləcəyindən, bunları yəqin edib Sizə göndərirəm”. Yəni onu vurğulamaq istəyirəm ki, Astara rayon Təhsil şöbəsində Qızbəs Məmmədova 2004-2013-cü illər ərzində, təhsil şöbəsinin balansında olan, amma istismara yararsız VAZ-2104 markalı avtomobilə sürücü əmrləşdirilmiş, həmin avtomobil texniki baxışdan kecmədiyi halda, nəqliyyat vasitəsinə aid yanacaq və ehtiyat hissələri də silinmişdir. Hal-hazırda rayondakı məktəblərin əksəriyyətində psixoloq ixtisası üzrə dərsləri, baza təhsili olmayan müəllimlər keçirlər. 2011-ci ildən bu günədək Təhsil Nazirliyindən test imtahanlarından keçməyən 200-dən çox şəxs, Qızbəs Məmmədova tərəfindən bilik səviyyələri yoxlanılmadan işə qəbul olunublar. Sual oluna bilər ki, nəyə görə və hansı məqsədlə belə bir addımlar atılıb? O, təhsil şöbəsinə rəhbərlik etdiyi illər ərzində 25 nəfər ali təhsili, amma hərbi rütbəsi olmayan şəxsləri hərbi müəllim kimi işə də qəbul etmişdir. Qızbəs xanım həmçinin təcrübəli müəllimlərin əvəzinə, heç bir pedoqoji stajı olmayan şəxsləri də, birbaşa təhsil şöbəsinə metodist vəzifələrinə təyin etmişdir. 2006-cı il tarixdən 2013-cü il tarixədək şöbə müdirinin yaratdığı "Uşaq fonduna", hər ay müəllimlərin məvaciblərinin 1 faizi tutulmuşdur. Fonda toplanan pulların taleyi isə, hələ də qaranlıq qalmaqdadır. Qızbəs Məmmədova rəhbərlik etdiyi illər ərzində, təhsil işçilərinin Azad Həmkarlar Komitəsinə maddi maraqları naminə məktublar yazdırmış və həmin qurumdan külli miqdarda pul əldə etməklə onu da xərcləmişdir. 2016-cı ilin avqust ayında rəhbərlik adından sui-istifadə edərək, 10 nəfər təhsil şöbəsinin işçisini və məktəb direktorunu maddi marağına cavab vermədiyi üçün, onlardan "könüllü" ərizə alaraq işdən azad etmişdir. O, Astara bulvarında "Yelkən" kafesini işlədən şəxsi də mükafatsız qoymayıb və onu rayon məktəblərin birinə ibtidai hərbi-hazırlıq üzrə rəhbər də təyin edib. Rayon məktəblərinin təmirinə ayrılan vəsaitləri müxtəlif illərdə necə gəldi xərcləyən Qızbəs müəllimə, smeta dəyərlərini şişirtməkdən belə çəkinməyib. Astara rayon Şiyəkəran kənd 1 nömrəli məktəbin acınacaqlı durumuna baxmaq kifayət edər ki, hər şeydən xəbər tutmaq mümkün olsun. 2015-ci il tarixdə Astara rayon Şiyəkəran kəndində quraşdırılmış 4500 manattıq Linqafon labaratoriyası niyə quraşdırıldı və niyə aktla da geri götürüldüyünü, yəqin ki, Qızbəs Məmmədovadan başqa heç kim bilir. Rayon məktəblərinə alınmş avadanlıqların qiymətində 5-6 qat şişirdilmələrə yol verilir. Belə ki, kimya labaratoriyasına alınan bir partanın qiyməti 1700 manat, bir şkafın qiyməti isə, 400 manat dəyərində qiymətləndirilmişdir. 2011-2015-ci il tarixlərdə məktəblərə verilən idman geyimləri rəsmi sənədlərdə orjinal adı ilə əksini tapsa da, əslində Çin istehsalı olan əmlaklar məktəblərə verilmişdir. Astara rayon üzrə 120 min manatlıq məktəb ləvazimatları yoxdur. Onların 37 min manatı Motlayataq kənd tam orta məktəbə, 40 min manatı Şümrüd kənd tam orta məktəbinə, qalanları isə Agkörpü və Asxanakəran kənd tam orta məktəblərinə güya ki, verilib. Fakt bu ləvazimatlar yoxdur. İndi yavaş-yavaş onları silmək istəyirlər. 4 il əvvəl verilən malları necə silmək olar? Qızbəs Məmmədovaya sual vermək lazımdır ki, 2008-ci ildə Astara rayonun Şiyəkəran kənd 2 nömrəli məktəbin tikintisi üçün keçirilən tenderin “qalibi olan” tikinti şirkəti, necə oldu ki, tikintidən sonra dərhal qeybə çəkildi. Bu kimi “tikinti şirkətləri” rayon ərazisində tikilən və ya təmir olunan məktəblərdə “işlərini bitirən kimi” dərhal yoxa çıxırlar, yəni fəaliyətlərinə xitam verilir. 2016-cı ilin yeni tədris ilində Qurban bayramı ilə əlaqqədar verilmiş istirahət günlərinə görə müəllimlərin maaşları da, təhsil şöbəsinin rəhbərliyi tərəfindən tutulmuşdur. 2016-cı ilin oktyabr ayında fənn kabinetlərinə görə ödənilcək pul məbləği ödənilməmişdir. Təhsilin bir növü olan fərdi təhsilə (saglamlığı məhdud olan uşaqlar üçün) görə, oktyabr ayı üçün müəllimlərə əmkhaqqı məvacibi ayrılmamışdır. Problemləri diqqətdə saxlayacağıq. Geri qayıt |