Əsas Səhifə > Sosial, Manşet > Əlillərin Müdafiə Komitəsi Vergilər Nazirliyini ittiham edir

Əlillərin Müdafiə Komitəsi Vergilər Nazirliyini ittiham edir


23-11-2016, 09:00
Əlillərin Müdafiə Komitəsi Vergilər Nazirliyini ittiham edir
DİA.AZ: - "Vergilər Nazirliyi (VN) bu günlərdə yaydığı məlumatda Prezidentin tapşırığına əsasən Sabunçu rayonunda operativ vergi nəzarəti tədbiri çərçivəsində Elyar İlyasovu qanunsuz idman mərc oyunlarının təşkiliində suçlu bilərək həbs etməsini bildirib.Məhbusun suçunun lisenziya,müvafiq akkreditasiya olmadan mərc oyunlarından 168 min manat (??-M.B.) gəlir əldə etməsi göstərilib və Yasamal məhkəməsinin qərarı ilə 12 noyabrda barəsində həbs seçildiyi göstərilib.Bu məlumatların Konstitusiyanın zidd olması açıq-aşkardır". DİA.AZ bildirir ki, bu barədə Əlillərin Müdafiə Komitəsi adından yayılan açıqlamada deyilir.

Daha sonra müraciətdə qeyd olunur: "Bəri başdan onu deyək ki,vergi əməliyyatı 11 noyabr 2016-cı ildə Sabunçuda keçirilibsə,niyə 12 noyabrda ,özü də Yasamal məhkəməsi həbs qərarı seçib?Konstitusiyanın insan hüquq və azadlıqlarını əhatə edən bütöv fəslində məhkəmə qərarı olmadan vətəndaşın yaşayış,iş sahəsinə girilməsinin,kiminsə oradan zorla aparılmasının yolverilməzliyi təsbit olunub.VN əməkdaşları isə heç bir məhkəmə qərarı olmadan əməliyyat keçirib və qanunsuzluğu ört-basdır etmək üçün növbəti gün vergi müstəntiqi həbs seçib.Hələ də məhkəmə qərarı məhkəmənin qapalı keçirilməsi bəhanəsilə vətəndaşa verilməyib.Belə çıxır,vətəndaş məhkəmə qərarı olmadan vergi müstəntiinin qərarı ilə həbs olunub?!İttihamın 168 min manat gəlir barədə gəldiyi qənaət də absurdluğu ilə yanaşı,həbsə əsas ola bilməz.Birincisi,bu məbləğ nədən götürülüb və ikincisi,hansısa borca görə həbs seçilməsi Avropa İnsan Hüquqları Məhkəməsinin presedentinə görə yolverilməzdir.Öncə borcun ödənilməsini təmin etmək gərəkir.İmtina ediliərsə,məhkəmə və s. qaydalarda mübahisələndirilə bilər.Vətəndaşa borcu ödəməyə məcbur etmək adına həbs qətimkan tədbiri seçmək məntiqsizlikdir.Bəyəm başqa qətimkan tədbiri yoxdur?168 min manat vergi borcudursa,belə çıxır,dövriyyənin 4 faizi hesabı ilə götürəndə sahibkarın aylıq dövriyyəsi 350 min,bir illyi 4,2 milyon manat olub?İstintaqın bu ittihamlarına qarşı tərəfin də dəlilləri var ki,həmin köşk heç 3 ay deyil fəaliyyət göstərir,Elyar İlyasov oranın yiyəsi deyil və ən başlıcası idman mərc oyunlarının keçirilməsinə lisenziya üçün Gənclər və İdman Nazirliyinə,İqtisadiyyat Nazirliyinə PA,NK,DİN vasitəsilə də müraciət olunub.Qanunun tələbinə görə 1 ay müddətində cavab verilmədiyindən fəaliyyət icazəli sayılır.Bu sənədi də vergi əməkdaşları heç bir akt,protokol tərtib etmədən,əməliyyat-axtarış tədbirləri zamanı qanunun tələbini pozaraq özlərilə aparıblar.2 il qabaq əlillərin başqa yerdə olan köşklərindən 15 min manatı aparıb,5 minini götürdükləri kimi.

Sonda onu vurğulayaq ki,vergi müstəntiqinin həbs etdiyi şəxs bir böyrəkdən,gözdən əlil pensiyaçı hərbi qulluqçudur.Ötən gün onun qan təzyiqi Kürdəxanıda 220-250-yə qalxıb.Təcili tibbi yardımdan sonra özünə gəlib.İndi məqsəd əlili məhbəsdə öldürməkdirsə,veriyığanlar buna nail olacaq.Amma bu nə borcun ödənməsinə gətirəcək,nə də demokratiyanın,insan,əlil hüquqlarının təntənəsinə.Ona görə də əlillər BŞİH başçısına müraciət edib,qanunsuz,məhkəməsiz həbs seçilməsinə etiraz etməyə qərar veriblər.VN isə buna cavab olaraq saytlara əlilin təqsirli olması barədə konstitusiyanın “təqsirsizlik prezumpsiyası”na zidd məlumatlar verir.Bu həm də istintaq sirrinin yayılması deməkdir.Fikrimizcə,prokurorluq buna hüquq qiyməti verməlidir".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt