Əsas Səhifə > Sosial, Manşet > Əhmədzadənin adamı narazılıq yaradır

Əhmədzadənin adamı narazılıq yaradır


28-11-2016, 08:28
Əhmədzadənin adamı narazılıq yaradır
Meliorasiya və Su Təsərrüfatı ASC-nin İmişlidə fəaliyyət göstərən müəsisələrinin rəhbərləri Əhməd Əhmədzadənin rayona ezam etdiyi Fazil Pənahovu da ram etdilər.

Ötən gün İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumatda rayonun Hacırüstəmli kənd saknlərinin Meliorasiya və Su Təsərrüfatı ASC-nin İmişlidə fəaliyyət göstərən müəsisələrinin yaratdıqları problemlərlə bağlı etiraz etdikləri bildirilirdi. Məlumatı verən mənbənin bildirdiyinə görə MST ASC-yə tabe olan qurumların yarıtmaz fəaliyyətindən əziyyət çəkən kənd sakinləri kollektiv şəkildə ASC-nin sədri Əhməd Əhmədzadəyə müraciət göndəriblər. Müraciətdə MST ASC-yə tabe olan Kollektorların İstismarı və Bərpası idarəsinin, Mərkəzi Mil - Muğan Qişlaqlarının Su ilə Təminatı idarəsinin, Bəhramtəpə Hidroqovşaq idarəsinin və İmişli Suvarma Sistemləri idarəsinin rəhbərliyi tərəfindən süni şəkildə yaradılmış problemlərin həlli ilə bağlı MST ASC-nin sədri Əhməd Əhmədzadədən yardım istəyiblər. Noyabrın 23-də İmişli rayon Hacırüstəmli kənd sakinlərinin müraciəti əsasında Fazil Pənahov MST ASC tərəfindən komissiya qismində rayona ezam olunub. Mənbənin bildirdiyinə görə uzun illər “yuxarıdan” gələnləri “qarşılayıb, yola salmaq” sahəsində xüsusi istedadı olan MST ASC-nin İmişlidəki qurumlarının rəhbərləri Cəmiyyət sədirinin rayona Fazil Pənahovu ezam etməsindən xeyli məmnun olublar. Mənbənin bildirdiyinə görə bu səfər Fəzail Pənahovun nə İmişliyə birinci gəlişi, nə də rayondakı müəssisə rəhbələri ilə ilk tanışlığı deyil. Məlumatda o da bildirilir ki, Fazil Pənahov rayona ezam olunanda işini əsasən müəsisə rəhbərlərindən arayış və izahat almaqla bitmiş hesab edir. Yerdə qalan “məsələlər” isə “Sərvərin boynuna” (oxu: müəssisə rəhbərlərinin – Conflict.az) olur. İmişlidəki mənbənin verdiyi məlumatda MST ASC-nin göndərdiyi nümayəndənin “ciddi” araşdırmalarından sonra noyabrın 23-də müəssisə rəhbərləri Fazil Pənahovun şərəfinə böyük qonaqlıq təşkil ediblər. Məlumatda o da bildirilir ki, “gərgin iş qrafikindən” sonra noyabrın 24-də Fazil Pənahov xüsusi təmtəraqla paytaxta yola salınıb.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin İmişlidə fəaliyyət göstərən müəsisələrindən birində çalışan şəxsin verdiyi məlumata görə qurumlardan birinin rəhbərinin məhz noyabrın 23-də, gec saatlarda sərxoş vəziyyətdə Conflict.az-ın nümayəndəsi ilə bütün etik normaları pozaraq “kabadayı” jarqonlu telefon danışığının səbəbi də, məhz MST ASC-dən gələn nümayəndənin müəssisə rəhbərlərini qonaqlıq masasında arxayın salmasından sonraya təsadüf edib. Mənbə onu da əlavə etdi ki, mətbuatda rayonun mərkəzindən keçən MTS adlı su kanalının üstündə çoxsaylı ticarət obyektlərinin tikilməsi ilə bağlı məlumatların dərc olunmasından narahatlıq ifadə edənlərə, həmin tikintilərlə bağlı icazə sənədi verən müəssisə rəhbəri saymamazlıqla “bəyəm həmin tikililəri rayona gələn komissiya görməyib” – deyə cavab verib. Rayonun mərkəzindən keçən MTS adlı həmin su kanalının hətta mühafizə zolağının belə müxtəlif məqsədlərlə ayrı – ayrı şəxslərə satılması ilə bağlı məlumat verən mənbə əlavə etdi ki, həmin ərazidə tikintiyə icazə verən müəssisə rəhbəri yaxın ətrafına “narahat olmayın yeni ilə az qalır” – deməklə, il boyu gördüyü qanundankənar əməllərinə ilin sonunda himayədarının köməyi ilə “qanuni don” geyindirəcəyinə işarə edib. Hesab edirik ki, həmin müəssisə rəhbərinin arxayınlıqla danışmağına əsas da var. MST ASC tərəfindən rayonun Hacırüstəmli kənd sakinlərinin problemin həlli üçün görəvləndirilmiş Fazil Pənahovun “qarşılanıb, yola salınması” törənini gəlinən qənaətin əyani sübutu kimi də dəyərləndirmək olar. Görəsən özünü Cəmiyyətin sədri Əhməd Əhmədzadədən sonra ikinci şəxs hesab edən və bu tip regional qurumların rəhbərlərinin vasitəsilə imperiyası olan MST ASC-nin sədr müavini, əslən Sabirabaddan olan Zakir Quliyevin patronajlığından maksimum yararlanan İmişlidəki qurumların rəhbərlərinin qanunsuz əməllərini digər aidiyyatı qurumlardamı görmürlər? Əgər görürlərsə bəs nədən qanunu çeynən sıradan bir qurum rəhbərlərinə qanunun sərt üzünü göstərmirlər? Və ya MST ASC-nin nümayəndəsi Fazil Pənahovun şərəfinə qaldırılan badələrdəki spirtli içkinin təsirindən etkilənib mediaya meydan oxuyanlara dur deyəcək bir qurum yoxdurmu? Ümumiyyətlə Azərbaycan Respublikasının Prezidentini İmişlidə təmsil edən şəxs gündəlik mətbuatı oxuyurmu? Əgər oxuyursa bir zəhmət mətbuata da məlumat versin: Hacırüstəmlilərin problem həll olundumu? Və ya sabah rayonun hansısa küçəsində, hansısa kəndində mövcud olan problemləri bu şəxslərin vasitəsilə həll edəcəkmi? Axı onlar problem ya rəhbərlik etdikləri müəssisədəki rahat və isti kabinetlərində, ya da hansısa restoranın komfortlu kabinetində həll etməyə vərdiş ediblər.

Mövzuya qayıdacağıq.

Geri qayıt