Əsas Səhifə > Sosial, Manşet > Bu gündən icra başçılarının ələmə prosesi start götürür

Bu gündən icra başçılarının ələmə prosesi start götürür


1-12-2016, 08:54
Bu gündən icra başçılarının ələmə prosesi start götürür
DİA.AZ: - Hələ referendum ərəfəsi qeyd olunurdu ki, dekabr ayından etibarən bir neçə rayon icra hakimiyyəti başçısının vəzifələrindən azad edilmələri planlaşdırılır. Bunun ardından isə rayonlar üzərində 10 quvernatorluğun yaradılması təklifi ictimailəşdi. Yəni istənilən halda RİH başçıları ilə bağlı bil silkələnmənin olacağı şəkksiz idi.

Bununla bağlı DİA.AZ-a açıqlama verən məlumatlı mənbə iddia edir ki, 1 dekabr tarixindən etibarən 16 rayon icra hakimiyyətinin başçısının görəvdən alınması prosesinə başlanılacaq. Qeyd edək ki. mənbə bu dəyişikliyin zəruriliyini həm də gələn ilin dövlət büdcəsində rayonlara ayrılacaq dotasaiyaların azaldılması ilə də izahlayır.

Mənbənin dia-az.life-a söylədikləri: "Yeni şərtlər gəlir. Təbii ki, əksər köhnələrin yeniləşən sistemə ayaq uydurması imkansızdır. Yeni başçı heyətində kimlərin yer alacağı isə yalnız "yuxarılar" tərəfindən müəyyən olunduğundan bu barədə yalnız ehtimallar səslənə bilər. Dəyişikliklər isə mütləqdir".

dia-az.life xatırladır ki, bu vaxta qədər Gədəbəy, Şəmkir, Ağsu, Ağdam, Astara, Göyçay, Qusar, Quba, Xaçmaz, Tovuz, Beyləqan, Yevlax, Yasamal, Sabunçu, Xəzər və Qobustan RİH başçılarının çıxdaş ediləcəyi haqda daha çox informasiyalar yayılıb.

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

Geri qayıt