Əsas Səhifə > Sosial, Manşet > İcra başçısı düşdüyü durumdan qurtula bilibmi?

İcra başçısı düşdüyü durumdan qurtula bilibmi?


9-01-2017, 08:20
İcra başçısı düşdüyü durumdan qurtula bilibmi?
Xızının icra başçısına töhmət verilib. Xəzər Aslanova xəbərdarlıq olunub ki, barəsində yazılan faktlardan sonra özünə çəki-düzən versin.

Bu məlumatı mötəbər qaynaqlardan biri ötürüb.

Onun sözlərinə görə, ölkə rəhbərliyi hər hansı rayon icra hakimiyyəti başçısından şikayət eşitmək istəmir.

2017-ci ilin daxili siyasət strategiyası bundan ibarətdir ki, icra hakimləri hərəkətlərini nizamlasın, şəffaflığı təmin etsin, əhalini incitməsin və he bir regiondan aksiya xəbəri gəlməsin.

Bu siyasətdə yanlışlığa yol verən cəbrayıllı köçkünlərin məsələsi oldu. Ardınca tələb birə beş artıb və icra başçılarına qarşı həssaslıq var.

X.Aslanov da ilin sonunda medianın diqqət mərkəzində idi. Ona görə də Xızının icra başçısına qeyri-rəsmi töhmət verilib. İcra hakiminin nəzərinə çatdırılıb ki, dağ camaatı həssasdır və onların bütün istəkləri nəzərə alınmalıdır.

Əks təqdirdə Xızıdan gələcək şikayət və ya aksiya xəbəri nəinki Xəzər Aslanovun karyerasının sonu ola bilər, hətta onun üçün daha ağır nəticələr verə bilər.

Odur ki, səliqə-sahman, nizam-intizam, çatışmazlıqları və problemləri aradan qaldırmaq X.Aslanov qarşısında prioritet öhdəliklərdir.

Xızıda ola biləcək hər hansı insident şimal zonasına yayıla bilər. Həssas bir zona olan bu regionda əhalinin şikayətləri dinlənməlidir.

Son günlərin tənqid hədəfində olan icra hakimi Xəzər Aslanovdur. Yardımlını "fəth” etdikdən sonra Xızıda "fətir” yapan icra başçısının bərbad idarəçiliyi göz qabağındadır.

X.Aslanov faktiki olaraq rayonu başdı-başına buraxıb və kommersiya tərəflərini fikirləşir. Onun vecinə deyil ki, Xızının problemlərinin axırı necə olacaq.

İcra başçısı Xızını məmurların oylağına çevirib. Onun funksiyası icra hakimliyindən daha çox, bələdiyyə sədrliyidir.

Çünki Xızıdakı torpaqları iri ranqlı məmurlara peşkəş edən X.Aslanovu bura maraqlandırmır. Fikirləşir ki, Yardımlı kimi Xızını da nə vaxtsa tərk edib başqa bir regiona təyinat alacaq.

17 min əhalisi olan Xızı rayonunda aptek, yanacaqdoldurma məntəqəsi və bazar olmaması haqda bu günlərdə məlumat yayıldı.

Əhali bu cür problemlərdən ciddi əziyyət çəkir. Rayonun icra başçısı Xəzər Aslanov və yeni deputat Hacı Salayevin problemlərə biganə qalmaları etiraz doğurur. Amma təkcə bu problemlərlə iş bitmir.
\\Regionxeberleri.com\\
Geri qayıt