Əsas Səhifə > Sosial, Manşet > "NikoilBank" Bakıdakı fəaliyyətini dayandırır
"NikoilBank" Bakıdakı fəaliyyətini dayandırır17-01-2017, 09:04 |
DİA.AZ: - Bu ilin yanvarın 17-də Rusiyanın paytaxtı Moskva şəhərində keçirilməsi planlaşdırılan “Nikoil Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı təxirə salınıb. DİA.AZ bildirir ki, səhmdarların növbədənkənar ümumi yığıncağı bu ilin fevralın 8-də Birləşmiş Krallıq, London şəhəri, Pikadili 21-də yerləşən “Le Méridien Piccadilly” otelində keçiriləcək. Yığıncaqda Müşahidə Şurasının, Audit Komitəsinin tərkibinin dəyişdirilməsi, audit komitəsinin üzvlərinin mükafatlandırılmasının təsdiq edilməsi, bankın nizamnaməsinin yeni redaksiyada təsdiq olunması məsələlərin müzakirəsi nəzərdə tutulub. Yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallar səhmdarların elektron ünvanlarına göndəriləcək. Bu arada DİA.AZ-a bank sektorundakı qaynaqlardan daxil olan məlumatlardan aydın olur ki, “Nikoil Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında sözügedən bankın Azərbaycandakı filialları ilə bağlı da qərar veriləcək. Mənbə iddia edir ki, hətta "NikoilBank" Bakıdakı fəaliyyətini dayandıra da bilər: "Bu barədə qərar verilə bilər ki, bu da məlum böhranla bağlıdır". Əlavə bilgilər verəcəyik. "NikoilBank" Bakıdakı filialının da mövqeyini öyrənməyə çalışacağıq. Geri qayıt |