Əsas Səhifə > Sosial, Manşet > Ziyanın "nuru" onu da qaranlığa qərq edəcək...
Ziyanın "nuru" onu da qaranlığa qərq edəcək...14-02-2017, 08:16 |
“MTN işi”ndə adı keçən, ciddi maxinasiyalarda əli olduğu deyilən Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov yeni yaradılan nazirlikdə təmsil olunmayacaq. Bizimxeber.az-a daxil olan məlumata görə, bu gün prezidentin sərəncamı ilə yaradılan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazir Ramin Quluzadədən başqa kimsə yoxdur. Yəni, bir sərəncamla istər Ziya Məmmədovun, istərsə də Ramin Quluzadənin tabeliyindəki bütün işçilər, nazir müavinləri vəzifələrini itirmiş hesab olunurlar. Bizimxeber.az-a daxil olan məlumata görə, Ramin Quluzadənin yeni komandasında Ziya Məmmədovun müavinlərindən Arif Əsgərov, Musa Pənəhav kimi reputasiyası korılanmış şəxslər təmsil olunmayacaq. Sərəncama qədər nazir müavini olan, qalmaqallı Çovdarov məhkəməsində adı çəkilən İltimas Məmmədov belə yeni komandada təmsil olunmayacaq . Yeni yaradılan nazirliyə yüksək postlara daha prespektivli gənclər gətiriləcək. Geri qayıt |