Əsas Səhifə > Sosial, Manşet > Zərdablı məmura qarşı faktlar danışır...

Zərdablı məmura qarşı faktlar danışır...


4-04-2017, 08:58
Zərdablı məmura qarşı faktlar danışır...
RegionXeberleri.com-a Zərdab şəhəri H.Əliyev küçəsi ev 23 sakini Mirzəyev Rövşən Cəfər oğlu tərəfindən müraciət daxil olub.Zərdab sakini mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edir.

"Hörmətli Mehriban xanim! Sizə əvvəlcədən öz minnətdarlıgımı bildirirəm.Mənim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çoxsaylı müraciətlərimdən sonra DSMF-nin Zərdab rayon şöbəsində nazirlik tərəfindən yoxlamalar aparıldı.Bu yoxlamalar nəticəsində aşkar edildi ki, DSMF-nin Zərdab rayon şöbəsinin müdürü Canpolad Vəliyev dövlətin 10.000 (on min) manat pulunu öz təyinatından yayındıraraq korrupsiyaya yol vermişdir. Göndərdiyim korrupsiya faktları öz təsdiqini tapmağına baxmayaraq DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev haqqında heç bir tədbir görülmür.Qeyd edim ki, qanunsuzluq faktı öz təsdiqini tapdıqdan sonra korrupsiya yoluyla mənimsənilmiş dövlətin pulu geri qaytarılmışdır. Amma nədənsə Canpolad Vəliyevin nazirlikdə olan" krışaları" onu məsuliyyətdən yayındırmaq üçün dəridən -qabıqdan çıxırlar. Azərbaycan Respublikası Prezldentinin 24.08.2002-ci ilə tarixli 714 nömrəli və 23.10.2003-cü il tarixli 948 nömrəli fərmanlarının tələblərini öz şəxsi maraqları xatirinə bilərəkdən pozaraq dövlətin 10.000 manatdan artıq pulunu öz təyinatından yayındıran Canpolad Vəliyev barəsində tədbir görülməsinə mane olan nazirlikdəki havadarlarıdırsa, digər səbəbi isə Canpolad Vəliyevin miliyonçu olmasıdır.

Hörmətli Mehriban xanım! Onuda məlumat üçün bildirim ki, Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin Aparat rəhbəri Əjdər Cəbiyev Canpolad Vəliyevin saxtakarlıgının üstünü ört-basdır etmək üçün sizə verdiyim məlumatlara görə nazirliyə çağıraraq işdən çixarlması ilə hədə-qorxu gəldiyii şəxsi mənim üstümə gondərərək daha şikayətim yoxdur teleqramını vurmağımı göstəriş verib. Hal-hazirda həmin şəxs və onun qohum-əqrəbası işdən çıxarılacağına görə mənimlə düşmən olmaq həddiinə gəlib cıxıblar. Bu özbaşınalığa son qoyulmasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyinin şöbə müdiri Əjdər Cəbiyevin və DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyevin barələrində ciddi tədbirlər görülməsinə tapşırıq verməyinizi xahiş edirəm."

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

Zərdablı məmura qarşı faktlar danışır...
Zərdablı məmura qarşı faktlar danışır...
Zərdablı məmura qarşı faktlar danışır...

Geri qayıt