Əsas Səhifə > Sosial, Manşet > "Bir aydır zəng edirəm, nə götürürlər, nə də cavab verirlər"

"Bir aydır zəng edirəm, nə götürürlər, nə də cavab verirlər"


11-04-2017, 09:56
"Bir aydır  zəng edirəm,  nə götürürlər, nə də cavab verirlər"
Elşad İbrahimov 1984-cü ildə Kəlbəcər rayonunun Comərd kəndində anadan olub. 2003-cü ildə hərbi xidmətə yollanıb. 2004-cü ildə başından güllə yarası alıb. Birinci qrup Qarabağ əlilidir. Elşad İbrahimovun hazırda motorlu əlil arabasına ehtiyacı var. O, Modern.az-a açıqlamasında bildirib ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, hələ də onu əlil arabası ilə təmin etməyiblər.
“Bir aydır zəng edirəm, nə götürürlər, nə də cavab verirlər. Nazirliyə müraciət etsəm də, dövlətin imkanı olmadığını qeyd ediblər. Eyni zamanda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qəbulunda da olmuşam. Onlar da deyib ki, hələ ki motorlu əlil arabası yoxdur və nə vaxtsa gəlsə, məni nəzərdə saxlayacaqlar. Lakin yanvar ayından indiyə kimi heç bir məlumat yoxdur”.

Geri qayıt