Əsas Səhifə > Sosial, Manşet > Dövlət Sığorta Şirkəti ordudan əlil qayıdan gəncin pulunu vermir
Dövlət Sığorta Şirkəti ordudan əlil qayıdan gəncin pulunu vermir14-04-2017, 09:05 |
Zərdabın Gödəkqobu kənd sakini, 2- ci qrup əlil Bəndəlizadə Sübhan Bəhrəm oğlu Dövlət Sığorta Kommersiya Şirkətini mənimsəmədə ittiham edir Şikayətçi ona düşəcək 6600 (altı min altı yüz) manat kompensasiyanı ala bilmir, şirkət pulu vermək istəmir. “Belə ki, 13 oktyabr 2015-ci il tarixdə həqiqi hərbi xidmətə aparılmışam. Lənkəranda yerləşən N saylı hərbi hissədə hərbi xidmət etdikdən 1 ay sonra möhkəm xəstələndiyim üçün Fizuli hərbi hospitalına yerləşdirilmişəm. Vəziyyətim ağır olduğu üçün 38 gündən sonra oradan Bakı şəhərində yerləşən hərbi hospitala gətirilmişəm. 8 ay stasionar müalicədən sonra sağalmadığım üçün hərbiyə yararsız hesab edilərək hərbi xidmətdən tərxis olunmuşam. Buna görə mənə kompensasiya düşməli olsa da, Dövlət Sığorta Kommersiya Şirkəti kompensasiyamı vermək istəmir. Mən hərbi xidmətə getməmişdən əvvəl həkim komissiyasından keçmişəm və tam sağlam olmuşam”. Bundan sonra həmin xəstəlik sol böyrəyinə keçdiyindən böyrəyi işləmir fəaliyyəti dayanıb: “Artıq bu xəstəliyə görə mənə 2-ci qrup əlilik dərəcəsi təyin edilib. Mən tam sağlam hərbi xidmətə getmişəm buna dair sənədlər var. Həmin sənədləri həkimlər verib. Əgər mən xəstə idimsə nə üçün hərbi xidmətə aparılmışam? Ancaq hərbi xidmətə gedənə kimi məndə heç bir xəstəlik olmayıb. Mənə düşəcək hərbi qulluqçuların dövlət icbari sığortası üzrə sığorta ödənişini verməyib saxtakarlıq edən vəzifəli şəxslər cəzalandırılmalıdırlar. Atam rəhmətə gedib. ailəliyəm himayəmdə bir azyaşlı övladım var. Hərbi xidmət zamanı düçar olduğum ağır xəstəliyə görə əlil olmuşam. İndi bunu saxtakar vəzifəli şəxslər gizlədib kompensasiyamı mənimsəmək istəyirlər. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm mənə düşəcək 6600 (altı min altı yüz) manat hərbi qulluqçuların dövlət icbari sığortası üzrə sığorta ödənişinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq verilməsinə köməklik göstərəsiniz. Geri qayıt |